Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-555/2024 03.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İddia tələbinn dəlilləri; İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 8756/5056 saylı Qeydiyyat Vəsiqəsinə əsasən onun xususi mülkiyyətindədir. Həmin evi o alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Mənzilin pulunu tam şəkildə o ödəmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən sözü gedən fərdi yaşayış evi onun mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüquqları 29 may 2003-cü il tarixdə qeydə alınaraq ona 8756/5056 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Onun mülkiyyətində olan həmin fərdi yaşayış evində o, qızı X2 və arvadı X1 başqa qardaşı Cavabdeh1 oğu və onun arvadı Cavabdeh2 da pasport qeydiyyatdadırlar. Cavabdeh1 və arvadı Cəfərzadə Ulduza onun ata yurdunda ailəsi ilə birlikdə yaşamaqdadırlar. Onlar onun alqı-satqı ilə satın aldığı və mülkiyyətində olan evə həmin vaxt müvəqqəti qeydiyyata düşsələr də, lakin sonradan qeydiyyatdan çıxmamışlar. Onlar ona məxsus evdə qeydiyyatda olsalar da, orada yaşamırlar, ata yurdlarında daimi yaşayırlar. Onların ona məxsus mənzildə qeydiyyatda olmaları bir mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır, mülkiyyətindən istədiyi kimi istifadə etməyinə maneələr yaradır. Bu səbəbdən o, Cavabdeh1 və onun arvadı Cavabdeh2 ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət etmiş, onlar ona Şəki İnzibati Məhkəməsinə müraciət etməyini tövsiyyə etmişlər. O də iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh1 oğu və onun arvadı Cavabdeh2 ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmalarını tələb etmişdir. X8 Məhkəməsi işə mahiyyəti üzrə baxmayaraq özünün xx.xx.2023-cü il tarixli 2-1(116)- 2916/2023 nömrəli qərardadı ilə iddianı mümkün saymamış və həmin qərardadla ona izah edilmişdir ki, “İddia ərizəsində üçüncü şəxs olaraq qeyd edilmiş Cavabdeh1 və onun arvadı Cavabdeh2 iddiaçının mülkiyyətində olan yaşayış sahəsində istifadə hüququnun olubolmamasına 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Belə ki, sözügedən normada mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququnun köçürmədən sonra yaranması təsbit edilmişdir. Buna görə də həmin şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün ilk növbədə onların həmin yaşayış sahəsində əmlak hüququnun hazırda mövcud olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu isə inzibati məhkəmə icraatının tənzimetmə predmetinə aid deyil və xüsusi hüquqla həll olunmalıdır. Yəni, qeyd olunan şəxslərin istifadə hüququnun itirilməsi ilə bağlı mübahisəyə mülki icraat qaydasında baxılmalıdır”. O, Şəki İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti versə də, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-624/2023 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2916/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmış və ona izah edilmişdir ki, Cavabdeh1 və onun arvadı Cavabdeh2 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları üçün ilk öncə onların mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları üçün Şəki Rayon Məhkəməsinə müraciət etməlidir. O da məcbur qalıb Şəki Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh1 onun qardaşıdır. 1984-cü ildə torpaq sahəsi almış və həmin torpaq sahəsində ev inşa etdirmişdir. Cavabdeh şəxsiyyət vəsiqəsi almaq üçün müvəqqəti olaraq onun evinə qeydiyyata düşmüşdür. Həmin evdən heç vaxt istifadə etməmişlər. Ondan həmin evdən qeyiyyatdan çıxmasını tələb etsə də, çətin vəziyyətdə olduğunu bildirərək qeydiyyatdan çıxmamışdır. Odur ki, qeyd olunan halları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, iddiaçı onun qardaşıdır. Şəxsiyyət vəsiqəsi almaq üçün özü və yoldaşı müvəqqəti olaraq qardaşına məxsus mənzildə qeydiyyata düşmüşlər. İddiaçının mülkiyyətində olan evdə heç vaxt yaşamamışlar. İddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsinə və qeydiyyatdan çıxarılmasına etiraz etmir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, 2005-ci il tarixdə yoldaşı ilə iddiaçıya məxsus evə qeydiyyata düşmüşlər. Həmin evdə heç vaxt yaşamamışlar. İddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsinə və qeydiyyatdan çıxarılmasına etiraz etmir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş 8756/5056 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüquqları əsasında 29 may 2003cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ tərəfindən İddiaçı ünvanlanmış 13 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Şəki şəhəri, Vidadi küçəsi, ev 40 ünvanından qeyiyyatdan çıxarmaq üçün Şəki İnzibati Məhkəməsinə müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, X2, Cavabdeh2, Cavabdeh1, X3 və İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadırlar. Şəki şəhər “Dəmirçibulağı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2024cü il tarixli arayışdan görünür ki, Cəfərzadə X5 şəhəri, “Dəmirçibulağı” məhəlləsi, Vidadi küçəsi, 40 saylı ünvanda yaşayır və onun X3 və X2 adlı ailə üzvləri vardır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2916/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh ünvan 10 ünvanından Cavabdeh1 və onun arvadı Cavabdeh2 paspot qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-624/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2916/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri baxımından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus mənzildən istifadə hüququ yaranmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mənzildən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, cavabdehlərin mənzildən istifadə hüququ da əmələ gəlməmişdir. Mövcud olmayan hüququn itirilməsi (hüquqa xitam verilməsi) mümkün deyil, hüququn itirilməsi (hüquqa xitam verilməsi) üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Cavabdehlərin mənzildən istifadə hüququ olmadığına görə istifadə hüququnun itirilməsi barədə tələb də təmin edilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, mülkiyyətçinin razılığı ilə onun yaşayış sahəsinə qeydiyyata alınma, qeydiyyata alınanın yaşayış sahəsinə istifadə hüququnun yaranması və bu hüququn yaranmasına mülkiyyətçinin razılıq verməsi kimi qiymətləndirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında “yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ”na anlayış verilərək qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququ ilə yaşayış sahəsi üzrə qeydiyyat ayrı-ayrı anlayışlardır. Belə olan halda, cavabdehin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzildən istifadə hüququna malik olması kimi qəbul edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ əmələ gətirməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Cavabdeh1 və Cavabdeh2 yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarının yaranması üçün onlarla mülkiyyətçi İddiaçı arasında notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamışdır. Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan mənzilinə sonuncunun razılığı ilə qeydiyyata alınması isə onların həmin mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün əsas ola bilməz. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus mənzildən istifadə hüququ olmadığından, həmin hüququn itirilməsi barədə verilmiş iddia tələbi təmin oluna bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-555/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-555/2024
03.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver