Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-606/2022 19.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1000 (bir min) manat pulun, vəkilə ödənilmiş 130 (bir yüz otuz) manat pulun və dövlət büdcəsinə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumunun, ümumilikdə isə 1160.40 (bir min bir yüz altmış manat qırx qəpik) pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qardaşı Tural Əliyev vasitəsi ilə tanımışdır. O, cavabdehin qardaşı olan Tural Əliyevlə üç ilə yaxındır ki, qeyrirəsmi şəkildə yaşayır. Belə ki, Cavabdeh 2021-ci ilin avqust ayında ona müraciət edərək öz fərdi yaşayış evinin dam üstünün dəyişdirilməsi üçün borca pul lazım olduğunu demişdir. O, cavabdehə qardaşı Turalın yanında üç dəfəyə cəmi 1400 manat borca pul vermişdir. Birinci dəfə 900 manat, ikinci dəfə 100 manat və üçüncü dəfə isə 400 manat pul vermişdir. Belə ki, cavabdeh öz pensiya kartını ona verərək hər ay həmin kartdan 200 manat çıxarmaq şərti ilə borcunu qaytarmağı üzərinə götürmüşdür. Cavabdehin ona verdiyi kartdan iki ay sentyabr və oktyabr aylarında 200 manat olmaqla, cəmi 400 manat pul çıxarmışdır. 2021-ci ilin noyabr ayında yenidən Beynəlxalq Banka yaxınlaşıb pulu kartdan götürmək istəyəndə kartın bağlanmasını görmüş və bu səbəbdən də pulu kartdan çıxara bilməmişdir. Bununla bağlı Cavabdeh telefonla zəng etsə də, onun nömrəsi cavab verməmişdir. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. Qardaşı Tural vasitəsi ilə cavabdehdən 1000 manat pulu geri qaytarmasını tələb etsə də, sonuncu pulu geri qaytarmamışdır. Buna görə də məcburiyyət qarşısında qalaraq o, ərizə ilə Şəki şəhərrayon Polis Şöbəsinə müraciət etmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin 30 dekabr 2021ci il tarixli məktubunda göstərilmişdir ki, “polis şöbəsinə daxil olmuş ərizəniz əməkdaşlarımız tərəfindən araşdırılmış, araşdırma zamanı ərizədə göstərdiyiniz xüsusatlar mülki xarakterli olmaqla araşdırması polis orqanının səlahiyyətinə aid olmaması müəyyən edilmişdir”. Ona görə də ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh 01 aprel 2022-ci il tarixli etirazında göstərmişdir ki, o, şikayətçinin dediyi məbləği ondan almamışdır. X1 evinin dam örtüyünü çevirmək üçün 900 AZN pula ehtiyacı olduğunu bildirmişdir. Tural da 900 AZN pulu qeyri-rəsmi yaşadığı İddiaçı əvəzində onun l qrup əlillik pensiya kartını verərək alıb ona təqdim etmişdir. İddiaçı sentyabr və oktyabr aylarında kartdan 280 AZN, ümumilikdə 560 AZN pul çıxarmışdır. İddiaçı bir müddət idi ki, onu dinc yaşamağa qoymurdu. O, bunun müqabilində Şəki ŞRPŞ-yə yazılı şəkildə şikayət ərizəsi qoymuşdur. 06 noyabr 2021-ci il tarixdə qardaşı Tural Əhmədova ondan Günel Xasməmməd qızı ilə bağlı şikayət ərizəsini geri götürməyini tələb etmiş və ona az ağır xəsarət yetirmişdir. Aldığı xəsarətlə bağlı həkimə, iynəyə, sarğılara, dərmanlara maddi vəsait lazım olduğu üçün 23 noyabr 2021-ci il tarixdə ABB-nın Şəki filialına yaxınlaşaraq kartının bağlanmasını və başqa bir PİN kodla ona kart təqdim olunmasını tələb etmişdir. Beləliklə, onlara olan 340 AZN pulu borc olaraq öhdəliyində saxlamışdır. Amma yuxarıda adları qeyd olunan şəxslər ödənilməyən 340 AZN pulun qarşılığında evinin dam örtüyünün müəyyən hissəsini sökərək ona maddi və mənəvi ziyan vurmuşlar. İddiaçı həmin 900 AZN pulu heç bir faiz qarşılığında verməmişdir. Yuxarıda qeyd etdiyi dəymiş ziyanla bağlı Şəki ŞRPŞ-yə yazılı və şifahi şəkildə ərizə təqdim etmişdir. Onun qalıq borcu 340 AZN-dir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazında qeyd edilənlərdə əlavə bildirdi ki, iddiaçıdan 900 manat borc almışdır. İddiaçı iki ay pensiyasından hər ay 280 manat olmaqla, 560 manat həcmində pul çıxarmışdır. Hazırda iddiaçıya 340 manat (900 man – 280 man X 2 ay = 340 man) borcu vardır. Bundan başqa evinin üstünün dəyişilməsi üçün 700 manat xərci çıxmış, sonda ustaya 175 manat borcu qalmışdır. Həmin məbləği də avqust ayında pensiya alanda ödəmişdir. Məhkəmə mülki proses tərəflərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 bildirmişdir ki, İddiaçı ilə əvvəllər münasibəti olmuşdur. Hal-hazırda münasibətləri yoxdur. Cavabdeh isə onun bacısıdır. 2021-ci ilin avqust ayında bacısı ona müraciət edərək evinin üstünü dəyişmək üçün 1400 manat pul lazım olduğunu bildirmişdir. O da pulu Güneldən borc şəklində almışdır. Günel pulu üç dəfəyə, 27-28-29 avqust tarixlərdə müvafiq olaraq 900-100-400 manat şəklində ona vermiş, o da aparıb Aytənə vermişdir. Pulun 600 manatı usta xərci, 800 manatı materiala çıxmışdır. Aytənin həmin vaxt 280 manat məbləğində pensiya kartı vardı. Aralarındakı razılığa əsasən Günel borcun qarşılığında hər ay kartdan 200 manatı özünə götürüb, 80 manatı Aytənə verməli idi. Günel 2 ay kartdan pulu götürüb borcdan silsə də, sonradan Aytən kartı bloklatdığından Günel pulunu ala bilməmiş, bundan sonra narazılıqlar yaranmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Günelin digər şəxslərdən alacağı olduğundan pulu hissə-hissə vermişdir. Hər dəfə pul veriləndə Günel pulu ona verməyini, Aytən isə almağını videoya çəkmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, uzun illərdir ki, usta işləyir. Tural ona zəng edib bacısının evinin üstünü dəyişmək istədiklərini bildirmişdir. Gəlib onların evinə baxmış, usta pulunun 600 manat olduğunu bildirmişdir. Həmin vaxt orada Aytən, Tural və onların bibisi olmuşdur. Onların evi tiraltı idi. Turala bildirmişdir ki, bibilərinin evi üstünü dəyişmək fikri yoxdur. Əgər, razıdırlarsa, təkcə onların evinin üstünü dəyişə bilər. Tural danışıb ona bir söz deyəcəklərini bildirmişdir. Bir gün sonra Tural zəng edib razı olduqlarını bildirmişdir. Birlikdə gedib material almış, materiala 800 manat xərc çəkilmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, material alınan günü Tural ona 100 manat, digər günlər müvafiq olaraq 100 manat və 225 manat olmaqla pul vermişdir. Sonra onların 175 manat borcu qalmış, Aytən kartının başqa banka keçdiyini bildirmiş, bir neçə gün sonra pulu vermişdir. Aytəndə əvvəllər pul olmamış, lazım olanda Turala zəng etmiş, Tural kənddən pulu gətirib ona vermişdir. Lakin pulun mənbəyi barədə məlumatı yoxdur. Bundan başqa həmin vaxt 2021ci ilin yay ayları, ayın son günləri idi. Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki rayonu Birinci Biləcik kəndində yaşayan İddiaçı Şəki şəhər-rayon Polis Şöbəsinə daxil olmuş 22.12.2021-ci il tarixli, 189-358682-3121 nömrəli ərizəsinin icrasının nəticəsinə dair arayışdan görünür ki, Şəki rayonu Birinci Biləcik kəndində yaşayan İddiaçı 22.12.2021-ci il tarixli, 189-358682-3121 nömrəli ərizəsi Şəki şəhər-rayon Polis Şöbəsinə daxil olmuşdur. Vətəndaş İddiaçı ərizəsində 2021-ci ilin avqust ayında Cavabdeh adlı tanışına 1400 manat pul verməsini həmin pulun 400 manatının geri qaytarılmasını, 1000 manatın isə qaytarılmaması barədə məlumat vermişdir. Daxil olmuş materialın icrası ilə əlaqədar vətəndaş İddiaçı izahatında əvvəllər tanıdığı Cavabdeh adlı tanışına 2021-ci ilin 27 avqust tarixində 900 manat, 28 avqust tarixində 100 manat, 29 avqust tarixində 400 manat olmaqla, ümumilikdə isə 1400 manat pul verməsini qarşılığında isə həmin şəxsin ona Beynəlxalq Banka məxsus maaş kartı verməsini, 2021-ci ilin sentyabr-oktyabr ayında kartdan cəmisi 400 manat pul çıxarmasını, noyabr ayında isə kartın bloklandığını və borcunu ala bilmədiyini bildirmişdir. Bununla bağlı həmin şəxsə dəfələrlə zəng etməsini həmin şəxsin isə ona pulu verməyəcəyini qeyd etmişdir. Beləliklə, materialdan göründüyü kimi İddiaçı ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olmaqla araşdırması polis orqanlarının səlahiyyətinə aid olmaması müəyyən edilmiş və ona mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi hüququnun olması izah olunmuşdur. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada bağlanmış borc müqaviləsinə əsasən cavabdehə 1400 manat məbləğində borc verilmiş, aralarındakı şifahi razılaşmaya əsasən cavabdeh borcu hər ay 200 manat olmaqla ödəməli olmuşdur. Cavabdeh hazırkı vaxtadək borcundan cəmi 400 manat ödəmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh tərəf iddiaçıdan 900 manat aldığını, 560 manatı qaytardığını və hazırda 340 manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Cavabdeh məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır. Belə ki, cavabdeh tərəf öz ifadəsində borc məbləğinin 900 manat olduğunu, borcundan 560 manat ödəyərək hazırda 340 manat borcu qaldığını bildirmişdir. İddiaçı da Cavabdeh məxsus kartdan 280 manat deyil, hər ay 200 manat çıxarıb, 80 manatı ona qaytardığını və həmin borcdan cəmi 400 manat ödənildiyini bildirmişdir. Məhkəmə prosesi gedişində cavabdehin iddiaçıya hər hansı ödəniş etməsi barədə sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh qeyd etdikləri məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmişdir. Həmçinin, cavabdeh iddiaçıdan 1400 manat deyil, 900 manat aldığını, evinin üstünü dəyişməsi üçün 700 manat xərc çəkdiyini bildirsə də, iddiaçı və cavabdehin məhkəmə iclasında şahid qismində dəvət edilmiş qardaşı bacısına 900-100-400 manat verdiyini, evdə işləyən və məhkəmə iclasında şahid qismində dəvət edilmiş usta da usta pulu 600 manat, material pulu 800 manat olmaqla, 1400 manat xərc çəkildiyini bildirmişdir. Odur ki, məhkəmə Cavabdeh qızının ifadəsinə tənqidi yanaşaraq ona verilmiş borc məbləğinin 1400 manat həcmində olması qənaətinə gəlir. Şərh edilənlərə əsasən, iddia qismən təmin edilərək Cavabdeh 1000 manat borc alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 31.50 manat dövlət rüsumunun 30 manatı Cavabdeh tutularaq İddiaçı oğluna ödənilməli, tələb etməməsi nəzərə alınaraq 1.50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin, iddia tələbindən görünür ki, iddiaçı bank xidmətləri üçün ödənilmiş 0.40 manat məbləğində pul tələb etmişdir. Lakin, Mülki Prosessual Məcəllənin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflər siyahısına bank xidməti üçün məsrəflər nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 130 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 31.50 manat dövlət rüsumunun 1.50 manatı iddiaçının özünə aid edilməklə 30 manatı Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-606/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-606/2022
19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver