Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-688/2024 24.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2300.00 manatla birgə hüquqi yardım üçün vəkilə ödənilmiş 50.00 manat və ödənilmiş 43.00 manat dövlət rüsumunun, yəni cəmi 2393.00 manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 5 noyabr 2022-ci il tarixdə ehtiyac üzündən satdığı ona məxsus olan çəkisi 10 qram, əyarı 583 olan, 1 ədəd qadın üçün Kardinal boyunbağını-1250.00 manata və qızının nişanı üçün aldığı svarovski qaşlı, çəkisi 6 qram, əyarı 583 olan - 1 ədəd kişi üzüyünü 750.00 manata aldığı qızıl zinət əşyasının pulunu 3 ayadək ödəyəcəyinə söz verərək nisyə almışdır. Bundan 2 gün sonra, yəni 7 noyabr 2022-ci il tarixdə də yenidən onun yanına gələrək qızının nişan mərasiminə vacib pul lazım olduğu üçün ondan 300.00 manat borc pul istəmiş və borc aldığı 300.00 manatla 2000.00 min manatlıq qızıl-zinət əşyalarının pulunu da 3 ayadək tam verəcəyinə söz vermişdir. Onda 2000.00 manat borcu olduğu halda qızının nişanı olacaq deyə müalicəsi üçün topladığı puldan 300.00 manat nağd şəkildə borc pulu yenidən Pərvanəyə vermiş, beləliklə cavabdehin ona 2300.00 manat borcu yaranmışdır. Lakin cavabdeh ona olan 2300.00 manat borcunu tam şəkildə 3 ayadək ödəyəcəyinə dair söz versə də, borcunu dediyi müddətdə ödəməmişdir. Bu səbəbli də o, 1 ildən sonra, yəni 05 noyabr 2023-cü il tarixdə Şəki ŞRPŞ-nə müraciət edərək Cavabdeh ondan aldığı 2000.00 (İki min) manatlıq qızıl-zinət əşyasını və 7 noyabr 2022-ci il tarixdə isə ondan nəğd şəkildə aldığı 300.00 AZN (üç yüz manat) borc pulun Cavabdeh alınıb ona verilməsinə köməklik edilməsi üçün ərizə yazmışdır. Onun ərizəsi əsasında Şəki ŞRPŞ-də araşdırılma aparılmış və cavabdeh verdiyi izahatda bildirmişdir ki, guya ondan 1100.00 manatlıq qızıl-zinət əşyası və 1000.00 manat da nağd pul borc almış və həmin borcuda guya ona ödəmişdir. Araşdırmadan sonra isə ona Şəki ŞRPŞ-dən xx.xx.2013-cü il tarixli məktubla sözügedən iş üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. Şəki ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan sonra o, sözügedən mübahisəni məhkəmədən kənar qaydada həll etmək üçün cavabdehə ona borclu olduğu 2300.00 manatı məhkəmə qətnaməsi olmadan ona verməsi üçün 2 dəfə ayrı-ayrı vaxtlarda xəbərdarlıq göndərmiş, lakin cavabdeh xəbərdarlıqlara da məhəl qoymamışdır. Bütün bunlara görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, cavabdeh ondan 1 ədəd qadın üçün Kardinal boyunbağını - 1100 manata və 1 ədəd kişi üzüyünü 750 manata alaraq pulunu 3 ayadək ödəyəcəyinə söz verərək nisyə almışdır. Bundan 2 gün sonra, yəni 7 noyabr 2022-ci il tarixdə də yenidən onun yanına gələrək qızının nişan mərasiminə vacib pul lazım olduğu üçün ondan 300 manat borc pul istəmiş və borc aldığı 300 manatla qızılzinət əşyalarının pulunu da 3 ayadək tam verəcəyinə söz vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, iddiaçıdan aldığı üzük 750 manata yox, 300 manata almış və onun da pulunu özünə qaytarmışdır. İddiaçı 1000 manat sələmə pul götürmüşdür. Lakin öz bank kartını ona vermiş və onun İddiaçı borcu qalmamışdır. Boyunbağını da almışdır. Qiyməti 1100 manat təşkil edir. Lakin onun iddiaçıya borcu qalmamışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cavabdeh Şəki ŞRPŞ-də verdiyi izahatından görünür ki, cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan 1100 manat dəyərində qızıl-zinət əşyası və 1000 manat nəğd pul almış, lakin ona olan borcunu ödəmişdir. - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun xx.xx.2023-cü il tarixli 272 saylı arayışından görünür ki, İddiaçı vəkil X1 ilə bağladığı xx.xx.2023-cü il tarixli, 773 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 50 manat ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 43 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı bildirmişdir ki, cavabdehə 2 ədəd (dəyəri 1250 manat olan qızıl boyunbağı və dəyəri 750 manat olan qızıl kişi üzüyü) satmış, həmçinin 300 manat borca pul vermişdir. Cavabdeh isə iddiaçıdan dəyəri 1100 manat olan qızıl boyunbağı və dəyəri 300 manat olan qızıl kişi üzüyü aldığını, həmçinin 1000 manat sələmə pul götürdüyünü, lakin bütün borcunu ona qaytardığını bildirir. Məhkəmə iclasında iddiaçı cavabdehə satdığı boyunbağının dəyərinin 1100 manat olduğunu bildirmişdir. Hazırkı işdə Mülki Məcəllənin 600.1 və 739.1-ci maddələrinin dispozitiv şərtləri mövcuddur. Belə ki, iddiaçı tərəfindən 1100 manat dəyərində boyunbağının cavabdehə satılması məhkəmə tərəfindən mübahisə doğurmur. Bu halı hər iki tərəf təsdiq edir. Digər qızıl kişi üzüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin üzüyün dəyərinin 700 manat olduğunu qeyd etsə də bu barədə hər hansı sübut məhkəməyə təqdim etməmiş, cavabdeh isə dəyəri 300 manat olan qızıl kişi üzüyünü iddiaçıdan götürdüyünü bildirmişdir. İddia tələbinin borc hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh hər nə qədər iddiaçıdan 1000 pul götürdüyünü etiraf etsə də məhkəmə MPM-in 218.3-cü maddəsinə əsasən hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində yalnız 300 manata münasibətdə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1100 manat boyunbağının dəyəri, 300 manat kişi üzüyünün dəyəri və 300 manat borc pul, cəmi 1700 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdehin iddiaçıya olan bütün borcunu ödəməsi barədə dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bu barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 37 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1700 (bir min yüz əlli) manat, 37 (otuz yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 50 (əlli) manat vəkil xidmət haqqı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-688/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-688/2024
24.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver