Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-871/2023 01.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2nun 16 fevral 1962-ci il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X10 ilə anası X8 şəhər İHB-nın Aşağı Göynük kənd İƏD-si üzrə nümayəndəliyində nikah bağlamaqla ailə qurmuşlar. X10 02 noyabr 1947-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X2, nənəsı isə Sudabə Abdurəhim qızıdır. X15 Şəki şəhərində anadan olmuş, 16 fevral 1962-ci il tarixdə vəfat etmiş və Şəki şəhərinin yuxarı hissəsində yerləşən “Xoçik” qəbristanlığında dəfn edilmişdir. Hazırda məzarı yaxşı vəziyyətdədir və baş daşı da yerində qalmaqdadır. Babasından qalan Şəki şəhəri Nakam küçəsi, 29 nömrəli evi öz adına rəsmiləşdirmək üçün notariat ofisinə müraciət etmiş, bu zaman ondan babasının ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Lakin o, həmin şəhadətnaməni əldə edə bilməmişdir. Belə ki, o, Şəki rayon qeydiyyat şöbəsinə müraciət edərək babasının ölümü haqqında şəhadətnaməsinin ona verilməsini istəmişdir. Lakin ona bildirildi ki, ölüm haqqında akt qeydi mövcud olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir və ona hüquqi faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Güman edir ki, o dövrdə savadsızlıq və səhlənkarlıq ucbarından babasının ölümü qeydə alınmamış və ölüm haqqında şəhadətnamə verilməmişdir. Beləliklə, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum X2 1902-ci ildə Şəki şəhərində anadan olmuş, 16 fevral 1962-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. Mərhum babası xəstəlik səbəbindən vəfat etmişdir. Babasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçınin vəsatəti ilə şahid qismində dindirilmiş X18 göstərmişdir ki, İddiaçı atası ilə onun atası ögey qardaşdılar. Ülvinin atası Yusiflə onun atası anaları bir, ataları ayrı qardaşdırlar. Bildirmişdir ki, o, X3nu görməmişdir. Mərhum haqqında anasından eşitmişdir. X3 vəfat etdikdən yeddi ay sonra o anadan olmuşdur. X4 bildiyi qədər 3, 4 həyat yoldaşı olmuşdur. Eşitdiyinə görə X3 1962-ci ilin fevral ayında vəfat etmişdir. Məhkəmə iclasında iddiaçınin vəsatəti ilə şahid qismində dindirilmiş X17 göstərmişdir ki, o, İddiaçı anasıdır. X3 onun qayınatası olmuşdur. O, 1985-ci ildə qayınatasının evinə gəlin köçmüşdür. X3 1962-ci ildə vəfat etmişdir. O, qayınatasını görməmişdir. Eşitdiyinə görə mərhum qayınatası X1 xeyriyyəçi olmuşdur. Yetimlərə, ailə qura bilməyən insanlara köməklik etmişdir. Eşitdiyinə görə X3 vərəm xəstəliyindən əziyyət çəkmiş, 16 fevral 1962ci il tarixdə xəstəlik səbəbli vəfat etmişdir. Fevral ayının on altıncı günü mərhum qayınatasının ilini keçirdirlər. Mərhumun məzar daşı vardır. Onlar tez-tez X3nun məzar daşını ziyarət edirlər. Oğlu tez-tez mərhum qəbrini ziyarət edib özü Quran oxuyur. Mülki iş materiallarını araşdırıb, iddiaçınin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tələbi əsaslıdır. Belə ki, işdə olan 21 yanvar 2023-cü il tarixli, 05/Q-04/69 nömrəli arayışdan görünür ki, X4 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə «Vətəndaşlıq vəziyyəti atları» avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında akt qeydi kitabları 1959-1965-ci illər üzrə, bərpa akt qeydi kitablarıı isə 1963-2023-cü illər üzrə yoxlanılmışdır. İşdə olan 06 oktyabr 2020-ci il tarixli, 05/Q-1047/69 nömrəli nikah haqqında arayışdan görünür ki, X19 ilə X17 arasında 20 aprel 1985-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanmması haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeyd olunmuşdur. İşdə olan 05 yanvar 2023-cü il tarixli, 05/Q-03/69 nömrəli doğum haqqında arayışdan görünür ki, 02 noyabr 1947-ci il təvəllüdlü X12 atası X7, anası X9r. İşdə olan 29 oktyabr 2014-cü il tarixli, AZ-İ 713702 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 25 oktyabr 2014-cü il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 434 nömrə ilə qeyd edilmişdir. İşdə olan 10 yanvar 1961-ci il tarixli, İİ-ИЕ 076873 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 1917-ci ildə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 1 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin 21 yanvar 2023-cü il tarixli, 05/Q-04/69 nömrəli məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. İşdə olan məzar daşının şəklindən və məzar daşının üzərində mövcud olan yazıların təsdiq olunmuş tərcüməsindən görünür ki, həmin məzar daşı həqiqətəndə X3na məxsusdur. X7 1902-ci ildə anadan olmuş, 1962-ci ildə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, İddiaçı həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. İddiaçınin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X7 İddiaçı babası olmuşdur. O, 1902-ci ildə anadan olmuşdur. İddiaçınin X2 16 fevral 1962-ci il tarixdə xəstəlik səbəbli vəfat etmişdir. İddiaçı ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, X4 1962-ci ildə vəfat etməsi faktı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu İddiaçınin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. X4 1962-ci ildə vəfat etməsi hüquqi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-871/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-871/2023
01.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver