Məhkəmə qərarları › İş №e-2(075)-904/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-904/2022

06.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-904/2022 06.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızının iştirakları ilə İddiaçı cavabdeh Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızına qarşı «əmlakın çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, Novruz küçəsi, 1/4 saylı fərdi yaşayış evindən cavabdeh X1 məxsus əşyalarının, yəni 1 ədəd – divan, 2 ədəd – kreslo, 1 ədəd – taxt kravat, 1 ədəd – termos, 1 ədəd – nahar stolu, 1 ədəd – jurnalni stol, 6 ədəd – stul, pərdə, pakrıval – taxt üçün, 1 ədəd – stenka mebel, 1 ədəd – tozsoran, 1 ədəd – televizor (plazma), 1 ədəd – paltaryuyan (balaca), 1 ədəd – balaca tumba, 1 ədəd – lüstur, 1 ədəd – saat, 1 ədəd – taxt döşəyi, 3 ədəd – döşək, 3 ədəd – yorğan, 3 ədəd – baduşka, 1 ədəd – böyük xalça, 1 ədəd – balaca xalça, 1 ədəd – mikser, 12 ədəd – dolma boşqabı, 12 ədəd – tort boşqabı, 29 ədəd – tort boşqabı, 12 ədəd – dolma boşqabı, 24 ədəd – aş boşqabı, 29 ədəd – balaca piyalə, 10 ədəd – böyük kasa, 5 ədəd – aş boşqabı, 2 ədəd – subnik boyda qab, 1 ədəd – plastmas podnos, 1 ədəd – dəmir podnos, 3 ədəd – plasmas yemək qabı , 12 ədəd – iri boşqab, 1 ədəd – çaynik, 5 ədəd – balaca razetka, 4 ədəd – nəlbəki iri stəkan üçün, 6 ədəd – armudu stəkan üçün nəlbəki, 1 ədəd – naçnik, 6 ədəd – nəlbəki, 6 ədəd – tort boşqabı, 12 ədəd – dolma boşqabı, 6 ədəd – böyük dolma boşqabı, 1 ədəd – çaynik, 1 ədəd – dəm çayniki, 1 ədəd – süd qabı, 1 ədəd – güldan, 2 ədəd – boşqab dörə, 2 ədəd – şirniyyat qabı (3 mərtəbəli), 6 ədəd – fincan, 6 ədəd – nəlbəki, 2 ədəd – salfetka qabı, 1 ədəd – çaynik, 1 ədəd – süd qabı, 6 ədəd – boşqab, 1 ədəd – tort boşqabı böyük, 3 ədəd – razetka kimi balaca qab, 2 ədəd – şüşə duz qabı, 6 ədəd – armudu stəkan, 12 ədəd – araq rumkas, 1 ədəd – kompot qabı, 6 ədəd – kompot stəkanı, 4 ədəd – uzun rumka, 4 ədəd – adi rumka, 1 ədəd – gülqabı, 1 ədəd – meyvə qabı, 1 ədəd – böyük çaynik, 1 ədəd – mürəbbə qabı, 1 ədəd – bəzəkli gülqabı, 2 ədəd – meyvə qabı, 2 ədəd – böyük konfet qabı, 1 ədəd – tısbağa oyuncaq, 1 ədəd – qoyun oyuncaq, 1 ədəd – ləpə keçirən maşın, 1 ədəd – balıq bişirən qab, 1 ədəd – dəst qazan , 1 ədəd – mikser, 1 ədəd – dəmir verdə, 1 ədəd – plasmas qırmızı vedrənin çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı yaşayış evi Seriya MH 0009612, 12.12.2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona məxsusdur. Cavabdeh X2 onun qardaşının həyat yoldaşıdır və uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar. Lakin ona məxsus aşağıdakı əmlaklar iddiaçının evində qalmaqdadır. Bu isə iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadəsinə maneçilik yaradır. Cavabdehə məxsus əmlaklar aşağıdakılardır: 1 ədəd – divan, 2 ədəd – kreslo, 1 ədəd – taxt kravat, 1 ədəd – termos, 1 ədəd – nahar stolu, 1 ədəd – jurnalni stol, 6 ədəd – stul, pərdə, pakrıval – taxt üçün, 1 ədəd – stenka mebel, 1 ədəd – tozsoran, 1 ədəd – televizor (plazma), 1 ədəd – paltaryuyan (balaca), 1 ədəd – balaca tumba, 1 ədəd – lüstur, 1 ədəd – saat, 1 ədəd – taxt döşəyi, 3 ədəd – döşək, 3 ədəd – yorğan, 3 ədəd – baduşka, 1 ədəd – böyük xalça, 1 ədəd – balaca xalça, 1 ədəd – mikser, 12 ədəd – dolma boşqabı, 12 ədəd – tort boşqabı, 29 ədəd – tort boşqabı, 12 ədəd – dolma boşqabı, 24 ədəd – aş boşqabı, 29 ədəd – balaca piyalə, 10 ədəd – böyük kasa, 5 ədəd – aş boşqabı, 2 ədəd – subnik boyda qab, 1 ədəd – plastmas podnos, 1 ədəd – dəmir podnos, 3 ədəd – plasmas yemək qabı , 12 ədəd – iri boşqab, 1 ədəd – çaynik, 5 ədəd – balaca razetka, 4 ədəd – nəlbəki iri stəkan üçün, 6 ədəd – armudu stəkan üçün nəlbəki, 1 ədəd – naçnik, 6 ədəd – nəlbəki, 6 ədəd – tort boşqabı, 12 ədəd – dolma boşqabı, 6 ədəd – böyük dolma boşqabı, 1 ədəd – çaynik, 1 ədəd – dəm çayniki, 1 ədəd – süd qabı, 1 ədəd – güldan, 2 ədəd – boşqab dörə, 2 ədəd – şirniyyat qabı (3 mərtəbəli), 6 ədəd – fincan, 6 ədəd – nəlbəki, 2 ədəd – salfetka qabı, 1 ədəd – çaynik, 1 ədəd – süd qabı, 6 ədəd – boşqab, 1 ədəd – tort boşqabı böyük, 3 ədəd – razetka kimi balaca qab, 2 ədəd – şüşə duz qabı, 6 ədəd – armudu stəkan, 12 ədəd – araq rumkas, 1 ədəd – kompot qabı, 6 ədəd – kompot stəkanı, 4 ədəd – uzun rumka, 4 ədəd – adi rumka, 1 ədəd – gülqabı, 1 ədəd – meyvə qabı, 1 ədəd – böyük çaynik, 1 ədəd – mürəbbə qabı, 1 ədəd – bəzəkli gülqabı, 2 ədəd – meyvə qabı, 2 ədəd – böyük konfet qabı, 1 ədəd – tısbağa oyuncaq, 1 ədəd – qoyun oyuncaq, 1 ədəd – ləpə keçirən maşın, 1 ədəd – balıq bişirən qab, 1 ədəd – dəst qazan , 1 ədəd – mikser, 1 ədəd – dəmir verdə, 1 ədəd – plasmas qırmızı vedrə. İstər daxili qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik hər bir şəxsin ona məxsus əmlaka sahib olmaq, ondan öz tələblərinin təmin olunması üçün istifadə etmək və onun barəsində sərəncam vermək hüququnu tanıyır və dövlət tərəfindən bu hüquqların qorunmasına təminat verir. Cavabdehə məxsus əşyaların onun yaşayış sahəsində qalması onun həmin sahədən istifadəsinə maneə törədir. Eyni zamanda özünə məxsus əşyaların yerləşdirilməsində çətinlik yaradır. Buna görə də cavabdehə məxsus qeyd olunan əmlaklar yaşadığı yaşayış sahəsindən çıxarılmalıdır. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızı 06 iyun 2022-ci il tarixdə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı ərizəsini qanunsuz və əsassız hesab edir. Elçinin ona qarşı əmlak tələbi əsassızdır. Beş ildir ki, onun bütün cehiz əşyaları, o cümlədən mebeli, qab-qacaq, boşqab və stəkanları evdə saxlanılmaqla evin açarı ondadır. O, həmin evə gəlin gəlmişdir. X7 və oğlu Nihad Məmmədov orada anadan olmuşdur. Həmin evdə onların da payı və haqqı vardır. Başqa yerdən gəlir və qazancları yoxdur. Onlar çörək qazanmaq üçün kirayələrə düşmüşlər. Əlacsız vəziyyətdə qalmaqla, əmlakı başqa yerdə yerləşdirmək imkanından məhrum olmuşlar. İmkanları məhdud vəziyyətdədir. İddiaçı onların haqqına girməməli, onlara həmin evdən ya pay, ya da kompensasiya verməlidir. Odur ki, İddiaçı iddiasını ləğv etməyi, həmin evdən onlara pay və ya kompensasiya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızı etirazında qeyd etdiyi xüsusatları göstərərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Həmçinin ona ünvanlanan suallara cavab olaraq bildirdi ki, həmin evə, o, 2016-cı ildə köçmüşdür. Evin mülkiyətçisi İddiaçı olsa da, mərhum qaynanası evin hər iki oğlunun arasında bölünməsini istəmişdir. Dörd ildir Bakıda kirayədə yaşayırlar. Maddi imkanları zəifdir. İddiaçı məhkəməyə müraciət edib onun həyat yoldaşı X3 da qeydiyyatdan çıxarıb. Məhkəmə iclasında tərəflərin izahatı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, cavabdeh Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızı İddiaçı qardaşı X5 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Cavabdeh uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Lakin Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızına məxsus əşyalar iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qalmışdır. Bu səbəbdən də iddiaçı cavabdehə məxsus əşyaların ona məxsus evdən çıxarılmasını məhkəmədən xahiş edir. Elektron qaydada işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 12 dekabr 2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, Novruz küçəsi, dalan 1 ünvanında 0.005 ha torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Göründüyü kimi İddiaçı Şəki şəhəri, Novruz küçəsi, dalan 1 ünvanında 0.005 ha torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evinin tam mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin cavabdeh Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızı İddiaçı məxsus əmlakda olan əşyalarını könüllü olaraq çıxarmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdeh məlum olmayan səbəblərdən həmin mənzildən əmlaklarını çıxarmaqdan yayınır. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Təqdim olunmuş iş materiallarından da görünür ki, mübahisə predmeti olan Şəki şəhəri, Novruz küçəsi, dalan 1 ünvanında 0.005 ha torpaq sahəsində yerləşən 4 nömrəli fərdi yaşayış evi iddiaçının adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehin həmin əmlak üzərində hər hansı bir hüquqlarının olması müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızına məxsus əşyalar, yəni 1 ədəd – divan, 2 ədəd – kreslo, 1 ədəd – taxt kravat, 1 ədəd – termos, 1 ədəd – nahar stolu, 1 ədəd – jurnalni stol, 6 ədəd – stul, pərdə, pakrıval – taxt üçün, 1 ədəd – stenka mebel, 1 ədəd – tozsoran, 1 ədəd – televizor (plazma), 1 ədəd – paltaryuyan (balaca), 1 ədəd – balaca tumba, 1 ədəd – lüstur, 1 ədəd – saat, 1 ədəd – taxt döşəyi, 3 ədəd – döşək, 3 ədəd – yorğan, 3 ədəd – baduşka, 1 ədəd – böyük xalça, 1 ədəd – balaca xalça, 1 ədəd – mikser, 12 ədəd – dolma boşqabı, 12 ədəd – tort boşqabı, 29 ədəd – tort boşqabı, 12 ədəd – dolma boşqabı, 24 ədəd – aş boşqabı, 29 ədəd – balaca piyalə, 10 ədəd – böyük kasa, 5 ədəd – aş boşqabı, 2 ədəd – subnik boyda qab, 1 ədəd – plastmas podnos, 1 ədəd – dəmir podnos, 3 ədəd – plasmas yemək qabı , 12 ədəd – iri boşqab, 1 ədəd – çaynik, 5 ədəd – balaca razetka, 4 ədəd – nəlbəki iri stəkan üçün, 6 ədəd – armudu stəkan üçün nəlbəki, 1 ədəd – naçnik, 6 ədəd – nəlbəki, 6 ədəd – tort boşqabı, 12 ədəd – dolma boşqabı, 6 ədəd – böyük dolma boşqabı, 1 ədəd – çaynik, 1 ədəd – dəm çayniki, 1 ədəd – süd qabı, 1 ədəd – güldan, 2 ədəd – boşqab dörə, 2 ədəd – şirniyyat qabı (3 mərtəbəli), 6 ədəd – fincan, 6 ədəd – nəlbəki, 2 ədəd – salfetka qabı, 1 ədəd – çaynik, 1 ədəd – süd qabı, 6 ədəd – boşqab, 1 ədəd – tort boşqabı böyük, 3 ədəd – razetka kimi balaca qab, 2 ədəd – şüşə duz qabı, 6 ədəd – armudu stəkan, 12 ədəd – araq rumkas, 1 ədəd – kompot qabı, 6 ədəd – kompot stəkanı, 4 ədəd – uzun rumka, 4 ədəd – adi rumka, 1 ədəd – gülqabı, 1 ədəd – meyvə qabı, 1 ədəd – böyük çaynik, 1 ədəd – mürəbbə qabı, 1 ədəd – bəzəkli gülqabı, 2 ədəd – meyvə qabı, 2 ədəd – böyük konfet qabı, 1 ədəd – tısbağa oyuncaq, 1 ədəd – qoyun oyuncaq, 1 ədəd – ləpə keçirən maşın, 1 ədəd – balıq bişirən qab, 1 ədəd – dəst qazan , 1 ədəd – mikser, 1 ədəd – dəmir verdə, 1 ədəd – plasmas qırmızı vedrə İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Novruz küçəsi, 1/4 saylı fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Mustafayeva (Məmmədova) Kəmalə Gülağa qızına məxsus əşyalar, yəni 1 ədəd – divan, 2 ədəd – kreslo, 1 ədəd – taxt kravat, 1 ədəd – termos, 1 ədəd – nahar stolu, 1 ədəd – jurnalni stol, 6 ədəd – stul, pərdə, pakrıval – taxt üçün, 1 ədəd – stenka mebel, 1 ədəd – tozsoran, 1 ədəd – televizor (plazma), 1 ədəd – paltaryuyan (balaca), 1 ədəd – balaca tumba, 1 ədəd – lüstur, 1 ədəd – saat, 1 ədəd – taxt döşəyi, 3 ədəd – döşək, 3 ədəd – yorğan, 3 ədəd – baduşka, 1 ədəd – böyük xalça, 1 ədəd – balaca xalça, 1 ədəd – mikser, 12 ədəd – dolma boşqabı, 12 ədəd – tort boşqabı, 29 ədəd – tort boşqabı, 12 ədəd – dolma boşqabı, 24 ədəd – aş boşqabı, 29 ədəd – balaca piyalə, 10 ədəd – böyük kasa, 5 ədəd – aş boşqabı, 2 ədəd – subnik boyda qab, 1 ədəd – plastmas podnos, 1 ədəd – dəmir podnos, 3 ədəd – plasmas yemək qabı , 12 ədəd – iri boşqab, 1 ədəd – çaynik, 5 ədəd – balaca razetka, 4 ədəd – nəlbəki iri stəkan üçün, 6 ədəd – armudu stəkan üçün nəlbəki, 1 ədəd – naçnik, 6 ədəd – nəlbəki, 6 ədəd – tort boşqabı, 12 ədəd – dolma boşqabı, 6 ədəd – böyük dolma boşqabı, 1 ədəd – çaynik, 1 ədəd – dəm çayniki, 1 ədəd – süd qabı, 1 ədəd – güldan, 2 ədəd – boşqab dörə, 2 ədəd – şirniyyat qabı (3 mərtəbəli), 6 ədəd – fincan, 6 ədəd – nəlbəki, 2 ədəd – salfetka qabı, 1 ədəd – çaynik, 1 ədəd – süd qabı, 6 ədəd – boşqab, 1 ədəd – tort boşqabı böyük, 3 ədəd – razetka kimi balaca qab, 2 ədəd – şüşə duz qabı, 6 ədəd – armudu stəkan, 12 ədəd – araq rumkas, 1 ədəd – kompot qabı, 6 ədəd – kompot stəkanı, 4 ədəd – uzun rumka, 4 ədəd – adi rumka, 1 ədəd – gülqabı, 1 ədəd – meyvə qabı, 1 ədəd – böyük çaynik, 1 ədəd – mürəbbə qabı, 1 ədəd – bəzəkli gülqabı, 2 ədəd – meyvə qabı, 2 ədəd – böyük konfet qabı, 1 ədəd – tısbağa oyuncaq, 1 ədəd – qoyun oyuncaq, 1 ədəd – ləpə keçirən maşın, 1 ədəd – balıq bişirən qab, 1 ədəd – dəst qazan , 1 ədəd – mikser, 1 ədəd – dəmir verdə, 1 ədəd – plasmas qırmızı vedrə İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Novruz küçəsi, 1/4 saylı fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar