Məhkəmə qərarları › İş №e-2(075)-736/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-736/2024

02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-736/2024 02.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Meşələrin İnkişafı Xidmətinin 7 saylı X1 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Meşələrin İnkişafı Xidmətinin 7 saylı X1 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Meşələrin İnkişafı Xidmətinin 7 saylı X1 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına qanunsuz olaraq X3 məxsus 60 (altmış) ədəd köküstə yaş ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin 376 (üç yüz yetmiş altı) manat 15 (on beş) qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutulub 7 saylı X1 Mərkəzinin “Kapital Bank”ın Şəki rayon şöbəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 7 saylı X1 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Mərkəzin İlisu meşəbəyliyinin 06 saylı meşə dolayısında qəfləti yoxlama keçirilən zaman Şəki rayonu Baqqal kənd sakini Cavabdeh X3 məxsus 60 (altmış) ədəd köküstə yaş ağac kəsdiyi faktı müəyyən edilmişdir. Cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi sübuta yetirilmiş və 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda, inzibati xəta haqqında işə baxılarkən Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 376 (üç yüz yetmiş altı) manat 15 (on beş) qəpik maddi zərər vurulması müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə 3-14-27/08/2-030/2023 nömrəli məktubla X3 vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iddiaçı Meşələrin İnkişafı Xidmətinin 7 saylı X1 Mərkəzinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul edir. Aktda qeyd olunan ağacları kəsmişdir. Maddi imkanı aşağıdır. Onun maddi imkanı hər ay 30 - 40 manat cərimə ödəmək iqtidarındadır. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: - xx.xx.2023-cü il tarixli, 004294 saylı aktdan görünür ki, İlisu meşəbəyliyinin 06 saylı meşə dolayısının, 66 saylı kvartalında yoxlama aparılan zaman həmin ərazida Şəki rayonu Baqqal kənd sakini Cavabdeh özbaşına olaraq kök üstə olan yaş 60 ədəd ağacları kəsib apardığı aşkarlanmış və həmin vətəndaş saxlanılmışdır. Özbaşına kəsilmiş ağaclar 12 smdən 10 ədəd “Dəmirqara”, 16 sm-dən 20 ədəd “Dəmirqara”, 16 sm-dən 10 ədəd “Palıd” olmaqla, cəmi 60 ədəd ağac olmuşdur. - xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 253.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində İXM-nin 253.1-ci maddəsi ilə 700 manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. - Meşələrin İnkişafı Xidmətinin Şəki X1 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-14- 27/08/2-030/2023 saylı məktubundan görünür ki, Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində X3 376,15 manat məbləğdə maddi ziyan vurması, vurmuş olduğu maddi zərərin 10 gün ərzində könüllü olaraq ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Kəsilmiş ağacların həcm qiymət cədvəlindən görünür ki, Cavabdeh tərəfindən kök üstü yaş ağacların kəsilməsinə görə cəmi 376,15 manat məbləğdə maddi zərər vurulmuşdur. - Foto şəkillərdə olan görüntülərdən görünür ki, İlisu meşəbəyliyinin 06 saylı meşə dolayısının, 66 saylı kvartalında ağaclar kəsilib doğranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin: 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir. 78-ci maddəsinə əsasən Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. 79-cu maddəsinə əsasən Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun: 13-cü maddəsinə əsasən təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək təbiətdən istifadəçilərin vəzifələrinə daxildir. 78-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. 79-cu maddəsinin 2-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. 79-cu maddəsinin 7-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası”na əsasən meşə qanunvericiliyinin pozulması nəticəsində dövlətə vurulan zərərin ödənilməsi məqsədi ilə fiziki və hüquqi şəxslərə qarşı iddia qaldırmaq, meşə qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri cinayət məsuliyyətinə cəlb etmək məqsədi ilə müvafiq sənədləri hüquq-mühafizə orqanlarına göndərmək bu sahədə nəzarəti həyata keçirən qurumun hüquq və vəziflərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 1.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırılmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır. “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 2.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsini və qorunmasını həyata keçirən vəzifəli şəxslər öz səlahiyyətləri hüqdudlarında meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpasında inzibati xətaları və cinayət törədilməsi hallarını aşkar etmək, müvafiq qaydada rəsmiləşdirmək, hüquq-mühafizə və məhkəmə orqanlarına, yaxud inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) göndərmək, meşə istifadəçilərinə meşə fondunun mühafizəsinə, qorunmasına və bərpasına dair rəsmi göstərişlər vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, 7 saylı X1 Mərkəzinin İlisu meşəbəyliyinin 06 saylı meşə dolayısında qəfləti yoxlama keçirilən zaman Şəki rayonu, Baqqal kənd sakini Cavabdeh X3 məxsus 60 ədəd köküstə yaş ağaclar kəsdiyi faktı müəyyən olunmuşdur. Bununla da, Cavabdeh X3 376,15 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 700 manat cərimə edilmişdir. Cavabdeh X3 vurduğu ziyanın məbləği 376,15 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasında ağac kəsdiyi etiraf etmiş, lakin tələb olunan maddi ziyanın ödənilməsinə maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə tədqiqatı zamanı iddia tələbi cavabdehin etirafedici izahatı və işdə olan digər mötəbər sübutlarla ilə sübuta yetirlmişdir. Göründüyü kimi cavabdehin hər hansı hüquqi əsas olmadan X3 məxsus 60 ədəd köküstə yaş ağaclar kəsməsi nəticəsində X3 376,15 manat məbləğində zərər dəymiş, Mülki Məcəllənin, eyni zamanda “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq normalarında ətraf mühitə vurulmuş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulduğundan məhkəmə iddianı əsaslı hesab edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh meşə fondu sahəsində özbaşına qanunsuz olaraq X3 məxsus 60 ədəd köküstə yaş ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 376,15 (üç yüz yetmiş altı manat, on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq 7 saylı X1 Mərkəzinin “KapitalBankın” Şəki rayon şöbəsinin müvafiq hesabına ödənildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh meşə fondu sahəsində özbaşına qanunsuz olaraq X3 məxsus 60 ədəd köküstə yaş ağac kəsilməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 376,15 (üç yüz yetmiş altı manat, on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq 7 saylı X1 Mərkəzinin “KapitalBankın” Şəki rayon şöbəsinin müvafiq hesabına (Dövlət Xəzinadarlıq agentliyi Kod: 210005 Vöen: ********** M/H:AZ41NABZ******************** S.W.İ.F.T CTREAAZ22 H/H:AZ38CTRE******************** VÖEN: ********** Büdcə Təsnifatının kodu: 142330 Büdcə səviyyəsinin kodu: 1) ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar