Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-890/2025 27.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.1.3-cü bəndinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 2.1.3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı 27 fevral 2024-cü ildə məhkəməyə elektron qaydada “tələbin dəqiqləşdirilməsi barədə” ərizə göndərərək onunla Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Cavabdeh tərəfindən könüllü icra edilməyən 2.3-cü bəndinin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 2.3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı “tələbin dəqiqləşdirilməsi barədə” ərizəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş uşaqlarının himayəsində saxlanılmaları və aliment barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı 10 may 2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. 10 may 2024-cü il tarixli barışıq sazişinə əsasən 26 avqust 2012-ci il təvəllüdlü Nuray və 28 iyun 2018-ci il təvəllüdlü Ayxanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 may 2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentiin hər ayın son beş günlüyündə Cavabdeh tutularaq ona ödənilməsi razılaşdırılmışdır. Lakin, Cavabdeh barışıq sazişinin şərtlərinə riayət etməmişdir. Artıq, barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Lakin ərizəçi İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 10 may 2024-cü il tarixli, MŞŞ/MT-018/2024-00843 nömrəli barışıq sazişinin 2.3-cü bəndindən görünür ki, Cavabdeh və İddiaçı birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları – 26 avqust 2012-ci il təvəllüdlü X1 və 28 iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 may 2024-cü il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat alimentin, hər ayın son beşgünlüyündə İddiaçı ödəməsini Cavabdeh öhdəsinə götürür və buna hər iki tərəf razıdır. - 13 iyun 2009-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 13 iyun 2009-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 638 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. - 22 iyul 2018-ci il tarixli AZ-İV 146499 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. - 05 fevral 2023-cü il tarixli AZ-İİİ 038904 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 26 avqust 2012-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1562/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 13 iyun 2009-cu il tarixdə Bakı şəhəri, Surxanı rayon Qeydiyyat Şöbəsində bağlanmış 27 nömrə ilə qeydə alınmış nikah pozulmuş, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 10 may 2024-cü il tarixli MŞŞ/MT- 018/2024-00843 saylı barışıq sazişinə əsasən tərəflərin birgə nikahından anadan olmuş uşaqları - 26 avqust 2012-ci il təvəllüdlü X1 və 28 iyun 2018-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində və yanında saxlanılmasına, birgə nikahdan anadan olan yetkinlik yaşına çatmayan uşaqları- 26 avqust 2012-ci il təvəllüdlü X1 və 28 iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, əvvəli 01 may 2024-cü il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat ümumilikdə 300 (üç yüz) manat alimentin, hər ayın son beşgünlüyündə İddiaçı ödəməsinə barədə razılaşma nəzərə alınmışdır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissələri maraqlı şəxs Cavabdeh tərəfindən “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş müddət – 10 gün ərzində icra edilməmişdir. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.3-cü bəndinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumunun ərizəçi tərəfindən ödənilməsi nəzərə alınmaqla məhkəmə xərci ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış 10 may 2024-cü il tarixli, MŞŞ/MT-018/2024-00843 nömrəli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilsin. 2.3. Cavabdeh və İddiaçı birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları – 26 avqust 2012-ci il təvəllüdlü X1 və 28 iyun 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, əvvəli 01 may 2024-cü il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat alimentin, hər ayın son beşgünlüyündə İddiaçı ödəməsini Cavabdeh öhdəsinə götürür və bu şərtlərə Cavabdeh və İddiaçı razıdırlar. Dövlət rüsumunun ərizəçi tərəfindən ödənilməsi nəzərə alınmaqla məhkəmə xərci ona aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-890/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-890/2025
27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver