Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-516/2025 24.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta nəticəsində vurulmuş 1280 manat maddi ziyanın və 59 manat ödənilmiş dövlət rüsumunun cəmi 1339 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 09:40 radələrində cavabdeh idarə etdiyi Opel Astra markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomovillə yol nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində 1280 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehin barəsində İXM-nin 327.1, 327.6 və 332.4cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmişdir. Qax rayon Məhkəməsinin 3(024)-340/2024 saylı xx.xx.2024cü il tarixli qərarı ilə cavabdeh 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Həmçinin Qax rayon Polis Şöbəsinin müvafiq qərarı ilə o, İXM-nin 327.1 və 337.6-cı maddələri ilə təqsirli bilinib cərimə edilmişdir. Avtomobilə baxış keçirilib rəy verilməsi üçün Qax Avtoservis MMC tərəfindən akt tərtib edilmişdir. Cavabdehin idarə etdiyi avtomobilin icbari sğotrası olmamış və ona dəymiş ziyan ödənilməmişdir. Belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırkı iddianı qaldırmaq üçün o, 59 manat dövlət rüsumu ödəmiş və ödədiyi dövlət rüsumunu da cavabdehdən tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:40 radələrində cavabdeh idarə etdiyi Opel Astra markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomovillə yol nəqliyyat hadisəsi törətmişdir. Avtomobilin təmmir xərclərinə ustalar qohumları olduğu üçün 1100 manat məbləğində pul xərcləməklə təmir etdirmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə mçəhkəmə baxışında tədqiq edilmiş; Qax rayonu YPX inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 07 nömrəli aktdan görünür ki, ehtiyyat hissələri 380 manat və təmir xərci 900 manat olmaqla ümumilikdə 1280 manat təşkil edir. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(024)-340/2024 nömrəli qərarından görünür ki, Salamov X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclası və işin təhlili zamanı müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə saat 09:40 radələrində Cavabdeh idarə etdiyi Opel Astra markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdehin barəsində İXMnin 327.1, 327.6 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qax rayon Məhkəməsinə göndərilmişdir. Qax rayon Məhkəməsinin 3(024)- 340/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Həmçinin Qax rayon Polis Şöbəsinin müvafiq qərarı ilə o, İXMnin 327.1 və 337.6-cı maddələri ilə təqsirli bilinib cərimə edilmişdir. Avtomobilə baxış keçirilib rəy verilməsi üçün Qax Avtoservis MMC tərəfindən akt tərtib edilmiş və hadisə nəticəsində 1280 manat məbləğində xərc olduğu qeyd edilmişdir. Lakin iddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ustalar qohumları olduğu üçün ona ümumi 1100 manat təmir üçün maddi ziyan dəyib. Cavabdehin idarə etdiyi avtomobilin icbari siğotrası olmamış və ona dəymiş ziyan ödənilməmişdir. Belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı iddianı qaldırmaq üçün o, 59 manat dövlət rüsumu ödəmiş və ödədiyi dövlət rüsumunu da cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən İddiaçı dəymiş maddi zərər tərtib olunmuş akt və iddia ərizəsində 1280 manat qeyd edilsə də, iddiaçı məhkəmə iclasında izahat verərək ümumilikdə 1100 manat təmir üçün xərcinin çıxdığını bildirmişdir. Bu səbəbdən də İddiaçı yaranmış maddi ziyana uyğun məbləğin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq Cavabdeh maddi ziyana görə 1100 (bir min yüz) manat pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 31 (otuz bir) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1100 (bir min yüz) manat pul və 31 (otuz bir) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)- 516/2025 xx.xx.2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1100 (min yüz) manat pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-516/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-516/2025
24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver