Məhkəmə qərarları › İş №e-2(075)-837/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-837/2024

02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-837/2024 02.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 930 (doqquz yüz otuz) manat pulun və 40 (qırx) manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh törətdiyi cinayət əməlləri barədə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət etsə də, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunduğu kimi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh zərərçəkmiş şəxsə məxsus M.Ə.Rəsulzadə prospektində yerləşən mağazanın pəncərəsini, həmin mağazada olan 1 ədəd dondurucu və 1 ədəd pivə aparatını sındıraraq ona maddi ziyan vurduğundan, onun əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki ŞRPŞ-də tərtib olunmuş material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən tərtib olunmuş 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş şənədlərdə göstərilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə X2 məxsus M.Ə.Rəsulzadə prospektində yerləşən mağazanın pəncərəsini, həmin mağazada olan 1 ədəd dondurucu və 1 ədəd pivə aparatını sındıraraq ona 930 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə inzibati xəta haqqında işə baxılmasının mümkün hesab edərək, 3(075)-986/2023 sayı, xx.xx.2023-cü il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək, vurulmuş ziyanın bir mişli miqdarında, yəni 930 manat məbləğində cərimə etməyi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 3(075)-986/2023 sayı, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Cavabdeh qohum-əqrabası vasitəsi ilə vurduğu maddi ziyanı ödəyəcəyinə söz versə də, bu günə qədər ona vurduğu maddi ziyandan bir manat da olsun ödəməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, onunla iddiaçı arasında illərdir ki, ədavət vardır. İddiaçıya məxsus mağaza onların torpaq sahəsində yerləşir. Onların giriş qapısının qarşısında yol kənarında otururlar. İddiaçı mağazasında pivə satır. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 10 radələrində o və bacısı evə gəlmişlər. İddiaçı və satıcı orada oturmuşdur. Bacısı içəri keçən zaman iddiaçı bacısının arxasınca nalayiq söyüş işlətmişdir. Daha sonra onlar gülüşmüşlər. O isə həmin anda arxadan evə tərəf gəlmiş və baş verənləri telefonuna çəkmişdir. İddiaçı qəflətən onu vurmuşdur. Bu zaman telefon onun əlindən düşmüşdür. İddiaçı onu sıxmağa başlamışdır. O, bu zaman dondurma qabını itələmişdir ki, oradan çıxsın. Lakin o, stolu vurmaq istəməmişdir. İddiaçı sonra onu içəri itələmişdir. Bu zaman ayağı balona dəymiş və sınmışdır. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(075)-986/2023 saylı qərarından görünür ki, Cavabdeh İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 930 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 232-1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə mağaza sahibi tərəfindən döyülməsi, eyni zamanda İddiaçı xx.xx.2023-cü il tarixdə Sevinc adlı şəxs tərəfindən mağazasının aynalarının sındırılması, eyni zamanda əşyaların yararsız hala salınmasına dair şikayətləri üzrə olan HK-1/948 və HK-1/949 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və Cavabdeh inzibati məsuliyyətə cəlb olunması Şəki ŞRPŞ-nin İTB-nə həvalə edilmişdir. - Azərbaycan Respublikası Mərkəzi X3 Şəki Rayon Kooperativlər Cəmiyyəti tərəfindən verilmiş 12 sentyarbr 2023-cü il tarixli, 06 nömrəli məktubdan görünür ki, 2023cü ilin iyun ayının ikinci ongünlüyündə 2 il əvvəl alınmış istifadə olunmuş, “Uğur” markalı 300 litirlik dərin dondurucunun orta bazar pərakəndə satış qiyməti təxminən 400 manat, plastik pəncərənin eni 0.70 metr, uzunu 1.20 metr olan şəffaf şüşəsinin orta bazar satış qiyməti 50 (əlli) manat və 2 il əvvəl alınmış kifayət qədər istifadə edilmiş “Uğur” markalı pivə aparatının orta bazar pərakəndə satış qiymıəti təxminən 480 manat olmuşdur. - xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında uzun illərdir ki, ədavət vardır. xx.xx.2023-cü il tarixdə iddiaçı və cavabdeh arasında baş verən mübahisə zamanı cavabdeh iddiaçıya məxsus mağazanın şüşəsini qırmış, eyni zamanda mağazada olan əşyaları sındırmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Göründüyü kimi cavabdeh qəsdən iddiaçıya məxsus əmlaklara zərər yetirməklə iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdehin əməllərində İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protkol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 3(075)-986/2023 saylı qərarına əsasən cavabdeh İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 930 manat məbləğində cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi X3 Şəki Rayon Kooperativlər Cəmiyyəti tərəfindən verilmiş 12 sentyarbr 2023-cü il tarixli, 06 nömrəli məktuba, eyni zamanda Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 3(075)-986/2023 saylı qərarına istinaq edərək cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin məbləğinin 930 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi cavadehin qərəzli əməlləri nəticəsində iddiaçının əmlakına zərər dəymiş, bununla da iddiaçı 930 manat məbləğdə maddi ziyan dəymişdir. Qanunvericilikdə vurulmuş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulduğundan məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olan 930 (doqquz yüz otuz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar