Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-911/2022 24.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6900 (altı min doqquz yüz) manat pulun ödənilməsi və 89 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək göstərmişdir ki, Yevlax rayonunda yaşamaqla fərdi təsərrüfatla məşğul olur. Bildirmişdir ki, 2020-ci ildə o, özünə yeni avtomobil almaq istəmişdir. Bu məqsədlə 13 sentyabr 2020-ci il tarixdə bibisi oğlu X12 ilə birlikdə Bərdə şəhərində yerləşən maşın bazarına gəlmişdir. Orada Şəki rayonunun Qoxmuq kənd sakini Cavabdeh məxsus VAZ-21099 markalı, ** CB *** dövlət qeydiyyat nişanlı maşını hərtərəfli nəzərdən keçirdikdən sonra Cavabdeh həmin avtomaşınını 6900 manata almağa razılaşmışdır. Birlikdə Bərdə şəhərində yerləşən “Asan” xidmətin yaxınlığındakı çayxanada oturmuşlar. Səxavət onun şəxsiyyət vəsiqəsini də götürüb “Asan” xidmətə getmişdir. Cavabdeh orada ona 1 il (bir il) müddətinə baş etibarnamə vermişdir. Bildirmişdir ki, maşın bazarında olan zaman onun üzərində 6400 manat pulu olmuşdur. Cavabdeh üzərində 6400 manat pulu olduğunu bildirmiş və ona qalan 500 manat pulu maşın bazarından qayıdan zaman Yevlax şəhərində verəcəyini bildirmişdir. Lakin Cavabdeh razılaşmamış və avtomobilin pulunu tam olaraq almaq istəmişdir. Belə olmuş bibisi oğlu X6 evə gedib onların evindən 500 manat pul gətirməsini xahiş etmişdir. Bayramov Elçin 500 manat pulu gətirdikdən sonra həmin çayxanada bibisi oğlu Elçin Bayramovun və Cavabdeh qardaşı Arzumanın iştirakı ilə 6900 manat pulu sayıb Səxavətə vermişdir. Bildirmişdir ki, Cavabdeh verdiyi baş etibarnamənin vaxtı bitdikdən sonra o, yenidən baş etibarnamə almaq üçün Şəki şəhərinə gəlmiş, ancaq Şəki şəhərində notariusda adam çox olduğu üçün Qax şəhərinə getmişlər. 13 sentyabr 2021-ci il tarixdə Cavabdeh Qax rayon Notariat kontorunda ona yenidən bir il müddətinə baş etibarnamə vermişdir. 18 fevral 2022-ci il tarixdə o, evdə olan vaxt Yevlax rayon polis şöbəsinin X17 Bölməsinin əməkdaşları onun qapısına gəlmiş, bildirmişdilər ki, Cavabdeh birtərəfli qaydada həmin baş etibarnaməni ləğv etdirmiş, maşını cərimə meydançasına aparmaq lazımdır. Daha sonra polis əməkdaşları onun etibarnamə ilə Cavabdeh aldığı avtomobilini cərimə meydançasına aparmışlar. Avtomobil bir neçə gün Yevlax RPİ-nin DYP cərimə meydançasında saxlanılmışdır. Lakin bir müddət sonra avtomobilinin orada olmadığını görmüşdür. O, polis əməkdaşlarına Səxavətə verdiyi 6900 manat pulu kimdən alacağını bildirdikdə polis əməkdaşları həmin məsələnin onların səlahiyyətində olmadığını bildirmişlər. Bildirmişdir ki, elə həmin gün o, Şəki rayon Qoxmuq kəndinə getmiş, Cavabdeh ona maşına görə vermiş olduğu 6900 manat pulu geri istəmişdir. Ancaq Cavabdeh DİN 102 xidmətinə məlumat vermiş və onların çıxıb getmələrini bildirmişdir. Sonradan Cavabdeh qayıtmış ona qardaşı Arzumanın həyat yoldaşının da Yevlax rayonundan olduğunu bildirmiş və qardaşının boşanmaq istədiyini demişdir. Cavabdeh ona qardaşının məsələsində köməklik etsə, avtomobilini qaytaracağını bildirmişdir. Belə olmuş o, Cavabdeh qardaşı Arzumanın qayınatası İlqar adlı (ləqəbi “Koropet” olmuşdur.) şəxsin yanına getmiş, ondan köməklik göstərməsini istəmişdir. Sonradan Cavabdeh Şəki ŞRPŞnə ərizə verərək güya onun Cavabdeh öldürməklə hədələdiyi barədə yalan məlumatlar vermişdir. Şəki ŞRPŞ-də Tədqiqat Bölməsində onun izahatlı alınmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bildirmişdir ki, Cavabdeh ona onun Cavabdeh cəmi 900 manat pul verdiyini, 6000 manatı isə borclu qaldığını bildirmişdir. Halbuki qeyd etdiyi kimi o, 13 sentyabr 2021-ci il tarixdə həmin avtomaşına görə Cavabdeh qardaşı Arzumanın və bibisi oğlu Elçin Bayramovun iştirakı ilə Bərdə şəhərində yerləşən “ASAN” xidmətin yaınlığındakı çayxanada Səxavətə 6900 manat pul vermişdir. Bildirmişdir ki, Səxavətdən avtomobili alsa da onu öz adına qeydiyyata salmamışdır. Çünki, bundan əvvəl də olan avtomobillərini etibarnamə əsasında almış və idarə etmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 da İddiaçı ilə eyni məzmunda oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərmişdir ki, o, maşın alveri ilə məşğuldur. Satdığı avtomobilləri kreditlə və ya etibarnamə üzrə satır. 13 sentyabr 2020-ci il tarixdə o, qardaşı Arzuman, tanışları Vüsal və Novruz adlı şəxslərlə birlikdə avtomobil satmaq üçün Bərdə rayon maşın bazarına getmişlər. O və qardaşı Arzuman ona məxsus olan “VAZ 21099” markalı ** CB *** dövlət qeydiyyat nişanlı minik avtomobili, Vüsal və Novruz isə Vüsala məxsus olan “VAZ 2107” markalı ağ rəngli minik avtomobili satmaq üçün Bərdə rayon maşın bazarına getmişlər. Bildirmişdir ki, o, maşın bazarında gəzən zaman qardaşı Arzuman onu çağırmış və İddiaçı adlı şəxsi göstərək avtomobil almaq istədiyini bildirmişdir. Qardaşı Arzuman ona avtomobil üçün 7200 manat qiymət dediyini bildirmişdir. Sonrada avtomobili 6900 manat məbləğə satmağa razılaşmışlar. Belə ki, qardaşı Arzuman həmin zaman Yevlaxdan olan bir qızla nişanlı olmuşdur. Arzuman ona demişdir ki, Faiq nişanlısının qohumlarıdır. Sonradan o, avtomobilə görə etibarnamə vermək üçün “ASAN” xidmət mərkəzinə getmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən İddiaçı avtomobil üçün ona ilkin olaraq cəmi 900 manat pul vermiş, qalan borcunu isə bostan sezonundan sonra ödəyəcəyini bildirmişdir. Həmin vaxt Faiq qardaşı ilə tanış çıxdığı, həmçinin qardaşının təkidi ilə buna razılaşmışdır. Həmin vaxtdan müəyyən müddət keçdikdən sonra Faiq onun qalan pulunu qaytarmamışdır. O, qalan pulunu almaq üçün İddiaçı zəng etmiş, ancaq İddiaçı ona özü işini yaxşı bildiyini, bununla bağlı bir daha ona zəng etməməyini bildirmişdir. Bununla bağlı qardaşı Arzumanla danışmış və qardaşı ona məsələni həll edəcəyini demişdir. Ona görə də pula görə İddiaçı zəng etməmişdir. Bildirmişdir ki, etibarnamənin vaxtı bitəndə ikinci baş etibarnaməni almaq üçün İddiaçı bir yaşlı kişi ilə birlikdə Şəki şəhərinə gəlmişdir. O, Şəki notariusuna zəng etmiş, ancaq notariusda adam çox olduğu üçün növbə ala bilməmişdir. Belə olmuş o, Qax rayon notariat kontoruna getmiş və Faiqə ikinci dəfə etibarnamə vermişdir. İddiaçı borcunu qaytarmadığı üçün o, ikinci dəfə etibarnamə vermək istəməmişdir. Lakin anasının və Faiqlə birlikdə gələn ağsaqqal adamın xahişinə görə etibarnaməni vermişdir. Bildirmişdir ki, qardaşı X5 tərəfdən qız alıblar. Qızın atası İlqar Faiqin tanışıdır. İlqar qardaşı Arzumanın qaynatası olmuşdur. Faiqə maşını satanda qardaşı nişanlı idi. Maşını satanda o, Faiqi qardaşının nişanlısının qohumu kimi tanımışdır. Belə ki, maşını satanda Faiq özü İlqarla tanış olduğunu, İlqarın onların işlərini gördüyünü, həmçinin Faiq xalası oğlu Razinin İlqargillə ailəvi dost olduqlarını bildirmişdir. Qardaşı Arzuman X1 ilə ailə qurmuşdur. Lakin sonradan qardaşı ilə Gövhər arasında münasibətlər pisləşmiş və Gövhər küsərək atası evinə getmişdir. Faiq onları barışdıracağına söz vermişdir. Qardaşının problemləri həll edilsin deyə Faiqin borclu olduğu 6000 manat pulu ondan istəməmişdir. Lakin qardaşı ilə Gövhərin münasibətləri tamamilə pozulmuş və onlar boşanmaq üçün məhkəməyə müraciət etmişlər. Onların işi hazırda Şəki Rayon Məhkəməsinin icraatındadır. Bütün bunlardan sonra Faiqdən pulunu tələb etmiş Faiq isə verməmişdir. Buna görə də o, Faiqə avtomobil üçün vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. İddanın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 da Cavabdeh ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X12 göstərmişdir ki, İddiaçı onun dayısı oğludur. Onlar 13 sentyabr 2020-ci il tarixdə o, İddiaçılə birlikdə avtomobil almaq üçün Bərdə maşın bazarına getmişlər. Bərdə maşın bazarında xeyli gəzdikdən sonra “Vaz 21099” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı minik avtomobili bəyənmişlər. Avtomobili satan şəxs Cavabdeh ilə danışdıqdan sonra 6900 manat avtomobili almağa razılaşmışlar. Onların üzərin 6400 manat məbləğdə pulları olmuşdur. Bunu Cavabdeh bildirdik də, o razılaşmamış, pulu tam istəmişdir. Buna görə də Faiqgilə gedərək əlavə 500 manat da götürərək gəlmişdir. Cəmi 6900 manat pul onun yanında sayılaraq Arzumana verilib. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, İddiaçı onun dayısı oğludur. Bildirmişdir ki, Faiqin Səxavətdən maşın almasında iştirak etməmişdir. Yalnız 2021-ci ilin avqust ayında avtomobilə görə etibarnamənin müddəti qurtardığından Səxavətdən etibarnamə almaq üçün Şəkiyə gəlmişlər. Şəki notariusunda sıxlıq olduğundan Qax rayon notariusuna gedərək etibarnamə almış, bundan sonra da Yevlaxa qayıtmışlar. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X2 göstərmişdir ki, 2020-ci ildə qardaşı Arzuman, tanışları Vüsal və Novruz adlı şəxslərlə birlikdə avtomobil satmaq üçün Bərdə rayon maşın bazarına getmişlər. O və qardaşı “VAZ 21099” markalı ** CB *** dövlət qeydiyyat nişanlı minik avtomobili, Vüsal və Novruz isə Vüsala məxsus olan “VAZ 2107” markalı ağ rəngli minik avtomobili satmaq üçün Bərdə rayon maşın bazarına getmişlər. Maşın bazarında gəzən zaman qardaşı Faiqlə rastlaşmış və bir-birilə danışan zaman nişanlısı tərəfdən tanış çıxmışlar. Belə ki, Faiqə demişdir ki, Yevlaxın Malbinəsi kəndindən bir qız istəyir, atasının adı İlqardır, ləqəbi isə “Karapetdir”. Faiq də İlqarı yaxşı tanıdığını, onun bir neçə dəfə əkdiyi bostan yerini şüladığını, malaladığını demiş və buna görə yaxın olduqlarını demişdir. Faiq maşına baxmış və onların avtomobilini almaq istədiyini bildirmişdir. Qardaşı Səxavət avtomobil üçün 7200 manat qiymət demişdir. Lakin Faiqlə tanış çıxdıqları üçün avtomobili 6900 manat məbləğə satmağa razılaşmışlar. Ancaq Faiq onlara demişdir ki, avtomobilə görə ilkin 900 manat qalanını isə bir müddət sonra verəcəkdir. Uzun söhbətdən sonra razılaşmışlar. Belə olmuş Faiq onlara 900 manat ödəmiş, 6000 manatını isə ödəməmişdir. Sonrakı dövrlərdə ailə qurmuş və yoldaşı ilə araları pozulmuşdur. Həmin vaxt Faiq onlara demişdir ki, qaynatası İlqarla danışıb onları barışdıracaqdır. Buna görə də qardaşı Səxavətdən xahiş etmişdir ki, ailə məsələsi həllini tapana kimi Faiqdən pul istəməsin. Lakin yoldaşı ilə münasibətləri tamamilə pozulmuş və onlar boşanmaq üçün məhkəməyə müraciət etmişlər. Onların işi hazırda Şəki Rayon Məhkəməsinin icraatındadır. Bütün bunlardan sonra Səxavət Faiqdən pulunu tələb etmiş Faiq isə verməmişdir. Buna görə də o, Səxavət Faiqə avtomobil üçün vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X3 göstərmişdir ki, 2020-ci ildə Cəxavət, Arzuman, Vüsal və o birlikdə avtomobil satmaq üçün Bərdə rayon maşın bazarına getmişlər. Səxavətgil “VAZ 21099” markalı ** CB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini, Vüsal isə özünə məxsus olan “VAZ 2107” markalı avtomobili satmaq üçün Bərdə rayon maşın bazarına aparmışlar. Onlar bazarda maşınlarını yan-yana saxlamışlar. Bir müddət sonra Səxavətgilin maşınına alıcı çıxmış, yaxın olduqlarından onların nəsə maşını kreditlə satmaları barədə danışıqlarını eşitmişdir. İşdə olan 13 sentyabr 2020-ci il tarixli, ƏN-Vİİ 427136 seriya nömrəli nəqliyyat vasitələrinə sərəncama verilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh mülkiyyətində olan buraxılış ili 2003-cü il olan, ******* mühərik nömrəli, XTA**********0129 BAN nömrəli, **-CB-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı minik avtomobili 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək etibarnamə əsasında İddiaçı vermişdir. İşdə olan 13 sentyabr 2021-ci il tarixli, ƏN-Vİİ 861649 seriya nömrəli nəqliyyat vasitələrinə sərəncama verilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh mülkiyyətində olan buraxılış ili 2003-cü il olan, ******* mühərik nömrəli, XTA**********0129 BAN nömrəli, **-CB-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı minik avtomobili 1 il müddətinə, yəni xx.xx.2022-ci il tarixədək etibarnamə əsasında İddiaçı vermişdir. İşdə olan 23 fevral 2022-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, **-CB-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı minik avtomobil Yevlax RPŞ-nin DYPB YPX inspektoru X4 tərəfindən saxlanılması üçün qəbul edilmişdir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Hafiz Kərimov tərəfindən qəbul edilmiş 15 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəki rayonu Qoxmuq kəndində yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, Həmzəyev Faiq adlı şəxsin evinə gələrək onu öldürməklə hədələməsi ilə bağlı olan HK-1/341 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan məhkəmə elektron portalından 04 aprel 2022-ci il tarixdə çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh adına **********3071 mühərrik nömrəli, WDB2020181A375489 BAN nömrəli “Mercedes Benz C180” markalı minik avtomobili və ******* mühərik nömrəli, XTA**********0129 BAN nömrəli “VAZ 21099” markalı minik avtomobili qeydə alınmışdır. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, iddiaçı cavabdehə məxsus olan “VAZ 21099” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı minik avtomobil 6900 manata almaqla bağlı şifahi razılığa gəlmişlər. Şifahi razılığa əsasən cavabdeh iddiaçıdan 900 manat məbləğində pul almış, qalan 6000 manat pulun isə sonradan verilməsinə razı olmuşdur. Bununla bağlı cavabdeh iddiaçıya 13 sentyabr 2020ci il tarixdə 1 il müddətinə baş etibarnamə vermişdir. Sonradan etibarnamənin müddəti bitmiş və cavabdeh iddiaçıya ikinci dəfə yəni 13 sentyabr 2021-ci il tarixdə 1 il müddətinə baş etibarnamə vermişdir. İddiaçı avtomobil üçün cavabdehə 6900 manat pul ödədiyini bildirmiş, cavabdeh isə iddiaçı tərəfindən ona yalnız 900 manat pul ödənildiyini göstərmişdir. Bununla da iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə alqısatqı müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 470.1, 472.1, 739.2). Gögündüyü kimi iddiaçı cavabdehə məxsus avtomobili 6900 manat ödəyərək aldığını bildirsə də onunla cavabdeh arasında həmin avtomobilin alqı-satqısına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh qeyd edilən avtomobilə görə iddiaçıdan 900 manat pul aldığını bildirmişdir. Araşdırma zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında qeyd edilən mübahisəli avtomobillə bağlı alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibəti yaranmış, lakin onlar arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır. Lakin cavabdeh özünə məxsus avtomobillə əlaqədar iddiaçıya yuxarıda sadalanan səlahiyyətlər çərçivəsində etibarnamə vermişdir. Qanunvericiliyə əsasən isə etibarnəmə dedikdə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət hesab edilir. Belə ki, MM-nin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.1-ci maddəsinə görə isə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilməsinin hallarından biri sayılır. Həmin Məcəllənin 365.2-ci maddəsinə görə Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh cəmi 900 (doqquz yüz) manat pul pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş 89 manat dövlət rüsumunun 12 manatı Cavabdeh alınaraq İddiaçı verilməli, dövlət rüsumunun 77 manat hissəsi isə İddiaçı özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh cəmi 900 (doqquz yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 89 manat dövlət rüsumunun 12 manatı Cavabdeh alınaraq İddiaçı verilsin, dövlət rüsumunun 77 manat hissəsi isə İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-911/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-911/2022
24.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver