Məhkəmə qərarları › İş №e-2(075)-858/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-858/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-858/2025 29.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul məbləğinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı «pul məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A ünvanında yerləşən 61 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi 86, M4, mənzil 1) və Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanında yerləşən 49 saylı mənzilin alınması üçün edilmiş ilkin ödənişin, yəni 62750 (altmış iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin, İddiaçı hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə bağlanmış müqavilə üzrə vəkil bürosunun bank hesabına ödənilmiş 1000 (bir min) manat məbləğində pul vəsaitinin və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu olaraq 282 (iki yüz səksən iki) manat pul vəsaitinin, ümumilikdə isə 64032 (altmış dörd min otuz iki) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 iyul 2010-cu il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Kiş kənd icra nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Cavabdehlə əvvəllər səmimi yaşasalar da, sonradan aralarında ailə münasibətləri pozulmuş, formal xarakter daşımışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-838/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh oğlu arasında 01 iyul 2010-cu il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Kiş kənd icra nümayəndəliyində bağlanmış 22 nömrəli nikah pozulmuşdur. İddiaçı İsrafilova (Kərimova) Rəvanə Məməti qızı Cavabdeh oğlu ilə rəsmi nikahda olduqları müddətdə cavabdeh tərəfindən Bakı şəhərində iki mənzil alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-3-39/2-1161/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh oğlunun adına Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A ünvanında yerləşən 61 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi 86, M4, mənzil 1) xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Sözügedən mənzil Bakı şəhəri 46 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-28 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 46 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, X/1276 nömrəli məktubuna əsasən, Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş 4Ə/28 nömrəli notariat işində qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 24- G1-1-0-82-19 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, mənzil 61 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi 86, M4, mənzil 1) ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı ipoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 72500 (yetmiş iki min beş yüz) manat olmuşdur. Mənzilin dəyərinin 44500 (qırx dörd min beş yüz ) manat məbləğində olan hissəsi alıcı ipoteka qoyanın özü tərəfindən, 28000 (iyirmi səkkiz min) manat məbləğində olan hissəsi isə kreditor ipoteka saxlayan tərəfindən xx.xx.2019-cu il tarixli, 24-G1-1-0-82-19 kredit müqaviləsinə əsasən alıcı ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Bundan əlavə, Cavabdeh oğlunun adına Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanında yerləşən 49 saylı mənzil xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən mənzil Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-2040 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2024cü il tarixli, 3258 nömrəli məktubuna əsasən, Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə2040 nömrəli notariat işində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli, İPKB6007193A105 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31, mənzil 49 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcının mülkiyyətinə verir. Daşınmaz əmlak satıcı tərəfindən alıcıya bütün vergilər daxil 118000 (bir yüz on səkkiz min) manat dəyərində satılır. Bu məbləğin 81000 (səksən bir min) manat ilkin ödəniş məbləği olaraq, alıcı borcalan tərəfindən, 37000 (otuz yeddi min) manat isə bank tərəfindən bankla və alıcı borcalan arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İPKB6007193A105 nömrəli müqaviləsinə əsasən alıcı borcalana verilən kredit məbləği hesabına satıcıya notariusun depozit hesabına köçürülmək yolu ilə ödənilir. Həmin mənzillərin alınması üçün cəmi 62750 (altmış iki min yeddi yüz əlli) manat ilkin ödəniş edilmiş, həmçinin tərəflər ailə münasibətlərində olduqları müddətdə götürülmüş kredit (ipoteka) müqaviləsi üzrə ayrıldıqları tarixə kimi mütəmadi ödənişlər edilmişdir. Ancaq tərəflər rəsmi olaraq ayrıldıqdan sonra Cavabdeh oğlu iddiaçı İsrafilova (Kərimova) Rəvanə Məməti qızının göstərilən mənzillərdən istifadə etməsinə maneələr yaradır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət eədərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2(075)-838/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh oğlu arasında 01 iyul 2010cu il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Kiş kənd icra nümayəndəliyində bağlanmış 22 nömrəli nikah pozulmuşdur. "xxxx" İnvestisiya Kommersiya bankı ASC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 24-G1-1-0-82-19 saylı istehlak kredit (daxili ipoteka) müqaviləsinə əsasən kreditverən 18 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit verməyi, X8 isə öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" İnvestisiya Kommersiya bankı ASC, satıcı X9 və alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 24-G1-1-0-82-19 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, mənzil 61 (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi 86, M4, mənzil 1) ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı ipoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 72 500 (yetmiş iki min beş yüz) manatdır, mənzilin dəyərinin 44 500 (qırx dörd min beş yüz) manat məbləğində olan hissəsi Alıcı-ipoteka qoyanın özü tərəfindən, 28 000 (iyirmi səkkiz min) manat məbləğində olan hissəsi isə Kreditor-ipoteka saxlayan tərəfindən "21" Yanvar 2019-cu il tarixli, 24-G1-1-0-82-19 saylı Kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Borcalan - ipoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir. Sözügedən müqaviləyə əsasən, kreditin məbləği 28 000 (iyirmi səkkiz min) manat, kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq 7 il müddətinə 22 yanvar 2025-ci il tarixinədək, faizlər kredit üzrə illik 18% (on səkkiz) faiz dərəcəsinə əsasən hesablanan faizlər kimi müəyyən edilmişdir. "xxxx" ASC, satıcı X1 və alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İPKB6007193A105 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, Satıcı, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 24 may 2022-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı “alıcı’nın mülkiyyətinə verir. Daşınmaz əmlak satıcı tərəfindən alıcıya bütün vergilər daxil 118000 (bir yüz on səkkiz min) manat dəyərində satılır. Bu məbləğin 81000 (səksən bir min) manat ilkin ödəniş məbləği olaraq, alıcı/borcalan tərəfindən, 37000 (otuz yeddi min) manat isə Bank tərəfindən Bankla və alıcı/borcalan arasında bağlanmış 22 iyul 2022-ci il tarixli, № İPKB6007193A105 nömrəli müqaviləsinə əsasən alıcı/borcalana verilən kredit məbləği hesabına satıcıya notariusun depozit hesabına köçürülmək yolu ilə ödənilir. Həmin müqaviləyə əsasən, kreditverən xx.xx.2025-dək, illik 5 faiz ödəmək şərti ilə 37000 (otuz yeddi min) manat məbləğində kredit verməyi, iddiaçı isə öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki ərazi idarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-3-39/2-1161/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh oğlunun adına Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A ünvanında yerləşən 61 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi 86, M4, mənzil 1) xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Sözügedən mənzil Bakı şəhəri 46 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-28 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Cavabdeh oğlunun adına Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanında yerləşən 49 saylı mənzil xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən mənzil Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-2040 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vəkillər X6 vəkil bürosu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 27 nömrəli Arayışdan və Unibank Paypoint tərəfindən verilmiş xx.xx.2025-ci il tərəfindən verilmiş mədaxil qəbzdən görünür ki, X3 Vəkil1 ilə bağladığı xx.xx.2025-ci il tarixli, EM-41VK-2391/25 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 1000 manat ödəniş etmişdir. Şəki 1 saylı Mediasiya təşkilatı tərəfindən təqdim edilmiş X4 (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024 – 00089 saylı Arayışdan göründüyü kimi, Cavabdeh oğluna xx.xx.2024-cü il tarixdə bildiriş göndərilməsinə baxmayaraq, o, X4 iştirak etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 32.2.1-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının: 1.3-cü bənsinə əsasən ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. 1.5-ci bəndinə əsasən belə əmlakın bölünməsi qeyd olunan ümumiliyə xitam verilməsi məqsədilə ərin və ya arvadın tələbi əsasında onların əmlaka münasibətdə ortaqlıqdan çıxarılması və fərdi mülkiyyətçi vəziyyətinə keçirilmələridir. Bu, ümumi əmlak üzərində ər-arvadın payını müəyyən etməklə, əmlakın aktivinə və passivinə daxil olan konkret predmetləri (əmlak dəyərlərini) onlar arasında pay nisbətlərinə uyğun bölüşdürülərək, hər birinin ayrıca mülkiyyətinə verilməsi ilə təmin olunur. 3.3-cü bəndinə əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.6-cı bəndinə əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 6.3-cü bədinə əsasən nikah pozulduqdan sonra bir qayda olaraq qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi; Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iş üzrə cavabdeh tərəfin iddianın təmin edilməsinə etirazının olmamasını iddianın etirafı kimi qəbul edir. Bununla yanaşı, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 01 iyul 2010-cu il tarixdə nikah bağlamaqla yaranmışdır. İşin hallarından göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A ünvanında yerləşən 61 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi 86, M4, mənzil 1) və Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanında yerləşən 49 saylı mənzilin tərəflərin birgə nikah dövründə əldə edilməsi mübahisəsiz haldır. həmin mənzillər onların ümumi gəlirləri hesabına alınmışdır. Məhkəmə hesab edir ki, hər iki mənzilin ipoteka müqavilələri ilə alınması üçün iş üzrə tərəflərin ümumi gəlirləri hesabına ümumilikdə 125500 manat məbləğində ilkin ödəniş edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, həmin məbləğin iddiaçının payına düşən hissəsi, yəni 62750 manat məbləğində pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən qətnamə çıxarması ilə bağlı qanunvericiliyin göstərişlərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A ünvanında yerləşən 61 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi 86, M4, mənzil 1) və Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanında yerləşən 49 saylı mənzilin alınması üçün edilmiş ilkin ödənişin, yəni 62750 (altmış iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti, İddiaçı hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə bağlanmış müqavilə üzrə vəkil bürosunun bank hesabına ödənilmiş 1000 (bir min) manat məbləğində pul vəsaitinin və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu olaraq 282 (iki yüz səksən iki) manat pul vəsaitinin, ümumilikdə isə 64032 (altmış dörd min otuz iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 191, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A ünvanında yerləşən 61 saylı mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi 86, M4, mənzil 1) və Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 31 ünvanında yerləşən 49 saylı mənzilin alınması üçün edilmiş ilkin ödənişin yarısı, yəni 62750 (altmış iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti, İddiaçı hüquqlarının müdafiəsi ilə əlaqədar vəkillə bağlanmış müqavilə üzrə vəkil bürosunun bank hesabına ödənilmiş 1000 (bir min) manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu olaraq 282 (iki yüz səksən iki) manat pul vəsaiti, ümumilikdə isə 64032 (altmış dörd min otuz iki) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar