Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-817/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 tərəfindən Cavabdeh adına verilmiş 10 fevral 2021-ci il tarixli, 06 reyestr nömrəsi ilə 21 fevral 2021-ci il tarixdə qeydə alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclasları 03 aprel 2023-cü il, 08 may 2023-cü il və 06 iyun 2023-cü il tarixlərdə keçirilmiş, 06 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Şəki Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(075)-817/2023 saylı qərardadı ilə hazırkı mülki iş üzrə icraat, Gəncə Şəhər Məhkəməsinin icraatında olan ərizəçi İddiaçı maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı atalıq faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək və qəbul ediləcək qərar qanuni qüvvəsini alanadək dayandırılmış, həmin qərardaddan İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikayət ərizəsi 13 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(075)-817/2023 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(075)-817/2023 saylı qərardadı ləğv edilməsi və işin məhkəmə hazırlıq iclası 23 iyun 2023-cü il tarixə, saat 12:40-a Şəki Rayon Məhkəməsinin inzibati binasına təyin edilməsi qərara alınmışdır. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 23 iyun 2023-cü il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 03 iyul 2023-cü il tarixə saat 12:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 03 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh və Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qayabaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-817/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-817/2023
03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver