Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-8/2024 08.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7/5-də 0.11977 ha torpaq sahəsində yerləşən mərtəbəli, 4 otaqlı, 76,5 kv.m yaşayış, 106, 49 kv.m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinin naturada bölünməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7-də 0.11977 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 76,5 kv.m yaşayış, 106, 49 kv .m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən 1/2 hissə onun, 1/2 hissə isə Cavabdeh paylı mülkiyyətindədir. Cavabdeh paylı mülkiyyətlərində olan həyətdəki ağacları özbaşına kəsir, qanunsuz hörgü və hasar çəkmə işləri aparır, ona məxsus olan hissədə qonşu ilə söküntü işləri aparır. Sanitar qovşaq, təndir, hamam, navesi sökür. Evin taxta döşəmələrini, pəncərələrini söküb, qardaşı İlhama qanunsuz ev tikmişdir. Onu isə evə girməyə icazə vermədiyi üçün onun qanunsuz əməllərini həyata keçirməyinə mane ola bilmir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq heç bir əhəmiyyət vermir və öz qanunsuz əməllərini davam etdirir. Bu hal isə mülkiyyətində olan torpaq sahəsinə və onun üzərindəki tikililələrə olan mülkiyyət hüququndan onu məhrum edir. Cavabdehlə aralarında olan bu problemin yeganə həlli yolu yalnız maneələrin aradan qaldırılması və payın naturada müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsi ilə mümkündür. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək bildirmişdir ki, mübahisələndirilən fərdi yaşayış evinin ½ hissəsi iddiaçının, ½ hissəsi isə cavabdehin mülkiyyətindədir. Hal-hazırda İddiaçı Türkiyədə yaşayır. Cavabdeh bu vəziyyətdən istifadə edərək həmin evin müəyyən hissəsini sökmüşdür. Bundan başqa həyətdəki ağacları kəsmişdir. Qeyd olunan əmlakdan tərəflərin payları müəyyən olunub ayrılmadığı üçün cavabdeh həmin əmlakdan qeyri-qanuni istifadə edir. Cavabdeh nəzərə almır ki, fərdi yaşayış evinin ½ hissəsi iddiaçının mülkiyyətindədir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş iş üzrə məhkəmə ekspertizasını icra etmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İ dərəcəli ədliyyə qulluqçusu X5 ifadəsində göstərmişdir ki, iş üzə verilmiş ekspert rəyini müdafiə edir. Tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evinə baxış keçirilmiş, həmin evin tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş matrialına alavə edilmiş 26 iyul 2021ci il tarixli, 5843 inventar nömrəli, **********01-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, dalan 7, ev 3 (Yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh və İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş matrialına alavə edilmiş 26 iyul 2021ci il tarixli, **********01-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, dalan 7, ev 3 (Yeni qaydalarla : ünvan 1 ünvanında 0.1722 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 76.5 kv.metr yaşayış sahəli, 106,49 kv.metr köməkçi sahəli fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh ½ hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş matrialına alavə edilmiş 18 dekabr 2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, dalan 7-də mülkiyyətində olan 0.11977 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 76.5 kv.metr yaşayış, 106,49 kv.metr köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissəsi İddiaçı, ½ hissəsi Qaffarov Əbdülkərim oğlunun adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 99 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş matrialına alavə edilmiş 16 iyun 2010cu il tarixli, MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.11977 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 76.5 kv.metr yaşayış, 106,49 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissəsi İddiaçı, ½ hissəsi Qaffarov Əbdülkərim oğlunun adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 99 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş matrialına alavə edilmiş 23 iyun 2010cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 08 yanvar 2001-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi oğlu Cavabdehdur. Şəhadətnaməə verilən miras əmlak Şəki şəhəri, N.Nərimanov küçəsi, dalan 7-də 0.11977 ha torpaq sahəsində yerləşən 4 otaqlı, yaşayış sahəsi 76.5 kv.metr, köməkçi sahəsi 106,49 kv.metr, ümumi sahəsi 182,99 kv.metr olan 05 saylı fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına alavə edilmiş 29 iyun 2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.1197 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 76.5 kv.metr yaşayış, 106,49 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissəsi İddiaçı, ½ hissəsi Qaffarov Əbdülkərim oğlunun adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 99 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş matrialına alavə edilmiş Şəki İnzibati- İqtisadi Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2-1(84)-972/2017 nömrəli qətnaməsindən çıxarışın surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarışda torpaq sahəsinin ölçüsü qrafasında olan 0,1197 rəqəminin 0,1722 rəqəminə dəyişdirilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş matrialına alavə edilmiş 06 sentyabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.1722 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 76.5 kv.metr yaşayış sahəli, 106,49 kv.metr köməkçi sahəli fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh ½ hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli, 10/6259 saylı məhkəmə tikintitexniki ekspertizasının rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan, Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7-də 0.11977 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 76.5 kv.metr yaşayış, 106,49 kv.metr köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4174 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan və tərəflərin istifadəsində olan daşınmaz əmlakın tərəflərin faktiki istifadə vəziyyəti üzrə, paylardan qismən kənara çıxmaqla bölünməsi mümkündür. Bunun üçün həmin yaşayış evi tərəflərin faktiki istifadəsində olduğu kimi (texniki pasportda göstərilən qaydada) bölünə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 iyul 2021-ci il tarixdə verilmiş **********01-10301 reyetr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən Şəki şəhəri, N.Nərimanov küçəsi, dalan 7, ev 3 (Yeni qaydalarla : ünvan 1 ünvanında 0.1722 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 76.5 kv.metr yaşayış sahəli, 106,49 kv.metr köməkçi sahəli fərdi yaşayış evinin ½ hissəsi Cavabdeh ½ hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin evdən ona düşən payın dəqiq müəyyən edilməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə, paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayırlan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə (indiki halda bu baş vermişdir), mülkiyyətçi əmlak bölgüsündə israr edə bilməz. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsi, dalan 7, ev 3 (Yeni qaydalarla : ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən iddiaçının ½ hissə payının naturada ayrılması mümkün deyil. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli, 10/6259 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə öz təsdiqini tapır. Eyni zamanda iş üzrə ekspertiza aparan şəxs X5 məhkəmə iclasında verdiyi ifadəsində mübahisələndirilən fərdi yaşayış evinin paylara münasibətdə naturada bölünməsinin mümkün olmadığını bildirmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7/5-də 0.11977 ha torpaq sahəsində yerləşən mərtəbəli, 4 otaqlı, 76,5 kv.m yaşayış, 106, 49 kv.m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinin naturada bölünməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçı X2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı Şəki şəhəri, N.Nərimanov küçəsində dalan 7/5-də 0.11977 ha torpaq sahəsində yerləşən mərtəbəli, 4 otaqlı, 76,5 kv.m yaşayış, 106, 49 kv.m köməkçi sahədən ibarət 5 saylı fərdi yaşayış evinin naturada bölünməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə 100 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X3, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-8/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-8/2024
08.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver