Məhkəmə qərarları › İş №e-2(075)-644/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-644/2023

08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-644/2023 08.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı Cavabdehnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı olaraq onun 1978-ci ildən 1994-cü ilə kimi Əyriçay Su anbarında titrəmə yükləyici qurğuların maşinisti kimi işləməyinin faktının təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1978-ci il tarixindən etibarən əmək fəaliyyəti ilə məşğul olur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Belə ki, 40 ilə yaxındır rəsmi olaraq müxtəlif idarələrdə əmək fəaliyyəti ilə məşğul olur. 1994-cü ildən isə coğrafiya müəllimi işləyir. Əmək fəaliyyətinin müəyyən dövrlərində, 14 ildən çox hissəsini isə çöl işləri kimi, Əyriçay Su anbarında çalışmışdır. Belə ki, əmək kitabçasından göründüyü kimi, 1978-ci ildə Şəki Melorasiyasına çilingər kimi işə başlamışdır. Daha sonra 1981-ci ildən yeni əmrlə su bəndində titrəmə yükləyici qurğuların maşinisti işləmişdir. Həmin sahə üzrə işlədiyi vaxt ölkədə cəmi iki mütəxəssiz olmuşdur ki onunda biri o olmuşdur. 1981-ci ildən 1994-cü ilə kimi həmin vəzifədə çalışmışdır. Hesab edir ki, həmin müddət qanunvericiliyin tələbinə əsasən güzəştli müddət sayılır. Lazımi sənədlərini Azərbaycan Respublikası ƏƏSM yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də sözü gedən qurum ilk əvvəl xx.xx.2022-ci il tarixli məktubla onun güzəştli iş stajı olmağını əsas gətirərək imtina etmişdir. Onların imtinasını əsassız saydığı üçün iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, onun ümumi iş stajını, o cümlədən 1978-ci ildən 1994-cü ilə kimi titrəmə yükləyici qurğuların maşinisti kimi işlədiyini nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarmasını xahiş etmişdir. Tələbinə İnzibati Məhkəmədə baxılarkən 1978-ci ildən 1994-cü ilə kimi titrəmə yükləyici qurğuların maşinisti kimi işlədiyinin faktının məhkəmə yolu ilə təsdiqlənməsinə ehtiyac olması barədə yardım etmişdirlər. Məhz buna görədə hal-hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəm iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 2.2.3-cü mаddəsinə əsаsən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); bаxılmаsı inzibаti mübаhisələrə dаir işlər üzrə məhkəmələr tərəfindən həyаtа keçirilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1978-ci ildən 1994-cü ilə kimi titrəmə yükləyici qurğuların maşinisti kimi işlədiyinin faktının təsdiq edilməsi iş materiallarında əmək kitabçasının olması və həmin iş müddətlərinin əmək kitabçasında göstərilməsi səbəbindən həmin mübahisədən yaranan münasibətlər yuxarıda qeyd olunan Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da göstərildiyi kimi rayon məhkəməsinə aidiyyatı olmamasına baxmayaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Qaldırılan hazırki tələb inzibati məhkəməmdə baxılmalı olduğundan həmin tələbə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunmalı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı Cavabdehnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar