Məhkəmə qərarları › İş №e-2(075)-810/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-810/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-810/2023 04.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumunun cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-1560/2017 saylı qətnaməsinə əsasən Cavabdeh3 və digər cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ümumilikdə cəmi 12678.92 ABŞ Dolları məbləğində borcun və məhkəmə xərclərinin tutulması, tutmanın ipoteka predmeti olan X3 məxsus Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-32/2019 saylı qətnaməsinə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-1560/2017 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlərdən tutulmalı olan borc məbləği 12644.65 ABŞ Dolları müyyən edilmiş, həmçinin ipoteka predmetinin ilkin satış qiyməti 18500 manat müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılaraq realizə olunması üçün hərrac mərkəzinə sifariş verilmiş, keçirilmiş hərraclar nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan AccessBank QSC-yə təklif edilmişdir. Bank tərəfindən təklif qəbul edilərək əmlakın borcun müəyyən hissəsinin qarşılığında bankın mülkiyyətinə qəbul edilməsinə razılıq verilmişdir. Hazırda Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli çıxarış alınmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evinin 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və AccessBank QSC-yə təhvil verilməsi barədə cavabdehlərə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişdir. Cavabdehlər qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. İddiaçı QSC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı QSC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı QSC-nin nümayəndəsi X4 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahat verərək göstərmişdir ki, hazırkı iddia ərizəsində adları sadalanan cavabdehlərdən Cavabdeh1 onun qardaşı, Cavabdeh2 onun anasıdır. Bildirmişdir ki, onların üçündə həmin evdə ailələri ilə birlikdə yaşayırlar. Bank tərəfindən onlara vaxt verilsə razılaşa bilərlər. O, bankın tələb elədiyi borc məbləğində bir qədərini ödədikdən sonra, geri qalan borcunu hissə-hissə qaytaracaqdır. Göstərmişdir ki, bir müddət əvvəl xəstələndiyindən işləyə bilməmişdir. Buna görə də maddi imkanı aşağı olmuş, banka olan borcunu qaytara bilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qeydiyyatdadırlar. Qanuna müvafiq qətnamə çıxarılmasına etiraz etməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 01 iyul 2019-cu il tarixli, 2(107)-32/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh3 tərəfidən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi Şəki Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(075)-1560/2017 saylı qətnaməsinin dəyişdirilməsi, cavabdehlər Cavabdeh3, X6, X7, X5 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməli olan əsas kredit borcunun məbləği 10.248,89 (on min iki yüz qırx səkkiz dollar səksən doqquz sent) ABŞ dolları, cəmi borcun məbləği isə 12.644,65 (on iki min altı yüz qırx dörd dollar altmış beş sent) ABŞ dolları müəyyən edilməsi, həmin borcun 10.248,89 (on min iki yüz qırx səkkiz dollar səksən doqquz sent) ABŞ dolları əsas borca aid hissəsi cavabdehlər Cavabdeh3, X7, X5 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə verilməsi, kredit müqaviləsi üzrə 1895,76 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu Cavabdeh3 tam və cavabdeh X2 hüquqi varisləri X7 və Cavabdeh2 qəbul etdikləri miras kütləsi həcmində tutularaq İddiaçı QSC-yə verilməsi, 19 may 2010-cu il tarixli, 07M000000402 saylı ipoteka müqаviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Şəki rayonu, Cunud kəndində X2 mülkiyyətində olan 0,113 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77.1 m2 ümumi, 65.8 m2 yaşayış, 11.3 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 18 500 (on səkkiz min beş yüz) manat müəyyən edilməsi. iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh3 tutularaq dövlət büdcəsinə verilməsi (AZ34CTRE********************; Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli, **********69-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu Cunud kəndində 0,12 ha torpaq sahəsində yerləşən 77.10 kv.metr sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin adına ********** nömrə ilə qeydiyyata alınmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Baş Layısqı kəndindəki nümayəndəliyi tərəfindən verilmiş 18 may 2010-cu il tarixli, 805 nömrəli arayışdan görünür ki, mərhum X2 Şəki rayonu Cunud kəndində yerləşən fərdi yaşayış evi mövcuddur. Həmin evdə onun arvadı Cavabdeh2, oğlu Cavabdeh1 və Cavabdeh3 qeydiyyatdadır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış 25 noyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən cavabdehlərə əvvəl X3 məxsus olmuş Şəki rayonu Cunud kəndində 0,12 ha torpaq sahəsində yerləşən 77.10 kvadrat.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırda İddiaçı QSC-nin mülkiyyətində olması bildirilmiş, cavabdehlərdə 10 gün müddətində əmlakı könüllü olaraq boşaldaraq tam təhvil vermələri bildirilmişdir. Məhkəmə iddia ərizəsi, cavabdehin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Şəki rayonu Cunud kəndində 0,12 ha torpaq sahəsində yerləşən 77.10 kvadrat.metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin adına rəsmiləşdirilməklə, hal-hazırda İddiaçı QSC-nin adınadır. Bununla bağlı iddiaçının adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 23 fevral 2022-ci il tarixli, **********69-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Şəki rayonu Cunud kəndində 0,12 ha torpaq sahəsində yerləşən 77.10 kvadrat.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən iş üzrə cavabdehlər çıxmadıqlarından İddiaçı QSC hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcə də yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evi açıq hərracda iddiaçıya satıldığından cavabdehlərin həmin mənzildə istifadə hüquqları qalmamışdır. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun; və ya 59.3.2 ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya qeydiyyata alınmış şəxslər belə bir öhdəlik götürmüş sayılırlar. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən Bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi İddiaçı QSC həmin evin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nə məxsus evdən könüllü olaraq pasport qeydiyyatından çıxmamaqla iddiaçının mülkiyyətində olan öz mənzilindən istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradırlar. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Kredit borcunun ödənilməməsi səbəbindən hərracdan alınma yolu ilə mülkiyyətinə keçmiş mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi İddiaçı QSC cavabdehlərin Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı QSC-nin mülkiyyətində olan Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli, **********69- 10301 reyestr nömrəli çıxarışla İddiaçı QSC-nin tam mülkiyyətində olan Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən 77.10 m ümumi sahədən ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli, **********69-10301 reyestr nömrəli çıxarışla İddiaçı QSC-nin tam mülkiyyətində olan Şəki rayonu Cunud kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar