Məhkəmə qərarları › İş №e-2(075)-817/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-817/2025

01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-817/2025 01.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim qızınun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 38000 (otuz səkkiz min) manat pulun və ödənilmiş 204 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh olan Cavabdeh təxminən 2008-ci il tarixdən birlikdə marketdə işləyəndən tanıyır. Cavabdehlə həmin vaxtdan səmimi münasibətləri qalmaqda davam edirdi. 2022-ci ilin noyabr ayının sonlarından cavabdeh onun univermaqda qızıl alış-satışı ilə məşğul olduğunu biləndən sonra ilk öncə özü üçün qızıl dəsti almışdır. Daha sonra yaxın qohumları üçün də gəlib qızıl əşyaları almışdır. Qısa bir müddət keçəndən sonra işlədiyi Kəpəz Hospitalının işçilərinin qızıl əşyalarını görüb bəyəndikləri üçün onlara sataraq pul qazanması məqsədilə nisyə qızıl əşyaları verməyini və qızılları isə sataraq pulunu verəcəyini bildirmişdir. O isə cavabdehə inanmış və cavabdeh ondan 2022-ci ilin noyabr ayından başlayaraq hissə-hissə qızıl əşyalarını (sırğa, üzük, boyunbağı və s) nisyə olaraq ondan alıb başqa şəxslərə satmaq üçün götürmüşdür. Həmin qızıl əşyalarını bildiyi qədər satmışdır. Lakin nisyə olaraq aldıqları qızılların pulundan əvvəlcə borclarından ödəsə də, hazırda cavabdehin ona 38000 manat borcu qalmaqda davam edir. Cavabdeh ən son borcundan etdiyi ödəniş 2024-cü ilin dekabr ayında olmuşdur. Bütün bunlardan sonra dəfələrlə cavabdehə nisyə aldığı qzıl əşyalarına görə yaranmış olduğu borc pullarını tələb etsə də, hər dəfə bu gün, sabah qaytaracağını bildirərək yayınmışdır. Sonda o, məcbur olaraq pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır İşdə iştirak edən şəxslərin mövqeyi: İddiaçı nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh əvvəlki məhkəmə iclasından çıxdıqdan sonra yenidən hesablama göndərmiş və 31000 manat borcunun olduğunu qeyd etmişdir. Lakin onlar həmin hesablamanı qəbul etmirlər. Onlar, əvvəlki hesablamanı qəbul edirlər. Həmin əlyazmada cavabdeh 39400 manat borcunun olduğunu qeyd etmişdir. Həmin borcdan da 1400 manat ödəniş etmişdir. Belə olan halda 38000 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianı qismən qəbul etdiyini, əvvəl göndərdiyi hesablamanın düz olmadığını, sonradan göndərdiyi hesablamanın isə düz olduğunu və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 204 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh hissə-hissə ödəmək şərtilə satmışdır. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin “watsapp” tətbiqi vasitəsilə öz əl yazısı ilə yazdığı borc barədə izahlı məbləğə istinad edir və bildirir ki, həmin məbləğdən 1400 manat ödəniş olmuşdur. Cavabdeh isə daha sonra məhkəmə prosesinin gedişatı zamanı təqdim etdiyi və 31000 borc məbləği qeyd edilən hesablamanın düzgün olduğunu və məhkəmə tərəfindən ona istinad edilməli olduğunu bildirir. Mülki Prosessual Məcəllənin 76-cı maddəsi mülki məhkəmə icraatında sübutların anlayışını və əsas əlamətlərini verir, sübutetmə vasitələrini sadalayır və mülki iş üzrə sübutetmə predmetinin ümumi çərçivəsini müəyyən edir. Sübutetmə predmeti, mülki prosesdə işin ədalətli və obyektiv həlli üçün sübut edilməli olan haların məcmusudur. Sübutetmə predmeti işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə həmin mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normlarının məzmunu ilə müəyyən edilir. Sübutların aidliyi dedikdə isə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Məhkəmə, cavabdehin iddiaçıya hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən “watsapp” tətbiqi vasitəsilə göndərdiyi borc məbləğinin açıqlamasını daha inandırıcı və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə gedişində yenidən borc barədə hesablama apararaq borcu azaldaraq göndərməsi özünü müdafiə xarakteri daşımaqdadır. Məhkəmə, borc məbləğində münasibətdə qeyd edir ki, iddiaçının təqdim etdiyi əlyazmada yekun borc məbləği 39400 manat göstərilmiş, həmin məbləğdən cavabdeh tərəfindən ödənilmiş 1400 manatı çıxılmaqla 38000 manat pulun tutulması xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd edilən cədvəldə göstərilən məbləğlər hesablanarkən məlum olmuşdur ki, ümumi məbləğ 39400 manat deyil, 39340 manat təşkil edir. Həmin məbləğdən ödənilmiş 1400 manat çıxıldıqda isə qalıq borc məbləği 37940 manat təşkil edir. Lakin iddiaçı tərəfindən 1400 manat deyil, 1490 manat çıxılaraq 38000 manat tələb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 39340 manatdan 1490 manat çıxılmalı və cavabdehdən 37850 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəm həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 203.55 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 37850 (otuz yeddi min səkkiz yüz əlli) manat pul, 203.55 (iki yüz üç manat əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar