Məhkəmə qərarları › İş №e-2(075)-871/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-871/2025

26.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-871/2025 26.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı iştirakı ilə, X3 maraqlı şəxslər Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: X6 maraqlı şəxslər Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, X18 babası, X23 isə ulu babası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onun əsaslandırılmışdır ki, ulu babası X33 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X29 və babasının qardaşı X24 qəbul etmişdir. X8 vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası X19, babasının qardaşı X24 vəfat etdikdən sonra həmin miras əmlakı oğlu X34 qəbul etmişdir. X4 vəfatından sonra miras əmlakı o, X17, X8 qardaşı X24 vəfat etdikdən sonra miras əmlakdan payı oğlu X34 qəbul etmiş, o da vəfat etdikdən sonra miras əmlakdan payı oğlu X48 qəbul etmiş və xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 1 ünvanında, 0.0704 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 263.50 kv/m olan fərdi yaşayış evinin 2/3 hissəsinə və torpaq sahəsinin 2/3 hissəsinə ata X8 qardaşı X14 nəvəsi X35 payı müəyyən olunmuş, həmin fərdi yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi isə onun ulu babası X23 paylı mülkiyyətində qalmışdır. O da öz növbəsində ulu babası X20 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsə də, X4, X8 doğumu barədə məlumat almaq üçün Şəki rayon qeydiyyat şöbəsinə müraciət etdikdə, Azərbaycan Respublikasının Dövlət X30 müraciət etməyi tövsiyyə olunduğu üçün Azərbaycan Respublikasının Dövlət X30 müraciət etsə də, X4, X8 doğumu barədə qeydlər aşkar edilmədiyi bildirilmişdir. Qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edə bilmədiyi səbəbli ulu babası X20 qalmış miras əmlakdan ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Əli Hacıyevin xx.xx.2024-cü il tarixli, X-1012 saylı Qərarı ilə imtina edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili İddiaçı iddia tələbini dəqiqləşdirərək, xx.xx.1943-cü il tarixdə vəfat etmiş X18 ərizəçinin babası, xx.xx.1932-ci il tarixdə vəfat etmiş X23 isə ulu babası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili İddiaçı ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - İİİ-ЖГ № 473079 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.1943-cü il tarixdə vəfat etmişdir. - AZ № 028682 nömrəli ölüm haqqında şəhadətnamədən görünürki, X10 xx.xx.2000ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmişdir. - 19 yanvar 1970-ci il tarixli, AЗ № ******* seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 23 iyul 1970-ci il təvəllüdlü X9 atası X19, anası X7r. - 29 mart 2024-ci il tarixli, notariat hərəkətinin aparılmasından imtina haqqında qərarda qeyd edilir ki, X9 etibarnamə üzrə nümayəndəsi X36 notariat ofisinə müraciət edərək, xx.xx.1932-ci ildə ölmüş X21 qalmış miras əmlakdan X11 düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, X17 ilə miras qoyan X37 arasında qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim edə bilməmişdir. Belə olan halda, X17 ilə miras qoyan X37 arasında qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün deyildir. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ərizə ilə müraciət edən şəxsin qanun üzrə vərəsəliyə çağırılması üçün əsasların olmasını yoxlamalıdır. - Azərbaycan Respublikası Dövlət X27 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nuxa şəhər VVAQ Şöbəsinin 1906-cı ilin sənədləri Azərbaycan Respublikası Dövlət X30 təhvil verilmədiyi üçün X18 1906-cı ildə doğumu barədə Arxiv arayışı təqdim oluna bilmir. - Azərbaycan Respublikası Dövlət X27 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nuxa şəhər VVAQ Şöbəsinin 1940-cı ilin “Doğulanların qeydiyyat” kitablarına əsasən X10 doğumu barədə qeydiyyat aşkar edilmədi. - Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsi və torpaq sahəsinin 2/3 hissəsi X38 adına, fərdi yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsinin 1/3 hissəsi X23 adına qeydiyyata alınmışdır. - xx.xx.1932-ci il tarixli 344 nömrəli vəfat barəsində sənəd qeydiyatından görünür ki, X33 xx.xx.1932-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2025-ci il tarixli 4/1013 nömrəli arayışdan görünür ki, X1 ev 2/2 ünvanında yaşayır. Həmin evdə əri –X17, oğlu – X25 və qızı – X26 yaşayır. - xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizəçi hazırkı iddianın verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. - 22 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, İsmayılov Zakir onun divar qonşusudur. Onlar 1870-ci illərdən orada yaşayırlar. Zakir evin tək uşağıdır. Bacısı və ya qardaşı olmamışdır. Atasının adı İsmayıl, anasının adı Nuriyədir. Atası bənna olmuşdur. Babasının adı Saleh, nənəsini adı Aişə olmuşdur. Babası müharibədən qayıtmamışdır. Ulu babasının adı eşitdiyinə görə Oruc olmuşdur. Zakirin atasının bir bacısı olmuşdur. O qonşu Əbülfət dayıya ərə getmişdir. - 22 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, İsmayılov Zakir onun dayısının oğludur. X32 təxminən 2000-ci ildə vəfat etmişdir. Zakirin anasının adı Nuriyədir. Zakirin bacısı və ya qardaşı olmamışdır. Evin tək uşağı olmuşdur. Zakirin babasının adı Saleh, nənəsinin adı Aişə olmuşdur. Saleh müharibədən qayıtmamışdır. Zakirin ulu babasının adı eşitdiyinə görə Oruc olmuşdur. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Mülki Məcəllənin: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. X3 hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi miras qalmış və hazırda onların yaşadığı evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməsidir. Ərizəçi tərəfindən mirasın qəbulu ilə bağlı müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona qohumluq əlaqələrinin müəyyən edilməməsi səbəbindən mirasın qəbulunun mümkün olmadığı bildirilmişdir. Ərizəçi qohumluq faktının müəyyən edilməsi, onlar üçün lazımlı olduğunu onunla əsaslandırır ki, onlara qalmış mirası rəsmiləşdirə bilməmişlər. İş araşdırması zamanı müəyyən edilir ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X19 onun atası, xx.xx.1943-cü il tarixdə vəfat etmiş X29 isə babası olmuşdur. X23 ərizəçinin ulu babası olması isə yalnız şahid ifadələri ilə müəyyən edilir. Hər nə qədər ərizəçinin ulu babasının X33 olmasına dair əsaslı sübutlar təqdim edilməmiş olsa da iddia tələbinin həmin hissədə təmin edilməməsi ərizəçinin çatmaq istədiyi məqsədin qarşısını alacaqdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin hissədə tələbin əsasızlığına dair də hər hansı hal müəyyən edilməmiş, təqdim olunan sənədlərin bir-birini tamamlaması, ardıcıllıq, şahid ifadələri və məhkəmənin daxili inamına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, xx.xx.1943-cü il tarixdə vəfat etmiş X18 X3 babası, xx.xx.1932-ci il tarixdə vəfat etmiş X23 isə ulu babası olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1943-cü il tarixdə vəfat etmiş X18 X3 babası, xx.xx.1932-ci il tarixdə vəfat etmiş X23 isə ulu babası olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar