Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-64/2023 28.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Ə.Cəfərov küç, ev 68 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 218.5 kv.m torpaq sahəsindən 2/6 hissə paylarının naturada ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman İddiaçı1 sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ünvan 1 218.5 kv.m torpaq sahəsindən İddiaçı1 1/6, İddiaçı2 1/6 hissə payının müəyyən edilməsi, paylı mülkiyyətdə olan fərdi yaşayış evi və onun yerləşdiyi 218.5 kv.m torpaq sahəsindən 2/6 hissə paylarının naturada ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, Ə.Cəfərov küç, ev 68 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi onların və qardaşlarının paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 30 mart 2006-cı il tarixdə qeydiyyata alınaraq onlara 2606/1263 nömrəli qeydiyyat vəsiqəsi və 5235 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir. Həmin fərdi yaşayış evinin 2/6 hissəsi onların mülkiyyətlərində olduğundan və evin hansı hissəsinin onların mülkiyyətlərinə düşdüyü müəyyən edilmədiyindən fərdi yaşayış evini təmir etdirə bilmirlər. Belə ki, onlar mülkiyyətlərində olan fərdi yaşayış evində təmir işləri aparmaq istəyirlər. Lakin cavabdeh buna icazə vermir. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən bizim paylarının müəyyənləşdirilməsi və real olaraq naturada ayrılması zərurəti yaranmışdır. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişlər. Lakin iddiaçı, həmçinin İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, işdə olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının 13 iyul 2021-ci il tarixli, 109 nömrəli Sərəncamından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Qanuni nümayəndə onunla birgə yaşayan qohumu xx.xx.1978-ci il təvəllüdlü İddiaçı2 üzərində qəyyum təyin edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(075)-3148/2016 saylı qətnaməsindən görünür ki, xx xxxxxx 1978-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı2 Əhmədiyyə qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 2606/1263 saylı qeydiyyat vəsiqəsindən görünür ki, iki otaqlı, 36.6 m² ibarət yaşayış evinin 2/6 hissəsi İddiaçı1 və İddiaçı2 adlarına, 4/6 hissəsi mərhum X4 adına açıq buraxılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X4 adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər “Pirimlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 30 oktyabr 2021-ci il tarixli, 301 saylı arayışdan görünür ki, X9 16 avqust 1967-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdiyi zaman varisi X7 qalmışdır. X7 13 iyul 1988-ci il tarixdə vəfat etmişdir. X7 vəfat etdiyi vaxt onun varisləri kimi: oğlu X1, X5, X6, Cavabdeh Əhmədiyyə oğlu, İddiaçı1 Əhmədiyyə qızı və İddiaçı2 Əhmədiyyə qızı qalmışlar. Onun başqa varisləri yoxdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhəri İcra Hakimiyyətinin Qəyyumlu və Himayəçilik Komissiyasının 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli, 2(075)- 3148/2016 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş xx.xx.1978-ci il təvəllüdlü İddiaçı2 və onun bacısı İddiaçı1 mülkiyyətlərində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 2/6 hissəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən icazə verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli, **********25-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, Əli Cəfərov küçəsi, ev 68 (Yeni qaydalarla: ünvan 6 ünvanında 45.6 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 yaşayış otaqlı, 36.6 kv.metr yaşayış sahəsi, 9,0 kv.metr köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2 və 4/6 hissəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 noyabr 2022-ci il tarixli, 5235 invertar nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, Əli Cəfərov küçəsi, ev 68 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2 və 4/6 hissəsi X4 adına qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 26 oktyabr 2023-cü il tarixli, 5235 invertar nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, Əli Cəfərov küçəsi, ev 68 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2 və 4/6 hissəsi X4 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli, 10/2704 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Şəki şəhəri, Əli Cəfərov küçəsi, ev 68 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0232 ha torpaq sahəsindən 2/6 hissə payın naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, Şəki şəhəri, Əli Cəfərov küçəsi, ev 68 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi İddiaçı2 və 4/6 hissəsi X4 ümumi birgə mülkiyyətlərindədir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçılar 1/6 pay hüququ ilə onların ümumi paylı mülkiyyətlərində olan evin və torpaq sahəsinin ayrılaraq ona verilməsi xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyində göstərilmişdir ki, Şəki şəhəri, Əli Cəfərov küçəsi, ev 68 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0232 ha torpaq sahəsindən 2/6 hissə payın naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********25-10301 reyestr nömrəli çıxarışla iddiaçıların ümumi birgə mülkiyətində olan Şəki şəhəri, Əli Cəfərov küçəsi, ev 68 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən torpaq sahəsindən iddiaçılar İddiaçı1 1/6 hissədə payı və İddiaçı2 1/6 hissədə payı müəyyən olunmalı və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********25-10301 reyestr nömrəli çıxarışla iddiaçıların ümumi birgə mülkiyətində olan Şəki şəhəri, Əli Cəfərov küçəsi, ev 68 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2/6 hissəsi naturada bölünərək İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələlərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********25-10301 reyestr nömrəli çıxarışla iddiaçıların ümumi birgə mülkiyətində olan Şəki şəhəri, Əli Cəfərov küçəsi, ev 68 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən torpaq sahəsindən iddiaçılar İddiaçı1 1/6 hissədə payı və İddiaçı2 1/6 hissədə payı müəyyən olunsun. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********25-10301 reyestr nömrəli çıxarışla iddiaçıların ümumi birgə mülkiyətində olan Şəki şəhəri, Əli Cəfərov küçəsi, ev 68 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 2/6 hissəsi və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2/6 hissəsi naturada bölünərək İddiaçı1 və İddiaçı2 verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilsin. 50 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-64/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-64/2023
28.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver