Məhkəmə qərarları › İş №e-2(075)-616/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-616/2023

06.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-616/2023 06.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı cavabdeh “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasına qarşı “hərracın nəticələrinin ləgv edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 12 yanvar 2023-cü il tarixdə keçirilən hərracın yekunlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmşdır ki, ona S. Rustaveli adına Kolxozun 21 fevral 1995-ci il tarixli əmr əsasında 0.20 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin 0.02 hektar hissəsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 107939 №-li çıxarışı ilə rəsmiləşdirilmiş və o həmin torpaq sahəsində yaşayış sahəsi tikərək orada yaşamağa başlamışdır. Daha sonra 21 fevral 1995-ci il tarixli əmr əsasında verilmiş torpaq sahəsi o ümumiyyətlə məlumatlandırılmadan hərraca çıxarılmış və 12 yanvar 2023-cü il tarixdə 0,0743 ha torpaq sahəsi “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 002631№-li Şəhadətnamə əsasında X1. Belə ki, ona hərracın təşkilatçısı tərəfindən heç bir bildiriş göndərilmədiyindən 12 yanvar 2023-cü il tarixində keçirilən hərrac İddiaçı iştirakı ilə keçirilməli olduğundan və qeyd olunan torpaq sahəsi müvafiq əmrə əsasında iddiaçıya verildiyindən onun satın almada üstünlük hüququ olması “Hərrəcların təşkili X3 şəxsinin Şəkin ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən nəzərə alınmamışdır. Məhkəm iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 2.2.5-ci mаddəsinə əsаsən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); bаxılmаsı inzibаti mübаhisələrə dаir işlər üzrə məhkəmələr tərəfindən həyаtа keçirilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının 09 dekabr 2020-ci il tarixli, 2-2(102)-407/2020 nömrəli qərarında "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın (müsabiqənin) qalibi arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (bələdiyyə torpaqlarının icarəyə verilməsi üçün hərracın (müsabiqənin) keçirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. (bax qərarın 16-22 bəndləri) İddiaçı cavabdeh “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, S. Rustaveli adına Kolxozun 21 fevral 1995-ci il tarixli əmr əsasında 0.20 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsinin 0.02 hektar hissəsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 107939 №-li çıxarışı ilə rəsmiləşdirilmiş, daha sonra 21 fevral 1995-ci il tarixli əmr əsasında verilmiş torpaq sahəsi onu ümumiyyətlə məlumatlandırmadan hərraca çıxarılmış və 12 yanvar 2023-cü il tarixdə 0,0743 ha torpaq sahəsi “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 002631№-li Şəhadətnamə əsasında X1. Belə ki, ona hərracın təşkilatçısı tərəfindən heç bir bildiriş göndərilmədiyindən 12 yanvar 2023-cü il tarixində keçirilən hərrac İddiaçı iştirakı ilə keçirilməli olduğundan və qeyd olunan torpaq sahəsi müvafiq əmr əsasında iddiaçıya verildiyindən onun satın almaqda üstünlük hüququ olması “Hərrəcların təşkili X3 şəxsinin Şəkin ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən nəzərə alınmamışdır. Belə olan halda “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 12 yanvar 2023-cü il tarixdə keçirilən hərracın yekunlarının etibarsız hesab edilməsini xahiş etməsinə baxmayaraq həmin mübahisədən yaranan münasibətlər yuxarıda qeyd olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının qərarında da göstərildiyi kimi rayon məhkəməsinə aidiyyatı olmamasına baxmayaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Qaldırılan hazırki tələb bələdiyyə qərarlarının nəticəsi olaraq yarandığından həmin tələbə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasına qarşı “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 12 yanvar 2023-cü il tarixdə keçirilən hərracın yekunlarının etibarsız hesab edilməsinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunmalı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasına qarşı “Hərrəcların təşkili Mərkəzi” Publik Hüquqi şəxsinin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 12 yanvar 2023-cü il tarixdə keçirilən hərracın yekunlarının etibarsız hesab edilməsinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar