Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-575/2022 11.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3140 manat borc məbləği, əldən çıxmış faydanın əvəzi olaraq 160 manat məbləğində pul vəsaitinin və dövlət büdcəsinə ödədiyi 53 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə tələbin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 3140 manat borc məbləğinin və dövlət büdcəsinə ödədiyi 53 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o, Qədim Şəki restoranında işləmişdir. Bildirmişdir ki, Cavabdeh da həmin restoranda foto işləri görmüş, belə olmuş Mehmanı tanımış və aralarında dostluq münasibətləri yaranmışdır. Tanışı olan Cavabdeh 2019-cu ilin sentyabr ayında ona zəruri olaraq təcili pul lazım olduğunu bildirərək ondan 3460 manat borc pul almışdır. Cavabdeh ondan aldığı həmin pulu 2019-cu ilin dekabr ayında tam şəkildə qaytarmalı idi. Lakin, uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh onun borcundan cüzi bir hissə qaytarmış, lakin 3140 manat hissədə borcunu qaytarmamışdır. Göstərmişdir ki, Vətən Müharibəsi başlayanda vətənin müdafiəsi üçün döyüşlərə qatılmış və qazi olmuşdur. Qayıtdıqdan sonra Cavabdehla əlaqə saxlamış, cavabdeh ona olan borcundan 220 manatını qaytarmışdır. Cavabdeh ona olan borcunun qalan hissəsini yaxın müddət ərzində qaytaracağına söz versə də, hüquqlarını kobud surətdə pozmuş və bu günədək ona olan borcunu könüllü şəkildə qaytarmamışdır. Bildirmişdir ki, Cavabdeh həqiqətən də 3140 manat borc verdiyinin sübutu olaraq şahidləri, Cavabdeh ilə aralarında olan səs danışıqları, sms-lər vardır. Bundan başqa Cavabdeh ona ödədiyi pulları onun kart hesabına vurmuşdur. Bildirmişdir ki, o, Qarabağın azad olunması uğrunda gedən 44 günlük X1 yaxından iştirak etmiş, oktyabr ayının 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə sağ çiyin nahiyəsindən yaralanmış və qospitala yerləşdirilmişdir. Uzun müddətdir ki, müalicəsi davam edir. Ali Baş Komandanın sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Lakin, yaxın tanışı olan və çətin günündə kömək etdiyi Cavabdeh yaralı olduğu müddətdə də ona olan borcunun qaytarılmasını təmin etməmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında həm uşağı xəstələndiyi üçün, həm də borcları olduğu üşün tanışı İddiaçı 3460 manat mbələğində borc pul almışdır. Borc aldığı pulu 2019-cu ilin dekabr ayına kimi ödəməyi öhdəsinə götürsə də, maddi imkanı aşağı olduğu üçün qaytara bilməmişdir. Borcundan başqa-başqa vaxtlarda 100 manat və 110 manat olmaqla, cəmi 220 manatını qaytarmışdır. Bildirmişdir ki, o, hazırda heç bir yerdə işləmir. Gündəlik fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir. Hazırda onun Məcidə 3140 manat borcu var və həmin borcunu qəbul edir. Qanuna müvafiq qətnamə çıxarılmasına etiraz etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3140 manat məbləğində pul vəsaiti, 53 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3140 (üç min yüz qırx) manat məbləğində pul vəsaiti və 53 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-575/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-575/2022
11.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver