Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-73/2025 12.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X16 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə (3-cü şəxslər: X10, X45, X17, X4, X11, X18, X25, X12, X19 və X33) qarşı “mirasın qəbulu faktının və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X62-Əhməd oğlundan miras qalmış ünvan 1 ünvanında (yeni qaydalarla ünvan 2 122 kv.m fərdi yaşayış evi üzrə tərəfindən mirasın qəbul etmə faktının müəyyən edilməsi, Mərhum X62-Əhməd oğlundan miras qalmış ünvan 1 ünvanında (yeni qaydalarla ünvan 2 122 kv.m fərdi yaşayış evindən ona düşən miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X8 17 yanvar 1980-cı il tarixdə rəhmətə getmişdir. O, rəhmətə gedəndən sonra ondan ünvan 1 ünvanında (yeni qaydalarla ünvan 2 122 kv.m fərdi yaşayış evi miras qalmışdır. Mərhum atası X8 rəhmətə gedəndən sonra aşağıdakı vərəsələri qalmışdır. 1. Oğlu - X26 - xx.xx.1966-cı ildə ölmüş və aşağıdakı vərəsəsi qalmışdır: X25 - xx.xx.1957-ci il. 2. Oğlu - X46 - xx.xx.2014-cü ildə ölmüş və aşağıdakı vərəsələri qalmışdır: X45 - xx.xx.1964, X18 - xx.xx.1962, X17 xx.xx.1986. 3. Qızı - X27 - xx.xx.2000-cı ildə ölmüş və aşağıdakı vərəsələri qalmışdır: X10 - xx.xx.1960, X5 - xx.xx.1962, 4. Oğlu - İddiaçı xx.xx.1949. 5. Oğlu - X34 - xx.xx.2021-ci ildə ölmüş və aşağıdakı vərəsləri qalmışdır: X13 - xx.xx.1953, X35 - xx.xx.1984, X20 xx.xx.1987. Atası rəhmətə getməmişdən əvvəldə və hazırda da o, ailəsilə birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. Atasının ölümündən sonra ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş və həmin əmlakı idarə etmişdir. O, mərhum atasından miras qalmış əmlakdan özünə düşən miras paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Şəki regional Asan Xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. X78 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli X-1650 nömrəli qərarı ilə notariat hərəkətinin aparılmasında imtina edilmişdir. İmtinanın əsası kimi isə göstərilmişdir ki, İddiaçı mirasın açıldığı andan nə ərizə, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırda mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət etməyini bidirmişlər. İşə məhkəmədə baxılarkən X10, X45, X17, X4, X11, X18, X25, X12, X19 və X33 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X33 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X45, X17, X4, X11, X18, X25, X12 və X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəki şəhəri, Çələbixan küçəsi,dalan 1, ev 5 (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən 122 kv.metr yaşayış evi və 0,051 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Yusubov Mehdi-Məşədi Əhməd oğlunun adına qeydiyyata alınmışdır. - 11 avqust 2021-ci il tarixli AZ-İİ seriyalı 209234 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X36 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 897 nömrə ilə qeyd edilmişdir. -26 dekabr 2024-cü il tarixli AZ-İ seriyalı 720721 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X47 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 528 nömrə ilə qeyd edilmişdir. - 23 sentyabr 1966-cı il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X28 06 sentyabr 1966-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə 168 nömrə ilə qeyd edilmişdir. - 06 may 2000-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X29 06 may 2000-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 may 2000-ci il tarixdə 239 nömrə ilə qeyd edilmişdir. - 18 yanvar 1980-ci il tarixli İİ- ЖГ 258046 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Yusubov Mehdi-Məşədi Əhməd oğlu 17 yanvar 1980-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 yanvar 1980-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. - 25 fevral 1988-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X37 09 avqust 1968ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 iyul 1968-ci il tarixdə 211 nömrə ilə qeyd edilmişdir. - Şəki şəhəri Dəmirçibulağı məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 76 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, 7-ci rayon, 9 Yanvar küçəsi 5 (indiki ünvan 5 ünvanında yaşamış X38 xx.xx.1980-ci il tarixdə vəfat etmiş rəhmətə gedəndən sonra aşağıdakı vərəsələri qalmışdır. 1. Oğlu - X26 - xx.xx.1966-cı ildə ölmüş və aşağıdakı vərəsəsi qalmışdır: X25 - xx.xx.1957-ci il. 2. Oğlu - X46 - xx.xx.2014cü ildə ölmüş və aşağıdakı vərəsələri qalmışdır: X45 - xx.xx.1964, X18 - xx.xx.1962, X17 xx.xx.1986. 3. Qızı - X27 - xx.xx.2000-cı ildə ölmüş və aşağıdakı vərəsələri qalmışdır: X10 - xx.xx.1960, X5 - xx.xx.1962, 4. Oğlu - İddiaçı xx.xx.1949. 5. Oğlu - X34 - xx.xx.2021-ci ildə ölmüş və aşağıdakı vərəsləri qalmışdır: X13 - xx.xx.1953, X35 - xx.xx.1984, X20 xx.xx.1987. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 23 may 2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan xx.xx.1949-cu il təvəllüdlü İddiaçı atası Yusubov Mehdi-Məşədi Əhməd oğlundan qalmış miras əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İddiaçı mirasın açıldığı andan nə ərizə, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - Şəki şəhər İcra Hakimiyyətinin Dəmirçibulaq Məhəllə nümayəndəliyinin xx.xx.2024cü il tarixli 04 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 7 ünvanında yaşayır və onun ailə üzvləri: X39, X21, X30, X31, X40 və X22r. - Şəki şəhər İcra Hakimiyyətinin Dəmirçibulaq Məhəllə nümayəndəliyinin xx.xx.2024cü il tarixli 09 nömrəli arayışından görünür ki, X3 şəhəri, “Dəmirçibulağı” məhəlləsi, H.Çələbixan dalan 1, ev 5 ünvanında yaşayır və onun ailə üzvləri: X39, X21, X30, X31, X40 və X22r. - X19 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-73/2025 saylı mülki iş üzrə iddia tələbinə etiraz etmir. - X10, X17, X6, X11, X18, X25 və X33 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onlar Şəki Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbulu faktının tam miras payının müəyyən edilməsi” tələbinə dair 2(075)-73/2025 saylı mülki iş üzrə iddia tələbinə etiraz etmirlər. - X45 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-73/2025 saylı mülki iş üzrə iddia tələbinə etiraz etmir. - X12 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-73/2025 saylı mülki iş üzrə iddia tələbinə etiraz etmir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X41 ifadəsində göstərmişdir ki, iddiaçı ilə əlli dörd ildir ki, qonşudur. Dörd qardaş və bir bacıları olub. Bacısı o, uşaq olanda ailə qurub. Qardaşının biri Adil, o biri qardaşı uşaq vaxtı rəhmətə gedib. Bir qardaşı Talehdir. Sağ olub-olmadıqlarını bilmir, atalarının adı Mehdidir. Yaşadıqları evin bir hissəsi Seyrana, bir hissəsi isə qardaşına məxsus olub. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X48 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur. Onlar 1977-ci ildə evlərinə köçmüşdür. O, evdə özü ilə Firuzə xala yoldaşı, oğlu, qızı və nəvələri ilə yaşayır. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan SSRİ Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 552-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X8 17 yanvar 1980-cı il tarixdə vəfat etmişdir. X1 ünvan 8 ünvanında (yeni qaydalarla ünvan 9 yerləşən 122 kv.m fərdi yaşayış evi miras qalmışdır. İddiaçı və onun mərhum qardaşı X36 öz ailələri ilə birlikdə həmin evdə yaşamışlar. X36 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı, mərhum atası X1 miras qalan əmlakdan özünə düşən miras paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Şəki regional Asan Xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. X78 Xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli X-1650 nömrəli qərarı ilə notariat hərəkətinin aparılmasında imtina edilmişdir. Hazırda iddiaçı həmin daşınmaz əmlakın atasından qalmış miras əmlak olduğunu qeyd edərək, mirasın faktiki qəbulunun və həmin miras əmlakdan payının müəyyən edilməsini xahiş edir. İş materialları ilə müəyyən olunur ki, X8 17 yanvar 1980-cı il tarixdə vəfat etmişdir və onun öldüyü məqamda malik olduğu ünvan 8 ünvanında (yeni qaydalarla ünvan 10də yerləşən 122 kv.m fərdi yaşayış evi onun miras əmlakı hesab olunur. İddiaçı və onun mərhum qardaşı X36 öz ailələri ilə birlikdə həmin evdə yaşamışlar. X36 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mirası qəbul edə biləcək digər şəxslər iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş və onlar da iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmçinin iş materiallarında tədqiq olunmuş sübutlardan və şahid ifadələrindən göründüyü kimi mərhum X23 vərəsələri olan X13, X35, X20 da iddiaçı kimi Şəki şəhəri, Çələbixan küçəsi dalan 1 ev 5 ünvanında (yeni qaydalarla ünvan 11ə hal-hazırda orada yaşayırlar. Göstərilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı və maraqlı şəxslər X13, X35, X20 mərhum X2 ölümündən sonra miras əmlaka yiyələnmələri tərəflər arasında işin mübahisəsiz halı olduğundan onlar mirası faktiki olaraq qəbul etmiş sayılırlar. İşin bu halları onu deməyə əsas verir ki, miras qoyan X8 öldükdən sonra onun birinci növbə vərəsələri olan oğlu-İddiaçı və oğlu X24 (xx.xx.2021-ci ildə ölmüşdür) vərəsələri X13, X35 və X20 miras qalmış əmlaka faktiki surətdə yiyələndiklərindən, onlar mirası qəbul etmiş sayılırlar. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 17 yanvar 1980-ci ildə ölmüş mərhum atası Yusubov Mehdi-Məşədi Əhməd oğlundan miras qalmış ünvan 8 ünvanında (yeni qaydalarla ünvan 12 yerləşən 122 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edillməli və həmin miras əmlaka dair İddiaçı 3/6 hissədə, X7 1/6 hissədə, X16 1/6 hissədə və X9 1/6 hissədə payı müəyyən edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı 17 yanvar 1980-ci ildə ölmüş mərhum atası Yusubov Mehdi-Məşədi Əhməd oğlundan miras qalmış ünvan 8 ünvanında (yeni qaydalarla ünvan 12 yerləşən 122 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin və həmin miras əmlaka dair İddiaçı 3/6 hissədə, X7 1/6 hissədə, X16 1/6 hissədə və X9 1/6 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-73/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-73/2025
12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver