Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-687/2023 23.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, cavabdehin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qərəzli hərəkətlərinə son qoyulmasına, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatına alınmasına maneənin aradan qaldırılaraq ölçmə işlərinin aparılmasına, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclasları 14 mart 2023-cü il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası 17 may 2023-cü il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni 23 may 2023-cü il tarixə saat 11:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 23 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, cavabdehin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçı izah edilsin ki, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-687/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-687/2023
23.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver