Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-869/2022 15.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəinin nümayənsdəsi Hacı-X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “payın müəyyən olunması və naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı əsasında verilmiş Cavabdeh2 və onun təsərrüfatında olan şəxslərə verilmiş AN-050423 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə 3599,15 kvadrat metr, AN-037939 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə 4067,48 kvadrat metr, AN-0591443 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə 701,41 kvadrat metr, AN-059174 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə 566,15 kvadrat metr, AN-059143 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə 1205,51 kvadrat metr, AN-050561 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə 2017,56 kvadrat metr kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrindən onun payının müəyyən edilməsi və naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Babayeva (Cəbiyeva) Nisə Mustafa qızı 14 iyun 2022-ci il tarixdə məhkəməyə elektron qaydada tələbin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Cavabdeh2 və onun təsərrüfatında olan şəxslərə (o özü də daxil olmaqla) qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışla verilmiş 0,4067 hektar torpaq sahəsindən, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışla verilmiş 0,2018 hektar torpaq sahəsindən, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışla verilmiş 0,0566 hektar torpaq sahəsindən, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışla verilmiş 0,0701 hektar torpaq sahəsindən, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışla verilmiş 0,631 hektar torpaq sahəsindən, həmçinin, AN-050423 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə 3599,15 kvadrat metr torpaq sahələsindən və AN-059143 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə 1205,51 kvadrat metr torpaq sahələrindən onun payının müəyyən edilməsi və naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Babayeva (Cəbiyeva) Nisə Mustafa qızının 14 iyun 2022-ci il tarixdə məhkəməyə elektron qaydada daxil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, nümayəndəsi olduğu İddiaçı onun bacısıdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışla verilmiş 0,4067 hektar torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışla verilmiş 0,2018 hektar torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışla verilmiş 0,0566 hektar torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışla verilmiş 0,0701 hektar torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan çıxarışla verilmiş 0,631 hektar torpaq sahəsi, həmçinin, AN-059143 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə 1205,51 kvadrat metr torpaq sahəsi İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərindədir. Tərəflərin ümumi birgə mülkiyyətlərində olan torpaq sahələrinə dövlət reyestrindən çıxarış alınsa da, 1205,51 kvadrat metr torpaq sahəsinə dövlət reyestrindən çıxarış alınmamış və həmin torpaq sahəsinə dair AN-059143 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi vardır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş çıxarışlarda göstərilən torpaq sahələrinə münasibətdə İddiaçı ümumi birgə mülkiyyətdə olduğu birbaşa müəyyən edilmişdir. Halbuki, həmin torpaq sahəsi də İddiaçı ilə cavabdehlərin ümumi birgə mülkiyyətlərindədir. Həmçinin, qeyd edilən torpaq sahələri Şəki rayonu, Baş Göynük kəndində yerləşir. Həmin torpaq sahələri iddiaçı ilə cavabdehlərin ümumi birgə mülkiyyətlərində olsa da, cavabdehlər iddiaçıya həmin torpaq sahələrindən istifadə etmələrinə imkan vermirlər. Buna görə də İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilən torpaq sahələri dörd nəfər olmaqla hər birinin birgə mülkiyyətində olduğundan həmin torpaq sahəsinin 1/4 hissəsi İddiaçı payına, qalan hissəsi isə cavabdehlərin paylarına düşür. Odur ki, İddiaçı cavabdehlərlə ümumi birgə mülkiyyətində olan torpaq sahələrindən payının müəyyən edilməsi və İddiaçı həmin torpaq sahələrindən payının ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Hesab edir ki, İddiaçı iddiası əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə keçirilmiş məhkəmə hazırlı iclası zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, qeyd olunan torpaq sahələrinə münasibətdə çıxarışların verilməsi üçün həqiqətən də, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinə müraciət etmişdir. Torpaq sahələrində payları konkret olaraq göstərilməmişdir, yəni həmin torpaq sahələrindən onların və iddiaçının paylarının hansı şəkildə olması müəyyən edilmir. O, həmin torpaq sahələrindən iddiaçınnı istifadə etməsinə də hər hansı bir maneəçilik yaratmır. İddiaçının payına düşən torpaqdan, o, istifadə etmir. Göstərilənləri nəzərə alaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər və iddiaya qarşıhər hansı bir şəkildə münasibət bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən onların iştiraları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəinin nümayənsdəsi X2 oğlu izahatında göstərdi ki, iş üzrə tərəflərin, o cümlədən iddiaçının ümumi birgə mülkiyyətlərində olan torpaq sahələrindən payının müəyyən edilməsinə və bindan sonra payının naturada ayrılmasına heç bir etirazları yoxdur. Məhkəmə tərəfindən qəbul ediləcək qətnamə üzrə idarələri tərəfindən prosessual qaydalara rayət etməklə tərəflərə müvafiq çıxarışların verilməsini təmin edəcəkdir. Göstərilənləri nəzərə alaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,4067 hektar torpaq sahəsi İddiaçı, Cavabdeh1un, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,2018 hektar torpaq sahəsi İddiaçı, Cavabdeh1un, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,0566 hektar torpaq sahəsi İddiaçı, Cavabdeh1un, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş tarixi qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,0701 hektar torpaq sahəsi İddiaçı, Cavabdeh1un, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,631 hektar torpaq sahəsi İddiaçı, Cavabdeh1un, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN-050423 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 3599,15 kvadrat metr torpaq sahəsi subyekt kimi Cavabdeh2 adına işlənilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN-059143 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 1205,51 kvadrat metr torpaq sahəsi subyekt kimi Cavabdeh2 adına işlənilmişdir. Məhkəmə araşdırması nəticəsində aydın oldu ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,4067 hektar torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,2018 hektar torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,0566 hektar torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,0701 hektar torpaq sahəsi və qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,631 hektar torpaq sahəsi İddiaçı, cavabdehlər Cavabdeh1un, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərindədir. İddiaçı həmin torpaq sahələrindən payının müəyyən edilməsini və naturada ayrılmasını tələb edir. Həmçinin, İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN-059143 nömrəli və AN-050423 nömrəli torpaq sahələrinin plan və ölçü sənədləri üzrə subyekt kimi Cavabdeh2 adına işlənilmiş və Şəki rayonu Baş Göynük kəndində yerləşən 1205,51 və 3599.15 kvadrat metr torpaq sahələrindən də payının müəyyən edilməsini və naturada ayrılmasını tələb edir. Məhkəmə bilаvаsitə məhkəmə iclаsındа tədqiq edilən, biri-digərini tаmаmlаyаn, mümkün və mötəbər sübutlаrа hərtərəfləri tаm, оbyektiv və qərəzsiz bаxdıqdаn sоnrа bu sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,4067 hektar torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,2018 hektar torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,0566 hektar torpaq sahəsi, qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,0701 hektar torpaq sahəsi və qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxçıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,631 hektar torpaq sahəsi İddiaçı, cavabdehlər Cavabdeh1un, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. Lakin, həmin əmlaklarda mülkiyyətçilərin payları müəyyən edilməmişdir. İddiaçı mübahisə predmeti olan torpaq sahələrinin ümumi birgə mülkiyyətçisidir və onun öz əmlaklarından öz istədiyi kimi istifadə etmək hüququı vardır. Lakin, cavabdehlər tərəfindən iddiaçıya öz birgə mülkiyyətlərində olan torpaq sahələrindən istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradılır. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Buna görə də İddiaçı həmin əmlaklardan öz payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilən həmin əmlaklarda mülkiyyətçilərin paylarının müəyyən edilmədiyini nəzərə alaraq birgə mülkiyyətçilərin həmin əmlakdakı paylarının bərabər olmasını qəbul edir. Eyni zamanda işin bu halı ilə bağlı tərəflər arasında hazırda hər hansı bir mübahisə yoxdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə mülkiyyətlərində olan Şəki rayonu, Bas Göynük kəndində yerləşən 0,4067 hektar, 0,2018 hektar, 0,0566 hektar, 0,0701 hektar və 0,631 hektar torpaq sahələrinin hər birindən İddiaçı 1/4 hissə payları müəyyən edilməlidir. Həmçinin, İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN-059143 və AN-050423 nömrəli torpaq sahələrinin planı və ölçüsü sənədi üzrə Şəki rayonu Baş Göynük kəndində yerləşən 1205,51 və 3599,15 kvadrat metr torpaq sahələrindən də payının müəyyən edilməsini tələb etsə də, o, payını tələb etdiyi torpaq sahələrinə mülkiyyətində olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin plan və ölçü sənədi gözlənilən mülkiyət hüququnu təsdiq edən texniki sənəddir. Həmin plan və plçü sənədləri əsasında mülkiyyət hüququnu təsdiq edən çıxarış alındıqdan sonra payın müəyyən olunması üçün məhkəməyə muraciət oluna bilər. Buna görə də məhkəmə İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN-059143 və AN-050423 nömrəli torpaq sahələrinin planı və ölçüsü sənədi üzrə Şəki rayonu Baş Göynük kəndində yerləşən 1205,51 və 3599,15 kvadrat metr torpaq sahələrindən də payının müəyyən edilməsi barədə tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 3221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında göstərilən halları da diqqətə alaraq hesab edir ki, İddiaçı cabadehlərlə ümumi birgə mülkiyyətlərində olan torpaq sahələrindən paylarının müəyyən edilməsi barədə tələbi ilə yanaşı, tələbinin eyni icraatda həmin torpaq sahələrinin paylarının naturada ayrılması barədə hissəsi əsaslı hesab etmir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının payı müəyyən olunduqdan sonra tərəflərin arasında müvafiq razılıq olmadıqda, artıq payı müəyyən olunmuş mülkiyyət sənədinin əsasnda məhkəməyə müraciət edib payın naturada ayrılmasını tələb etmək hüququna malikdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qeydiyyat nömrəsi ********* olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş ümumi birgə mülkiyyətdə olan 0,4067 hektar torpaq sahəsinə, qeydiyyat nömrəsi ********* olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş ümumi birgə mülkiyyətdə olan 0,2018 hektar torpaq sahəsinə, qeydiyyat nömrəsi ********* olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş ümumi birgə mülkiyyətdə olan 0,0566 hektar torpaq sahəsinə, qeydiyyat nömrəsi ********* olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş ümumi birgə mülkiyyətdə olan 0,0701 hektar torpaq sahəsinə, qeydiyyat nömrəsi ********* olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş ümumi birgə mülkiyyətdə olan 0,631 hektar torpaq sahəsinə İddiaçı ¼ payı müəyyən edilməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunu tələb etmədiyinə görə, dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş ümumi birgə mülkiyyətdə olan 0,4067 ha torpaq sahəsinə, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022ci il tarixli çıxarışla verilmiş ümumi birgə mülkiyyətdə olan 0,2018 ha torpaq sahəsinə, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş ümumi birgə mülkiyyətdə olan 0,0566 ha torpaq sahəsinə, qeydiyyat nömrəsi ********* olan xx.xx.2022ci il tarixli çıxarışla verilmiş ümumi birgə mülkiyyətdə olan 0,0701 ha torpaq sahəsinə, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli çıxarışla verilmiş ümumi birgə mülkiyyətdə olan 0,631 ha torpaq sahəsinə İddiaçı ¼ payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-869/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-869/2022
15.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver