Məhkəmə qərarları › İş №e-2(075)-765/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-765/2023

06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-765/2023 06.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi1.206,98 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32.07 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə 06 iyun 2023-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ******************) xx.xx.2021-ci il tarixində “onlayn” ödəniş əməliyyatı icra etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 1.206,98 (bir min iki yüz altı manat, 98 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır. Cavabdeh təhsili ilə bağlı İddiaçı ASC-dən digital kart sifariş etmişdir. Həmin kartın limiti 100 manatdır. Buna görə də 1206 manat məbləğində pulun çıxarılması mümkün deyildir. İddiaçı tərəfindən vətəndaşa məlumat verilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında İddiaçı ASC ilə Cavabdeh arasındakı elektron müqavilədən görünür ki, Cavabdeh hesablarındakı bütün əməliyyatlarının benefisiarı özü olduğunu təsdiq etmiş və hər hansı üçüncü tərəfin məqsədləri üçün və ya xeyrinə istifadə edilməyəcəyini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş kartından çıxarışın təsviri və nəticə hissələrinə əsasən müəyyən edilir ki, Cavabdeh kart hesabına 0,00 manat mədaxil olunub, 1,206,98 manat məxaric olunub. xx.xx.2021-ci il tarixə olan ilkin qalıq 0,00 manat təşkil etmiş, xx.xx.2023-cü il tarixə olan son qalıq isə 1,206,98 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmiş, pulu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin hüquqi əsasən əsassız varlanma təşkil etmir. Çünki, tərəflər arasında etibarlı müqavilə münasibətləri qüvvədə olmuşdur və mübahisənin faktiki və hüquqi əsasları həmin müqavilənin yuxarıda sadalanan bəndlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh varlanmışdır. 2-ci şərt də ödənilir- İddiaçı ASC pul vəsaitindən məhrum olmuşdur. Lakin, 3-cü dispozitiv şərt ödənilmir- çünki tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcud olmuşdur. Deməli, mübahisənin qanuni əsası qismində əsassız varlanmanın çıxış etməsi istisna olunur. Lakin, xx.xx.2017-ci il tarixli “Ödəniş kartının verilməsi və istifadə edilməsinə” dair elektron müqavilədə hazırki iddia tələbi üzrə münasibətlər tənzimlənmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş kartından çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh kartına texniki maliyyə əməliyyatı səhvi olaraq İddiaçı ASC tərəfindən 1,206,98 (bir min iki yüz altı manat doxsan səkkiz qəpik) manat pul köçürülmüşdür. Lakin, Cavabdeh müqavilə öhdəlikləri üzrə həmin məbləği geri qaytarmaq vəzifəsini icra etməməklə müqavilə üzrə sərbəst irədəsinə əsasən üzərinə götürdüyü vəzifəyə əməl etməmiş və nəticədə iddiaçıya 1,206,98 (bir min iki yüz altı manat doxsan səkkiz qəpik) manat maddi zərər vurmuşdur. Əgər vəsait Cavabdeh tərəfindən əldə edilməmişsə belə, bu sonuncunu məsuliyyətdən azad etmir. Belə ki, müqaviləyə əsasən Cavabdeh ödəniş kartı hesabına bağlı əsas və əlavə kartlara görə bu müqavilə çərçivəsindən məsuliyyət daşıyır. Kart üzrə İstifadəçi qismində Cavabdeh çıxış edir. Beləliklə, Tərəflər arasındakı xx.xx.2017-ci il tarixli “Ödəniş kartının verilməsi və istifadə edilməsinə” dair müqaviləsi iddianın faktiki və hüquqi əsasları eyni eynilik təşkil edir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1206.98 (min iki yüz altı manat doxsan səkkiz qəpik) manat borc və 32.07 (otuz iki manat yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1206.98 (min iki yüz altı manat doxsan səkkiz qəpik) manat borc və 32.07 (otuz iki manat yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar