Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-715/2024 30.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 3000 manat məbləğində pulun və Cavabdeh1 200 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən 18 mart 2024-cü il tarixdə Nümayəndə əsl olmayan tərəfin əvəzin edilməsinə dair ərizə təqdim edərək, onu əsl iddiaçı ilə yəni, etibarnamə üzrə nümayəndəsi olduğu Ağdam şəhəri, Muradbəyli sahəsi ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2ayan İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə MPM-nin 54-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 21 avqust 2001-ci il təvəllüdlü övladı İddiaçı 2019-cu ilin oktyabr ayında hərbi xidmətə çağırılmışdır. Döyüş bölgələrində xidmət keçib. Qazax döyüşlərində yaralanıb və cidd kəllə-beyin travması aldığı üçün hərbi xidmətdən təxris edilimişdir. Ambulator kitabçada, o cümlədən xəstəlik şəhadətnaməsində təsbit edilmiş məlumatlardan aydın görünür ki, xəstəlik 22 yanvar 2020-ci ildə, yəni hərbi xidmət dövründə başlamış və o, 22 yanvar 2020-ci il tarixdən 14 fevral 2020-ci il tarixədək hərbi hospitalda müalicədə olmuşdur. İİİ dərəcə əlil kimi 4.000 (dörd min) manat məbləğində birdəfəlik sığorta ödənişi almışdır. Həmin pulla kiçik təsərrüfat yaradaraq ailələrinin maddi ehtiyaclarını qarşılamaq üçün qazanc əldə etməyi planlaşdıran Niymət, bu işdə ona kömək edə biləcəyini düşünərək onlarla qonşu ünvanda - Şəki şəhəri, F.X.Xoyski küçəsi 4/6-da yaşayan Cavabdeh2 öz fikirlərini açıqlamış və Əli ona planlaşdırılmış işin təşkili və həyata keçirilməsində yaxından yardımçı olacağını vəd etmişdir. Toyuq-cücə yetişdirmək və ondan yararlanmaq üçün kiçik fermanın təşkili, satış obyektinin tapılması, icarəyə götürülməsi və sair təşkilati işləri həyata keçirmək adı altında Cavabdeh2 2022-ci ildə təxminən 40-45 gün müddətində müxtəlif vaxtlarda oğlundan hissə-hissə 3000 (üç min) manat pul götürmüşdür. Əli Xəlilovun işə cəlb etdiyi və onunla eyni ünvanda yaşayan əmisi oğlu Cavabdeh1 da toyuq satışı üçün icarəyə obyekt tapmaq adı altında Niymətdən 2022-ci ildə 200 (iki yüz) manat pul almışdır. Aralarında olan tanışlığı daha mötəbər münasibətlər səviyyəsinə çatdırmağa nail olmuş bu şəxslər həmin münasibətlərdən sui-istifadə edərək ələ keçirdikləri 3200 (üç min iki yüz) manat məbləğində pulun müqabilində heç bir iş görməmiş, pulu sahibinə, yəni Niymətə qaytarmamışlar. O, da müəyyən məbləğdə pul vəsaitinin olduğunu qardaşı X2, tanışları Cavabdeh1 və Cavabdeh2 (dodulu Fərid), X1 bildirən Cavabdeh2 onları da bu vəsaitdən yararlanmağa sövq etmişdir. Həmin şəxslər isə fürsəti qaçırmayıb əsl niyyətlərini büruzə vermədən müxtəlif bəhanələrlə ona məxsus pulu 2022-ci ildə hissə-hissə ələ keçirməyə müvəffəq olmuşlar. Belə ki, X4 320 (üç yüz iyirmi) manat, X3 1230 (bir min iki yüz otuz) manat, daha sonra 70 (yetmiş) manat, taksi sürücüsü işləyən, “dodulu Fərid” kimi tanınan Cavabdeh1 və Cavabdeh2 200 (iki yüz) manat pulu Niymətdən alaraq qısa bir zamanda qaytaracaqlarını vəd etmişlər. Göstərdiyi məqamları təsdiq edən whatsapp səs mesajları oğlunun telefon yaddaşında qalmışdır. Oğlu hərbi xidmət dövründə ciddi kəllə-beyin travması almışdır. Bu səbəbdən o, vaxtaşırı olaraq psixi idarəetmə funksiyalararının fəaliyyətinin qismən pozuntusu problemi ilə üz-üzə qalır. Həmin şəxslər öz çirkin niyyətlərini həyata keçirmək üçün oğlunun bu zəif cəhətindən vicdansızcasına istifadə etmişlər. Hadisə barədə Şəki ŞRPŞ-yə ərizə ilə rəsmi müraciət etmişdir. Ərizəsinə cavab olaraq hadisənin mülki xarakter daşıdığı bildirilmiş və işin məhkəmə qaydasında həlli tövsiyə edilmişdir. Cavabdehlərin əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olduğunu düşünərək təhqiqatçının bu mövqeyi ilə razılaşmayıb ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəki rayon prokurorundan işin obyektiv, tam və hərtərəfli araşdırılmasını təmin etməyini xahiş etmişdir. Lakin, prokurorluğun da mövqeyi eyni olmuş, işin mülki mübahisə xarakteri daşıdığı, məhkəmə qaydasında həllinin məqsədəuyğun olduğu bildirilmişdir. Bu səbəbdən hazırkı iddia ilə Şəki rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh X4 tərəfindən göndərilmiş 21 fevral 2024-cü il tarixli etiraz ərizəsindən görünür ki, iddiaçı Nümayəndə iddia ərizəsində qeyd etdiklərinə nəzər saldıqda görünür ki, bu tamamilə şər və böhtan xarakterli məlumatlardır. Belə ki, Nümayəndə daha öncə də hazırkı şər və böhtan xarakterli ərizə ilə Şəki Şəhər-Rayon Polis Şobəsinə müraciət etmiş və Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsində ərizə tam ətraflı araşdırılaraq həmin ərizənin şər və böhtan xarakterli olması öz təsdiqni tapmışdır. Məhkəmə tərəfindən Şəki ŞRPŞ-dən HK-1/242 nömrəli material tələb edilərək götürülmüş və həmin material üzrə qəbul edilmiş 26 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla iddiaçının qeyd etdiklərinin şər və böhtan olduğu tam təsdiq edilmişdir. Belə ki, iddiaçı Nümayəndə iddıa ərizəsində qeyd etmişdir ki. Göründüyü kimi hazırkı iddia ərizəsində iddıaçı guya ona toyuq-cücə yetişdirmək və ondan yararlanmaq üçün kiçik fermanın təşkili, satış obyektinın tapılması, icarəyə götürülməsi və sair təşkilatı işləri həyata keçirmək adı altında 3000 manat pul verdiyini qeyd etsə də Şəki ŞRPŞ-də verdiyı izahatında ona 3000 manat borc pul verdiyini qeyd etmişdir. 26 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda isə İddiaçı izahatında ona hissə-hissə şərikinə toyuq alveri etmək üçün 3000 manata kimi borc verdiyini bildirmişdir. Həmin material üzrə izahatında isə qeyd etmişdir ki, birlikdə toyuq alveri etmişlər, lakin alverləri alınmamışdır. İddiaçı hər dəfəsində bir-birinə ziddiyyətli ifadələr verir. Gah 3000 manatı ona borc verdiyini, gah da şərikli alver etmək üçün həmin pulu verdiyini bildirir. Belə ki, həmin qeyd edilənlər tamamilə ayrı-ayrı anlayışlardır. Əgər iddiaçı ona şərikinə alver etmək üçün pul veribsə və işləri alınmayıbsa iddiaçı necə ondan həmin pulu tələb edə bilər ki. Əgər borc veribsə nəyə görə deyir ki, həmin 3000 manat pula toyuq alveri etmişlər və işləri alınmamışdır. Belə ki, borc ayrı anlayışdı, şərikli alver etmək başqa. Göründüyü kimi iddiaçı Şəki ŞRPŞ-də ayrı məzmunda məhkəmədə isə tam ayrı məzmunda izahat vermiş və belə bir-birinə ziddiyyətli izahatlar da onun yalan deməsini tam təsdiq edir. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbində qeyd edilənləri təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdım edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Alxasova Aydın qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Hafiz Kərimovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 fevral 2023-cü il tarixli qərarından görünür ki, HK-1/242 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh2 Şəki ŞRPŞ-nin Təhqiqa Bölməsində verdiyi 25 fevral 2023-cü il tarixli izahatından görünür ki, İddiaçı Hicran xalanın oğludur. Niymətlə qonşudur, indiyə kimi münasibətləri yaxşı olub. Niymət 2019-cu ilin oktyabr ayında hərbi xidmətə getmişdir. 2020-ci ildə Niymət Qazax döyüşlərində yaralandığı üçün ordudan təxris olundu. 2022-ci ilin noyabr ayında o Niymətdən 500 ( beş yüz) manat borc pul almışdır. Aralarında olan şifahi razılaşmaya görə həmin 500 manatı 1 il müddətinə qaytarmalı idi. Təxminən 1 ay qabaq Niymətdən aldığı 500 manat puldan 100 manatını anası Hicrana vermişdir. Halhazırda onun Niymətə 400 manat borcu qalıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1091.1-ci maddəsinə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehlə aralarında iddia ərizəsində göstərilən məzmunda razılığın olmasını, bu razılığın müqabilində iddiaçının Cavabdeh2 ümumilikdə 3000 manat, digər Cavabdeh1 200 manat pul verməsinin həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı məhkəmə iclasında Cavabdeh1 hər hansı bir məbləğdə pul vəsaitinin verilməsi ilə bağlı qeyd etdikləri öz təqsdiqini tapmamışdır. Lakin, Cavabdeh2 Şəki ŞRPŞ-nin Təhqiqa Bölməsində verdiyi izahatı ilə İddiaçı cavabdehə 500 manat məbləğində borcun verilməsi və həmin borcdan cavabdehin 400 manat borcu qalması öz təsdiqini tapsa da, ancaq İddiaçı Cavabdeh2 3000 manat məbləğində pul vəsaitinin verilməsi öz təsdiqini tapmamışdır. İddiaçı tərəflər arasında iddia tələbində göstərilən məzmunda razılığın olması, həqiqətən də iddianın predmeti olan pul məbləğinin cavabdehlərə verilməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 400 manat məbləğində pul alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 400 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-715/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-715/2024
30.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver