Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-54/2023 01.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı, cavabdehlər X4 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsində xx.xx.2015-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınan, Şəki rayonu Köndələn kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinin ona aid payının müəyyən olunmaqla naturada ayrılması, cavabdehlər X4 və Cavabdeh1 tərəfindən mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə, tikinti aparmağına edilən maneənin aradan qaldırılması, cavabdeh X1 mülkiyyətində olan 25000 manat dəyərində fərdi yaşayış evinin təmamilə sökülməsi nəticəsində ona dəymiş maddi ziyan olaraq fərdi yaşayış evinin dəyərinin ¼ hissəsini, 6250 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aşağı Göynük kəndinin ərazisində yerləşən 62,5 kvm fərdi yaşayış evi və 0,26 ha həyıtyanı torpaq sahəsi onun və mərhum anası X5 paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin ¼ hissəsi onun, geri qalan ¾ hissə isə mərhum anası Məkkə Salmanovanın mülkiyyətindədir. Onun mülkiyyət üzrə hüquqları xx.xx.2015-ci il tarixində qeydə alınmışdır. Tərəfindən 2014-cü ildə eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxt hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. X23 Aktı mövcud idi. Buna görədə ərizəsi ilə iddia tələbinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. Bundan sonra bir neçə il yataq xəstəsi olmuşdur. Yeni sağalmışdır. Lakin yenədə mülkiyyətində olan torpaq sahəsinə cavabdehlər buraxmır. Bundan başqa həyətyanı torpaq sahələrində olan mərhum anası və onun mülkiyyətində olan fərdi yaşayış evinidə cavabdeh şəxslər sökmüşdür. Hal-hazırda həmin fərdi yaşayış evi mövcud deyildir. Bununlada ona və anasına məxsus olan fərdi yaşayış evini sökməklə maddi ziyan vurmuşlar. Cavabdeh tərəf fərdi yaşayış evini təmamilə sökmüşdür. Mülkiyyətçi olaraq ona ziyan vurmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan göründüyü kimi onun fərdi yaşayış evində payı mövcuddur. Həmin fərdi yaşayış evini sökməklə ona maddi ziyan dəymiş olur. Məhz buna görədə cavabdeh tərəf həmin fərdi yaşayış evinin dəyərinin ¼ hissəsini ona ödəməyə borcludur. Həmin fərdi yaşayış evi 2 otaq, yarım zirzəmi olmaqla köhnə kənd evi idi. Belə bir evin bazar qiyməti ən azı 25000 manat təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən 62,5 kvm fərdi yaşayış evi və 0,26 ha həyətyanı torpaq sahəsi onun və mərhum anasının paylı mülkiyyətindədir. Həmin torpaq sahəsində əvvələr fərdi yaşayiş evi mövcüd olmuş, lakin hal-hazırda cavabdehlər tərəfindən sökülmüş və ona maddi ziyan vurmuşlar. Cavabdehlər həmçinin onun mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələr yaradırlar. Buna görə də, cavabdehlər ona dəymiş maddi ziyanı ödəməlidirlər. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər X4 və Cavabdeh1 izahat verərək bildirdilər ki, iddiaçının qeyd etdiyi fərdi yaşayış evi onlar tərəfindən sökülməmişdir. Ev köhnə olduğundan yağışın yağması nəticəsində damı uçmuş və yararsız vəziyyətə düşmüşdür. Bundan özlərinə məxsus torpaq sahəsdinə ev inşa etmişlər. İddiaçı ona məxsus torpaq sahəsindən istifadə etməsinə razılıqları yoxdur. Odur ki, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. İşin halları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********54- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndinə yerləşən 0,26 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 62.5 kvadrtat metr olan fərdi yaşayış evindən, ¾ hissə torpaq sahəsi və fərdi yaşayış evi X5, ¼ hissə torpaq sahəsi İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 noyabr 2012-ci il tarixli arayışdan görünür ki, X10 xx.xx.1999-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Şəki şəhər İHB-nın Aşağı Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli, 411 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Şəki rayonu, Köndələn kəndində anadan olmuşdur. İddiaçı anası mərhum X5 vərəsələrindən biridir. Azərbaycan Respublikası Şəki şəhər İHB-nın Aşağı Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, 530 nömrəli arayışdan görünür ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X8 X9, X4, X6, X7, X3, X11 (vəfat edib), X12 (vəfat edib) adlı vərəsələri vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2023-cü il tarixli, 10/6873 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində yerləşən mübahisə predmeti olan 0.26 ha torpaq sahəsindən ¼ hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2023-cü il tarixli, 10/2911 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində yerləşən mübahisə predmeti olan 0.26 ha torpaq sahəsindən ¼ hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/2911 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, Ekspert qarşısında qoyulmuş sualda mübahisə predmeti olan fərdi yaşayış evinin orta bazar qiymətinin neçə manat təşkil etməsinin müəyyən edilməsi tələb edilmişdir. Mübahisə predmetini təşkil edən fərdi yaşayış evi faktiki olaraq mövcud deyildir (sökülmüşdür). Belə olan halda, mübahisə predmeti olan fərdi yaşayış evinin ilkin vəziyyətinə dair hər hansı bir məlumat olmadığından qərardadda ekspert qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsaən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyа Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X18 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********54-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2015 il tarixli Çıxarışla 51 №li reyestr kitabının 27 №li vərəqində Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 3/4 hissəsi mərhum X5, torpaq sahəsinin 1/4 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 23 yanvar 1999-cü ildə vəfat etmişdir. İddiaçı həmin evdən ona düşən payın dəqiq müəyyən edilməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 27 yanvar 2023-cü il tarixli, 10/6873 nömrəli rəyindən görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində yerləşən mübahisə predmeti olan 0.26 ha torpaq sahəsindən ¼ hissə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun bölgü aparılmalı və sxemə uyğun olaraq torpaq sahəsinin ¼ hissəsi iddiaçıya verilməlidir. Bundan başqa, cavabdehlər iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə qərəzli hərəkətlərə yol verməklə maneələr yaradır. Buna görə də, sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə hüququnun təmin olunması ilə əlaqədar cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Bundan başqa İddiaçı cavabdeh X1 mülkiyyətində olan 25000 manat dəyərində fərdi yaşayış evinin təmamilə sökülməsi nəticəsində ona dəymiş maddi ziyan olaraq fərdi yaşayış evinin dəyərinin ¼ hissəsini, 6250 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Lakin mübahisələndirilən fərdi yaşayış evinin cavabdehlər tərəfindən sökülməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçının vurulmuş zərəri tələb etməyə subyektiv hüququnun mövcud olması da öz təsdiqini tapmır. Buna görə də iddia həmin hisssədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 29 sentyabr 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı müıkiyyətdə olan Şəki rayonu Köndələn kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsindən İddiaçı payında düşən ¼ hissəsi espertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada ayrılıb ona verilməli, həmin torpaq sahəsindən payına düşən hissəsində mülkiyyətçi kimi istifadə etməsinə və tikinti aparılmasına cavabdehlər X4 və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddia əsassız olduğundan qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 29 sentyabr 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı müıkiyyətdə olan Şəki rayonu Köndələn kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsindən İddiaçı payında düşən ¼ hissəsi espertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada ayrılıb ona verilsin, həmin torpaq sahəsindən payına düşən hissəsində mülkiyyətçi kimi istifadə etməsinə və tikinti aparılmasına cavabdehlər X4 və Cavabdeh1 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-54/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-54/2023
01.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver