Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-795/2024 05.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manatın və ödənilmiş 120,40 manat dövlət rüsumunun alınaraq ona İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Oğuz şəhərində yaşayır. 2018-ci ilin iyul ayında Oğuz şəhərində kirayə ev axtaran zaman ona demişlər ki, Samir adlı polis əməkdaşının evi var, satır, müştəri tapana kimi kirayə verir. O, həmin evi kirayə götürmək qərarına gəlmiş, maraqlanıb bilmişdir ki, evin açarı Oğuz RPŞ-də sıravi polis nəfəri vəzifəsində işləyən Taleh adlı şəxsdədir. 2021-ci ilin iyul ayının 5-də o, Talehlə görüşüb evin açarını götürüb 200 manat kirayə pulu olaraq vermişdir. Həmin vaxt ona məlum oldu ki, Samir adlı polis əməkdaşı Hacıqabul rayonunda işləyir, evin açarını da polis əməkdaşı işləyən Talehə vermişdir. Taleh açarı ona verəndə bildirmişdir ki, Samir evi 200 manata kirayə verir. Belə olub o da, razılaşıb həmin evin açarlarını götürüb 200 manat kirayə pulunu qabaqcadan Talehə vermişdir. Həmçinin söhbət zamanı Taleh demişdir ki, Samir evi 35.000 manata satır. O da bir söz deməmişdir. 2021-ci ilin avqust ayında əri X5 Federasiyasından gəldikdə o, ərinə demişdir ki, sahibi bu evi 35.000 manata satır. Əri də evə baxıb demişdir ki, 35.000 manata dəyəsi ev deyil, ancaq evi ipoteka kimi satsa almaq olar. Buna görə əri Samir adlı şəxsə zəng edib evlə bağlı danışan zaman demişdir ki, onun nəğd 35.000 manat pulu yoxdur, uşağı xəstədir, böyrəyindən əməliyyat olunasıdır, ona hissə-hissə 5000 manat olmaqla pul versin, bir ildən sonra qalan pulu bütöv verər, lap pulu artıqlaması ilə ödəyər. Samir də razılmışdır. Söhbət zamanı Samir demişdir ki, pulu Polis Şöbəsində işləyən Talehə versin. 2019-cu ilin mart ayının ortalarında o, 5000 manat pulu Oğuz şəhərində Talehə vermişdir. O, pulu verəndə yanlarında heç kim olmamışdır. Buna baxmayaraq Samir evi satdığa qoyduğu üçün müştərilər gəlib evə baxıb gedirdilər, lakin almaq istəyən yox idi. O, Samirə 5000 manat pulu Taleh vasitəsi ilə göndərəndən təxminən 1 ay sonra bir neçə adam gəlib evə baxanda, o, onlardan kim olduğunu və nə üçün gəldiklərini soruşanda, demişlər ki, evi almaq üçün baxmağa gəlmişlər. O da həmin şəxslərə həmin ev üçün 5000 manat beh verdiyini bildirdikdən sonar həmin adamlar çıxıb getmişlər. O, Samirə zəng edib, evi almaq üçün 5000 manat beh verdiyi halda, evi almaq üçün baxmağa gələnlər olduğunu dedikdə Samir təcili pul lazım olduğunu, əgər evi nəğd pula alan olsa satacağını bildirdi. O, Samirə evi satanda onun 5000 manat pulunu qaytarması ilə bağlı bildirdikdə, onunla razılaşmışdır. Bir müddət keçməsinə baxmayaraq evi alan olmadığı üçün Samir ona zəng edib demişdir ki, ona təcili pul lazımdır, onda pul varmı. Həmin vaxt o, Samirə 5000 manat verə biləcəyini bildirmişdir. Ancaq ondan soruşmuşdur ki, 5000 manat verəndən sonra da evi yenə də satdığa qoyacaqmı? Samir də demişdir ki, 5000 təcili lazımdır, bu pulu versə evi satdığa qoymayacaq. 2019-cu ilin noyabr ayının 14-də Samir ona zəng edib demişdir ki, 5000 manat pulu sabah ona Şəki şəhərinə göndərsin. O, səhəri gün, yəni 15 noyabr 2019-cu il tarixdə Vəzirxan adlı sürücünün idarə etdiyi Mitsubishi markalı avtomaşınla Şəki şəhərinə getmiş, Şəki şəhərində yerləşən “Böyük ucuzluq” mağazasının qarşısında Samir adlı şəxslə görüşmüş, taksi sürücüsü Vəzirxanın yanında 5000 manat pulu Samirə vermişdir. Söhbət zamanı o, Samir demişdir ki, uşağı xəstədir, uşağını da götürüb Rusiyaya gedəcəkdir, onların cəmi 20.000 manat nəğd pulları var, uşaqları əməliyyat etdirəcəklər. Uşaq əməliyyatdan salamat çıxsa qayıdıb həmin 20.000 manat pulu ona verib halalaşacaqlar. Samir də heç nə deməmişdir. Onun uşağı Rusiya Federasiyasının vətəndaşıdır, onun əməliyyatı pulsuz olmalı idi. Hər ehtimala qarşı həmin 20.000 manat pulu özündə saxlamışdır ki, birdən pula ehdiyac olar. Uşağın əməliyatı uğurla keçsə qayıdıb 20.000 manatı Samirə verib evi alacaqdır. O, Oğuz şəhərinə qayıdıb həmin evin açarını anasına vermiş, 2020-ci ilin yanvar ayının əvvəllərində uşağını da götürüb Rusiya Federasiyasının Tümen vilayətinə, ərinin yanına getmişdir. 2020-ci ilin mart ayında uşağı müayinə edib demişlər ki, əməliyyat etmək mümkün deyil. Belə olub o, Samirə zəng edib demişdir ki, ona 20.000 manat pul göndərmək istəyir. Samir isə demişdir ki, pulu göndərmək lazım deyil, özləri gəlib burada pulu versinlər. Bundan sonra dünyada kronavirus pondemiyasının yayılması ilə bağlı sərhədlər bağlandığı üçün o, uşağı ilə birlikdə ərinin yanında qalmışdır və Azərbaycana gələ bilməmişdir. Bundan sonra zəng edib danışanda anası ona demişdir ki, evi almaq üçün gəlib baxanlar var. Bundan sonra o, Samirə zəng edib demişdir ki, evi satırsa satsın, sonda onun 10.000 manat pulunu versin. Samir ona zəng edib evi boşaltmağın deyəndə, o, Samirə 10.000 manat pulunu verdikdən sonra evi boşaldacağını bildirmişdir. 2021-ci ilin may ayının əvvəllərində Samir zəng edib demişdir ki, evi alıblar, gəlib evi boşaltsın. Həmin vaxt Samirdən pulunu nə vaxt verəcəyini soruşduqda, Samir də, verəcəyini demişdir. 2021-ci ilin may ayının 6-da Oğuz şəhərinə gəldikdə görmüşdür ki, evi alan yoxdur. Samir ona demişdir ki, ev boşalmalıdır, alan var. O da Samirdən pulunu tələb etmişdir. 2021-ci ilin may ayının sonlarında Taleh ona demişdir ki, evi onun qohumları alır, evi boşaltsın. Bundan sonra o, başqa yerdə kirayə ev tutub, bəzi ev əşyalarını götürüb həmin evə aparmış, evin açarlarını da özündə saxlamışdır ki, pulunu alanda verər. 2021-ci ilin iyul ayının əvvəllərində Samir ona zəng edib, evi almaq istəyən olduğunu, buna görə evi boşaltmağını demişdir. Bundan sonra bir nəfər qadın onun mobil telefonuna zəng edib demişdir ki, ev onun adınadır, Samirin ona heç bir borcu yoxdur, evi boşaltmalıdır, əks halda gəlib saçını yolacaq. O da ehtiyat edib evin qapısını bağlayıb anası evinə qaçmışdır. Anasına demişdir ki, Samirin atasına desinlər, Samiri başa salsın. Belə olub o, anası ilə birlikdə Şəki rayonu, Dəhnə kəndinə gedib Samirin atası ilə görüşüb vəziyyəti danışmış, atası isə olara heç nədən xəbəri olmadığını demişdir. Həmin vaxt ona məlum olmuşdur ki, həmin ev Samirin atasının adınadır, Samir də həmin evi öz evi kimi ona satmaq istəmiş, 10.000 manat pulunu alıb, indi də qaytarmır. Həmçinin 10.000 manat pulu Samirə, sonuncunun Oğuz şəhərində ona satmaq istədiyi evi almaq məqsədi ilə vermişdir. O, sonradan Samirə 20.000 manat da vermək istədikdə, Samir evi satmadığını demişdir. Səbəbini soruşduqda isə demişdir ki, evi satmır. Sonradan ona məlum olmuşdur ki, həmin ev Samirin atasının adına olub, Samir ondan əlavə 20.000 manat pulu alsa, pulun qalanını atasına verə bilməyəcək. Ona görə Samir evi başqasına satmışdır. Samir evi satdıqdan sonra ondan aldığı 10.000 manat pulu qaytarmamışdır. O, bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra onu Şəki Şəhər-Rayon Polis Şöbəsinə dəvət edərək izahatı alınmış, şahidlərin və Cavabdeh da, izahatı alındıqdan sonra guya onun əməllərində cinayət tərkibi olmadığı qənaətinə gəlinərək 14 iyul 2021-ci ildə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. O, həmin qərarı aldıqdan sonra aidiyyəti üzrə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. 15 oktyabr 2021-ci il tarixli, 2(075)-1915/2021 nömrəli qərardadla onun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra o, dəfələrlə aidiyyəti qurumlara və Şəki Rayon Məhkəməsinə ərizələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Uzun müddətdir ki, o, Cavabdeh verdiyi pulu ala bilmir. Bu da öz-özlüyündə onun hüquqlarının pozulmasına gətirib çıxarır. Hər dəfə o, Cavabdeh pulunu tələb etdikdə verəcəyini bildirərək onu bu günə kimi yubatmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia ərizəsində göstərilən evi xx.xx.2018-ci il tarixdə kirayə götürmüşdür. 2019-cu ilin yanvar ayına kimi kirayə qalmışdır. 2019-cu ilin fevral ayında Samirlə evi almaq barədə razılaşmış və 200 manat kirayə pulu əlavə olaraq evin satılması üçün 5000 manat məbləğdə pul vermişdir. O, kirayə pulunu hər ayın əvvəli vermişdir. Evin alqı-satqısı üçün 5000 manat məbləğdə pul verəndən sonra kirayə pulu verməmişdir. Bildirmişdir ki, evin alqı-satqısına görə 2019-cu ilin noyabr ayında 5000 manat əlavə pul vermişdir. 2020-ci ilin yanvar ayında isə uşağının müalicəsi üçün Rusiya Federasiyasına getmişdir. 2021-ci ilin may ayında yenidən Azərbaycana qayıtmışdır. 2021-ci ilin may ayında Samir evi satdığı üçün evdən çıxmışlar, lakin əşyaları evdə qalmışdır. Cavabdeh bu vaxta kimi ondan evin alqı-satqısına görə aldığı 10000 manatı qaytarmamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı ev almaq məqsədi ilə 2019-cu ildə Samir adlı şəxsə 10000 manat məbləğdə pul verməsi, lakin sonuncunun evi ona satmamasına dair HK-1/819 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - xx.xx.2018-ci il tarixli, 21229904 saylı qəbzdən görünür ki, X1 Samir Çingiz oğlunun hesabına 200 manat məbləğdə pul vəsaiti göndərmişdir. - xx.xx.2018-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, X1 Samir Çingiz oğlunun hesabına 195 manat məbləğdə pul vəsaiti göndərmişdir. - xx.xx.2018-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, X1 Samir Çingiz oğlunun hesabına 195 manat məbləğdə pul vəsaiti göndərmişdir. - xx.xx.2019-cu il tarixli, ********* saylı qəbzdən görünür ki, X1 Samir Çingiz oğlunun hesabına 195 manat məbləğdə pul vəsaiti göndərmişdir. - xx.xx.2019-cu il tarixli, ********* saylı qəbzdən görünür ki, X1 Samir Çingiz oğlunun hesabına 195 manat məbləğdə pul vəsaiti göndərmişdir. - xx.xx.2024-cü il tarixli, 5-68-12/2-214/2024 saylı arayışdan görünür ki, İddiaçı 04 mart 2022-ci il tarixdən 04 mart 2023-cü il tarixədək ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmuşdur. Eyni zamanda İddiaçı 01 sentyabr 2023-cü il tarixdən hal-hazıradək ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. - xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğdə dövlət rüsumu ödəmişdir. - “Asan Pay” rəsmi internet səhifəsinin çıxarışından görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 20 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus evi, aylıq 200 manat kirayə pulu müqabilində xx.xx.2018-ci il tarixdə kirayə olaraq tutmuşdur. Cavabdeh evi satmaq istədiyi üçün iddiaçı ilə aralarında razılaşmışlar. Belə ki, cavabdeh evi 35000 manat məbləğə satmaq istəmiş, iddiaçının nəğd 35000 manat məbləğdə pulu olmadığı üçün evin pulunu hissə-hissə ödəmək barədə razılaşmışlar. Evin alqı-satqısı üçün cavabdeh iddiaçıya 2019-cu ilin fevral ayında 5000 manat, 2019-cu ilin noyabr ayında 5000 manat məbləğdə olmaqla, ümumilikdə 10000 manat məbləğdə pul vermişdir. Lakin cavabdeh evi başqa şəxsə satmış, iddiaçıdan evin alqı-satqısı üçün aldığı pulu iddiaçı geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh evin alqı-satqısı üçün aldığı pulu iddiaçıya ödəməməklə əsassız olaraq varlanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında rəsmi olaraq hər hansı alqı-satqı müqaviləsi və ya kirayə müqavilə imzalanmadığından məhkəmə iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı sübut kimi nəzərə alır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarda Şəki ŞRPŞ-də hər iki tərəfin izahatı alınmış, cavabdeh verdiyi izahatında 2019-cu ilin yanvar ayından 2021-ci ilin iyun ayı daxil olmaqla, cəmi 30 ayın kirayə pulunu iddiaçının ödəmədiyi göstərmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçı izahatında 2019-cu ilin fevral ayında evin alqı-satqısı üçün 5000 manat məbləğdə pul və 200 manat kirayə pulu ödədiyini, 5000 manat pul verdikdən sonra cavabdehə artıq 200 manat kirayə pulu ödəmədiyini, 2021-ci ilin may ayında isə evdən çıxdığını qeyd etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, iddiaçının izahatını sübut kimi qəbul edərək hesab edir ki, iddiaçı 2019-cu ilin fevral ayından, 2021-ci ilin may ayına kimi cavabdehlə aralarında olan razılaşmaya əsasən 27 ay müddətin kirayə pulu ödəməmişdir. 27 ay müddətin kirayə pulu 5400 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, eyni zamanda iddiaçı cavabdeh aralarında olan kirayə razılaşmasının şərtlərini pozaraq 5400 manat məbləğdə kirayə pulunu ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən 4600 manat məbləğdə pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 66 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat və 66 (altmış altı manat) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-795/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-795/2024
05.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver