Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-876/2024 24.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 154,28 (bir yüz əlli dörd manat, iyirmi səkkiz qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 184,68 (bir yüz səksən dörd manat, altmış səkkiz qəpik) manat məbləğin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə “İveco Urbanway” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2021ci il tarixli, 3(011)-3281/2021 saylı qərarla “Ford Transit” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “İveco Urbanway” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 154,28 (bir yüz əlli dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində maddi zərər dəymişdir. PM E********** saylı sığorta şəhadətnaməsinə və İAS231182 saylı, xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 154,28 (bir yüz əlli dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Ford Transit” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Buna görə də “Ford Transit” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Ford Transit” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmış avtomobillə X1 idarə etdiyi "xxxx" MMC-nin mülkiyyətində olan və "xxxx" ASC tərəfindən sığortalanmış “İveco Urbanway” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində toqquşmuş, nəticədə sonuncuya 154.28 manat məbləğində maddi ziyan dəymişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(011)-3281/2021 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən subroqasiya tələbi "xxxx" ASC-yə güzəşt edilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə 154.28 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-yə ödədiyi məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə, “İcbari sığortalar haqqında” qanunun 25.1.3, 25.2-ci, Mülki Məcəllənin 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 154.28 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 154.28 (bir yüz əlli dörd manat iyirmi səkkiz qəpik) manat sığorta ödənişi və 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-876/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-876/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver