Məhkəmə qərarları › İş №e-2(075)-649/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-649/2024

25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-649/2024 25.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Maraqlı şəxs1 ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdehnə və maraqlı şəxslər Maraqlı şəxs1 ASC və Maraqlı şəxs2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi notariusu X3 tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş reyestr nömrəsi 8İ-8486 nömrəli icra qeydinin ləğv olunması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan, yəni 29 yanvar 2024-cü ildə məhkəmə ərizə göndərək iddia ərizəsində göstərilənlərlə eyni zamanda dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli icra qeydində ondan Maraqlı şəxs1 ASC-yə 9998600_1 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1032 manat 14 qəpik pul tutulması qeyd edilmişdir. İcra qeydində göstərilən müqavilə nömrəsi həqiqəti əks etdirmir. O, heç bir bankla, o cümlədən Maraqlı şəxs1 ASC ilə heç bir müqavilə bağlamamış və pul götürməmişdir. Bundan əlavə tələbkarın ödədiyi 25 manat dövlət rüsumunun da ondan tutulması qeyd edilmişdir. Onun həmin banka heç bir borcu yoxdur, bank həqiqətə uyğun olmayan yalan müqavilə nömrəsi qeyd etməklə ona borc yazmışdır. Notariusa hansı müqavilənin təqdim olunduğu ona məlum deyildir. Onun hər hansı kredit və sair müqaviləsi olmamışdır. İcra qeydi qanunu tələbləri pozulmaqla yazıldığından ləğv edilməlidir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı ilkin məhkəmə hazırlıq iclaslarında verdiyi ifadəsində bildirmişdir ki, o, xx.xx.2009-cu ildən 2022-ci ilə qədər Maraqlı şəxs1 ASC- nin Şəki filialında işləmiş və bir neçə bölmələrdə müxtəlif vəzifələrdə məsuliyyətlə çalışmışdır. İşlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. Əmək fəaliyyətini başqa təşkilatda davam etdirməkdən ötrü xx.xx.2022-ci ildə öz xahişi ilə işdən azad olunması üçün ərizə yazsa da, bank tərəfindən onun 1 ay işdə saxlanacağı bildirilmişdi. Bu səbəbdən məzuniyyətə çıxmaq qərarına gəlmişdir. Ona 36 gün məzuniyyətə çıxa biləcəyi kardlar şöbəsi tərəfindən bildirilmişdir. O da 30 gün müddətinə, yəni xx.xx.2022- xx.xx.2022-ci il aralığında məzuniyyətə çıxarılması, xx.xx.2022-ci ildən işdən azad olunması ilə bağlı ərizə ilə banka müraciət etmişdir. Həmin ay ərzində onun əmək haqqı kartına 1430 manat məzuniyyət pulu vurulmuşdur. Daha sonra ona kadrlar şöbəsindən Günlar adlı xanım zəng edərək məzuniyyət günlərinin cəmi 25 gün olduğunu söyləmişdir. 15-20 gün sonra ona yenidən zəng edilərək kartına 150 manat artıq pul vurulduğu, ona filialdan zəng olunacağı bildirilmişdir. Lakin sözügedən məsələ ilə bağlı onu nə filiala çağırmamış, nə də zəng edib nəticə barədə xəbərdarlıq etməmişlər. Olanlar barədə işdən ayrıldığı vaxtdan Maraqlı şəxs1 ASC-nin baş mühasibi Marina Tedeyevaya da bildirmiş, lakin qeyd etdiklərini hec kəs ciddiyə almamışdır. 30 may 2023-cü ildə, mobil telefonuna Maraqlı şəxs1 ASC-yə 1032.14 manat borcunun olması barədə Şəki şəhər icra və probasiya şöbəsindən elektron məktub daxil olmuşdur. Halbuki bu borcdan onun ümumiyyətlə xəbərim olmamışdır. Bununla bağlı hec bir bildiriş və xəbərdarlıq məktubu da alınmamışdır. Maraqlı şəxs1 ASC tərəfindən məhkəməyə təqdim olunmuş “Məleykə Ekspres” poçt xəbərnaməsi ona təqdim edilməmişdir. Belə ki, həmin xəbərnamənin üzərində məlumat azlığı, natamam ünvan yazılması məktubun ona çatdırmamasını sübut edir. Göründüyü kimi bank tərəfindən ona məlumat verilməmiş icra qeydinin qəbul edilməsi ilə bağlı notariusa müraciət edilmiş, notarius isə ona təqdim edilmiş sənədləri araşdırmadan qanunsuz icra qeydi vermişdir. Tərtib edilmiş icra qeydi qanunsuzdur. Bankın ona qarşı artıq ödənilmiş pulla bağlı tələbi sübut olunmur. Sözügedən məsələ icra qeydi ilə həll edilməli məsələ olmadığı, mübahisəli olduğu və bank tərəfindən ona icra qeydinin qəbul edilməsi ilə bağlı bildiriş göndərilmədiyi üçün hesab edir ki, tərəfindən məhkəməyə verdiyi iddia tələbi təmin edilməlidir. O, qeyd etdiklərinin nəzərə alınaraq qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 14 mart 2023-cü ildə məhkəməyə elektron qaydada ərizə göndərərək iş yükünün çoxlu ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Maraqlı şəxs1 ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında verdiyi ifadəsində Maraqlı şəxs1 ASC tərəfindən verilmiş etirazının məzmuna uyğun izahat verərək bildirmişdir ki, Maraqlı şəxs1 ASC-nin keçmiş əməkdaşı olmuş, İddiaçı ərizə ilə banka müraciət edərək məzuniyyətə çıxmaq üçün razılıq verilməsini xahiş etmişdir. 28 fevral 2023-cü il tarixli 528-1 M saylı əmrə əsasən İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 21 təqvim günü məzuniyyət verilmiş və məzuniyyət pulu ödənilmişdir. İddiaçının öz xahişi ilə 110/k nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iş ili xx.xx.2021-xx.xx.2022-ci illər olduğu halda o, iş ili tamamlanmamış məzuniyyət günlərindən istifadə edərək əmək qanunvericiliyindən irəli gələn normanı pozmuşdur. Yəni istifadə etməli olduğu 8 gündən əlavə 13 gün də artıq istifadə etdiyi əlavə 13 günə görə əmək haqqı kartına köçürülmüş 1035,14 manat artıq mələğ geri qaytarılmalıdır. O, iddiaçının qeyd etdiyi “Mənim banka heç bir borcum yoxdur, bank həqiqətə uyğun olmayan yalan müqavilə nömrəsi qeyd etməklə mənə borc yazmışdır” mübahisəsi ilə bağlı isə müqavilə nömrəsi kimi qeyd edilmiş 9998600_1 nömrəli hesab İddiaçı əmək haqqı kartına artıq ödənilmiş 1035,14 manat məbləğinin overdraft (texniki kreditləmə) hesabının nömrəsi olmuşdur. Kartdan istifadə edə biləcəyi vəsaitdən daha çoxunu istifadə etdiyinə görə texniki kreditləşmə yaranmışdır. Eyni zamanda məlumat məktubunun İddiaçı göndərildiyi işə əlavə edilmiş içərisində məlumat məktubu olan zərflə təsdiq olunur. Məktubun çatmamasının səbəbi isə özünün və həyat yodaşının işlədikləri üçün məktub aparılan vaxt evdə olmadıqlarına görə məktubu qəbul etməmələri olmuşdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maralı şəxs Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. İş materiallqarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş.; Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 18 may 2023cü il tarixli 8İ-8486 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar Maraqlı şəxs1 ASC-nin xeyrinə 1032,14 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd xx.xx.2022-ci il tarixli, 9998600_1 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 1032,14 manat borcu vardır. Maraqlı şəxs1 ASC tərəfindən İddiaçı bildirişin göndərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli “Məleykə Ekspress” ə məxsus 147581 nömrəli qaimədə göstərilir ki, bildiriş “məlumat azlığı” və “natamam ünvan” səbəbindən İddiaçı çatdırılmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Göründüyü kimi, icra qeydinin verilməsi üçün iki halın - təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq etməsi və tələbkarın sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə göndərdiyi bildirişin çatdırıldığını təsdiq edən sənədin mövcudluğu tələb olunur. Birinci halın, yəni borcun mübahisəsiz olduğunun təsdiq edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatin “İcra qeydlərinin aparılması” adlı Xİİ fəslində əksini tapmış 161-ci maddəsində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparmalı və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərməlidir. Göründüyü kimi borcun mübahisəsizliyi Nazirlər Kabinetinin qərarı ilə borc alanın borcun mübahisəsizliyini təsdiq edən sənədlərin siyahısında göstərilənlərlə konkretləşməklə həm də mübahisəzliyin təsdiq olunması notariusun yoxlaması ilə şərtləndirilmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlət Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167№li qərarı ilə təsdiq olunmuş borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında mübahisə predmenti olan bank tərəfindən məzuniyyət haqqı olaraq işçiyə artıq ödənilmiş pulun geri qaytarılması ilə bağlı tələb mübahisəsiz borclar siyahısında əks olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. T07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddiaçının, Maraqlı şəxs1 ASC-nin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Maraqlı şəxs1 ASC arasında 02 noyabr 2017-ci il tarixdə 1388 nömrəli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsinə əsasən İddiaçı bankın Problemli kreditlər departamentinin Regional təqib şöbəsinin eksperti vəzifəsində işə qəbul edilmişdir. İddiaçı ərizə ilə müraciət edərək məzuniyyətə çıxmaq üçün razılıq verilməsini xahiş etmiş,-28 fevral 2023-cü il tarixli 528-1 M saylı əmrə əsasən ona xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 21 təqvim günü məzuniyyət verilmiş və məzuniyyət pulu ödənilmişdir. İddiaçının öz xahişi ilə 110/k nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Maraqlı şəxs1 ASC İddiaçı ödnilmiş məzuniyyət pulunun geri qaytarılması üçün icra qeydinin verilməsi ilə bağlı notariat orqanına müraciət etmiş, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 18 may 2023cü il tarixdə müvafiq icra qeydi verilmişdir.Bank notariat orqanına müraciət etmədən qabaq artıq ödənilmiş məbləğin qaytarılması, qaytarılmayacağı təqdirdə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, lakin bildiriş İddiaçı çatdırılmamışdır. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən borcun mübahisəsiz olduğu və bildirişin çatdılmaması yoxlanmış, “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Qanunvericiliyin tələbinə görə, Maraqlı şəxs1 ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və borcluya çatdırmalı olduğu halda həmin bildirişi göndərsə də çatmasını təmin etməmiş, icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmiş, notariat ofisi də bunu yoxlamadan icra qeydi vermişdir. Belə ki, məhkəmə araşdırması zamanı Maraqlı şəxs1 ASC-yə notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməsi bildirimişdir. Lakin Maraqlı şəxs1 ASC tərəfindən sözügedən bidirişin İddiaçı çatdırılmasını təsdiq edən möhtəbər sübut məhkəməyə təqdim edilməmişdir. Elektron qaydada məhkəməyə göndərilmiş bildiriş və xəbərnamədən isə bildirişin “məlumat azlığı” və “natamam ünvan” səbəbindən İddiaçı çatdırılmadığı öz əksini tapmışdır. Göründüyü kimi, Cavabdeh icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halları, yəni borcun mübahisəsiz olduğunu və icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını yoxlamayıb qüsurları müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydi vermis və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Cavabdeh tərəfindən verilmiş 18 may 2023cü il tarixli, 8İ-8486 reyestr nömrəli icra qeydi ləğv edilməli, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş 18 may 2023- cü il tarixli, 8İ-8486 reyestr nömrəli icra qeydi ləğv edilsin. 100 manat ödənilmiş dövlət rüsumu Cavabdehndən alınaraq İddiaçı qaytarılsın Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar