Məhkəmə qərarları › İş №e-2(075)-840/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-840/2025

15.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-840/2025 15.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X28 oğlunun katibliyi, Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi olmaqla (3-cü şəxslər X4, X26, X27 və X8) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Şəki şəhəri X42 küçəsi 1 A (yeni qaydalarla Şəki şəhəri X45 küçəsi ev 7) ünvanda yerləşən mirasın onun tərəfindən bütöv qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 12 Saylı Şəki Ərazi İdarəsinin Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reystrindən arayışa əsasən Şəki şəhəri X45 küçəsi ev 1A (yeni qaydalarla Şəki şəhəri X45 küçəsi ev 7) ünvanda yerləşən 100,8 kvm ümumi sahəsi 0,0245 kvm olan Daşımaz əmlakın reystr nömrəsi **********24-10301 olan miras ev mərhum X3nun mülkiyyəti olmuşdur. X18 xx.xx.1983-cü ildə vəfat etmişdir. X2 xx.xx.1991cı ildə vəfat etmişdir. X3 və X2 vəfat edəndən sonra vərəsələri xx.xx.1946-cı il təvəllüdlü X6, xx.xx.1947-ci il təvəllüdlü X19, 25 .08 1949-cu il təvəllüdlü İddiaçı oglu, xx.xx.1951-ci il təvəllüdlü X26, xx.xx.1957-ci il təvəllüdlü X10 qalmışdır. Göstərilən vərəsələrdən ancaq o mirasa yiyələnməklə bütöv mirası faktiki qəbul edib idarə etmişdir. Həmin tarixdən mirasa sahiblik edərək evin bütün kommunal xərclərini o, ödəmişdir. Bununla bağlı məhkəməyə sübut kimi ödəniş qəbzləri təqdim edə bilər. xx.xx.2023-cü ildə AR Ədliyyə Nazirliyi X43 Xidməti Mərkəzində Natarius ofisinə müraciət etmişdir. Ofisin xüsusi notariusu DƏD Kadastrı və X38 şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə mərhumun amma daşınmaz əmlakın olub-olmaması ilə bağlı xx.xx.2023-cü il tarixli 2840 nömrəli məktub göndərib. Bu məktub əsasında DƏDK və X38 şəxsi 12 saylı Şəki Ərasi İdarəsi atasının adına daşınmaz əmlakın olması barədə göstərilən arayışı vermişdir. Səhhətində problem olduğuna görə evlə bağlı hərəkətlərin edilməsi üçün arvadı Nümayəndə etibarnamə vermişdir. X43 Xidmət Mərkəzində natarius ofisinin xüsusi notariusu evə bağlı notariat hərəkətləri aparıb vərəsəlik açmaqdan imtina barədə qərar qəbul etmişdir. Səbəb kimi onu göstərir ki, İddiaçı mirası açdığı andan nə ərizə, nə də faktiki mirası qəbul etmişdir. Qanunla müəyyən edilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mirasın açıldığı gündən 6 ay keçəndən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Mirasın faktiki qəbulu ilə bağlı o, notariusa mötəbər sübutlar təqdim etmiş nə də ondan tələb edilmişdir. Dəmirçi bulağı məhəllə nümayəndəsinin xx.xx.2004-cü il tarixli 23 saylı arayışı və bütün məhəllə sakinləri təsdiq edə bilər ki, atası öləndən sonra miras mülkə bütövlükdə yiyələnərək o, sahiblik edib onu idarə edir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə, iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iddia ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə və 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Maraqlı şəxs məhkəməyə elektron məktub ünvanlayaraq işə onların iştirakı olmandan baxılmasını xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən 3-cü şəxs X1 Vaqifin onun qardaşı olduğunu, iddia tələbinə qarşı hər hansı etirazının olmadığını, hal-hazırda da həmin evdə Vaqifin ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən 3-cü şəxs X27 izahatında 5 uşaq olduqlarını, atasının əvvəl ona Tamella adı qoyduğunu, sonradan adı xoşuna gəlmədiyi üçün Afaq qoyduğunu, iddia tələbinə hər hansı etirazının olmadığını bildirmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən **********24- 10301 reyestr nömrəli arayışa əsasən, Şəki şəhəri, X45 küçəsi, ev 1A (yeni qaydalarla: Şəki şəhəri, X45 küçəsi, ev 7) ünvanında yerləşən ümumi sahəsi 100.8 kv.m., 0.0245 ha olan fərdi yaşayış evi X9 tam paylı mülkiyyətindədir. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 02 may 2024-cü il tarixli qərarına əsasən, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - 29 aprel 1983-cü il tarixli, İİ-ЖГ seriyalı, 360393 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. - 21 dekabr 2012-ci il tarixli, AZ-İ seriyalı, 574557 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. - Evlənmə haqqında 27 saylı şəhadətnamədən görünür ki, X18 və X13 arasında xx.xx.1946-cu il tarixdə nikah bağlanmışdır. - xx.xx.1944-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü İddiaçı X3, anası isə X7r. - Dəmirçibulağı məhəllə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 23 nömrəli arayışına əsasən, Şəki şəhər, Vidadi küçəsi, 3 saylı evin sakini İddiaçı atası vəfat edəndən sonra həmin ünvanda hal-hazıra kimi yaşayır. - Şəki regional “ASAN xidmət” mərkəzində ədliyyə nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “ Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X14 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X12 (arvadı xx.xx.1991-ci ildə vəfat etmişdir), X4 (qızı), X15 (qızı), X27 (qızı), İddiaçı (oğlu), X26 (oğlu), X8 (qızı) ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. - Şəki regional “ASAN xidmət” mərkəzində ədliyyə nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, X20 adına Şəki şəhər İHB-nın Baş Küngüt kənd İƏD-si üzrə nümayəndəliyində xx.xx.1947-ci il tarixdə 28 nömrəli bir doğum haqqında akt qeydi tərtib olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki rayon filialına sorğu nəticəsində məlum olmuşdur ki, 25 noyabr 1947-ci il tarixdə Şəki rayon qeydiyat şöbəsi tərəfindən X20 barəsində doğum haqqında təkrar akt qeydi tərtib edilmişdir. Lakin Sizin barənizdə Şəki şəhər İHB-nın Baş Küngüt kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1947-ci il tarixli, 28 nömrəli doğum haqqında ilkin akt qeydində adınız “Afaq” deyil, “Tamella” kimi qeyd edilmişdir. Odur ki, barənizdə Şəki şəhər İHB-nın Baş Küngüt kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1947-ci il tarixli, 28 nömrəli doğum haqqında ilkin akt qeydinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyiniz məsləhət bilinir. - xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, o, İddiaçılə qonşudur. Uşaq vaxtından Vaqifi tanıyır. Həmin evdə hal-hazırda Vaqif, yoldaşı, gəlini və nəvələri yaşayır. Vaqifgil 2 qardaş 3 bacı olublar. Həmin evə kiminsə iddia etdiyini eşitməmişdir. - xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, dəmiçibulağı məhəllə nümayəndəsi vəzifəsində çalışır. Qeyd edilən ünvanda hal-hazırda Vaqif, Nəzakət, gəlini və nəvələri yaşayırlar. O, 2007-ci ildən məhəllə nümayəndəsidir. Həmin vaxtdan da onlar orada yaşayırlar. O, məhəllə nümayəndəsi olduğu müddətdə heç kəs həmin evə iddia irəli sürməmişdir. - X8 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun X3ndan qalmış miras əmlaka heç bir tələbi yoxdur. - X4 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun X3ndan qalmış miras əmlaka heç bir tələbi yoxdur. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan SSRİ Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 552-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri X42 küçəsi 1 A (yeni qaydalarla Şəki şəhəri X45 küçəsi ev 7) ünvanında yerləşən fərdi yaşayış evi ərizəçinin mərhum X3na məxsus olmuşdur. Atası vəfat etdikdən sonra onun xx.xx.1946-cı il təvəllüdlü X6, xx.xx.1947-ci il təvəllüdlü X19, 25 .08 1949-cu il təvəllüdlü İddiaçı oglu, xx.xx.1951-ci il təvəllüdlü X26, xx.xx.1957-ci il təvəllüdlü X10 adlı vərəsələri qalmışdır. Göstərilən vərəsələrdən ancaq o, mirasa yiyələnməklə bütöv mirası faktiki qəbul edib idarə etmişdir. İş materiallarında göründüyü kimi qeyd olunan əmlaka heç kim sahiblənməmiş, əmlaka dair hər hansı vərəsəlik işi olmamışdır. Göründüyü kimi Şəki şəhəri X42 küçəsi 1 A (yeni qaydalarla Şəki şəhəri X45 küçəsi ev 7) ünvanında yerləşən fərdi yaşayış evinə ərizəçi sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin əmlak onun istifadəsindədir və həmin əmlaka o, sahiblik edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir iddia təmin olunmalı, xx.xx.1983cü ildə ölmüş X3ndan miras qalmış Şəki şəhəri X42 küçəsi 1 A (yeni qaydalarla Şəki şəhəri X45 küçəsi ev 7) ünvanında yerləşən fərdi yaşayış evi və 0.0245 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın ərizəçi İddiaçı tərəfindən bütöv qəbul etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.1983-cü ildə ölmüş X3ndan miras qalmış Şəki şəhəri X42 küçəsi 1 A (yeni qaydalarla Şəki şəhəri X45 küçəsi ev 7) ünvanında yerləşən fərdi yaşayış evi və 0.0245 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın ərizəçi İddiaçı tərəfindən bütöv qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar