Məhkəmə qərarları › İş №e-2(075)-919/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-919/2022

13.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-919/2022 13.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində onun səhhətinə dəymiş ağır xəsarətlə bağlı xəsarətə görə sığorta şirkətinin ödədiyi 1500 manat məbləğində pulun alınıb ona qaytarılması, bundan sonra əməliyyat zərurəti yarandığı üçün əməliyyat xərcləri qismində 2000 manat məbləğində müalicə xərci və qəza nəticəsində çəkdiyi ağrı və iztirablara görə 1000 manat ziyanın onun xeyrinə və iddianın qaldırılması üçün ödənilmiş 65 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 izahatında göstərdi ki, nümayəndəsi olduğu İddiaçı onun atasıdır. 08 avqust 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən 46-cı kilometrliyində İddiaçı sərnişini olduğu Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən sürücü Cavabdeh gözləmədən avtomobili geriyə vermiş, nəticədə İddiaçı ağır bədən xəsarəti almışdır. Həmin hadisə ilə bağlı Azərbaycan Respublikası DİN Baş istintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 tərəfindən ibtidai istintaq aparılmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı Cavabdeh onun atası İddiaçı xəsarəti ilə bağlı cəkəcəyi bütün xərcləri öz üzərinə götürmüşdür. Buna görə də İddiaçı humanistlik edərək hələ tam sağalmamış şikayətçi olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Buna görə də həmin iş üzrə icraata xitam verilmişdir. Hətta, İddiaçı sığorta kimi verilməli olan 1500 manatı da Cavabdeh almışdır. Belə ki, iddiaçı sığorta şirkəti tərəfindən iddiaçıya verilməli olan 1500 manatın şirkətdən alınıb ona verilməsi üçün cavabdehə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Danışıqlarına görə həmin məbləği cavabdeh sığorta şirkətindən alıb iddiaçıya verməli idi. Lakin, Cavabdeh verdiyi sözə əməl etməmiş və İddiaçı səhhətinin tam şəkildə yaxşılaşanadək çəkdiyi xərcləri qarşılamamış, İddiaçı telefon zənglərinə belə cavab verməmişdir. Sığorta şirkətindən alınan 1500 manatın cəmi 415 manatını iddiaçıya vermiş qalan hissəsini isə bu günədək tələb etmələrinə baxmayaraq cavabdeh tərəfindən verilməmişdir. İddiaçı müalicəsi üçün 2000 manat xərc tələb olunur. İddiaçı Balakən rayonunda xırda ticarətlə məşğul olur, mütəmadi olaraq Bərdə rayonundan meyvə-tərəvəz alaraq satmaq üçün Balakən rayonuna aparırdı və mütəmadi olaraq qazanc əldə edirdi. Həmin hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı İddiaçı uzun müddətdir ki, işləyə bilmir və gündəlik əldə edə biləcəyi gəlirləri əldən çıxmışdır. İddiaçı aylıq qazancı 200 manat civarında təşkil edirdi. Həmin hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı İddiaçı uzun müddətdir ki, bədən ağrıları çəkir, hər gün dərman atır, əl dəyənəyindən istifadə edir, əzib və iztirab çəkir. Bütün bunlar İddiaçı ayrıca mənəvi təsir edir. Buna görə də İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianı müdafiə edir və hesab edir ki, iddiaçının tələbi əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclası zamanı İddiaçı da mahiyyət etibarı ilə nümayəndəsi X6 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, onun baş verməsində təqsirli bilindiyi yol hərəkəti hadisəsi nəticəsində iddiaçı olan İddiaçı ağır bədən xəsarəti almışdır. İddiaçı iddiası ilə tanış olmuşdur. Həmin hadisə ehtiyatsızlıqdan baş vermişdir. Hadisə günü və hadisədən sonra da iddiaçının qayğısına qalmış, imkanı daxilində ididaçıya maddi köməkliklər etmiş, mualicəsi ilə bağlı zəruri xərcləri ödəmişdir. O, dəymiş maddi zərəri İddiaçı tam olaraq ödəmişdir. Qeyd olunanlar cinayət işinə xitam verilməsi haqda qərardan da müəyyən olunur. Buna görə də dəymiş zərərlə bağlı nəzərdə tutulan 1500 manat sığorta ödənişinin ona ödənilməsini iddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizə əsasında Qala Sığortadan xahiş etmiş və Qala Sığorta tərəfindən 1500 manat sığorta ödənişi ona ödənilmişdir. O, həmin məbləğin 420 manatını İddiaçı ödəmişdir. Hesab edir ki, iddiaçıya mualicəsi ilə bağlı xərcləri qarşıladığından, sığorta ödənişi ona çatmalıdır. İddianı qəbul etmir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası DİN Baş istintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X1 qəbul etdiyi 31 iyul 2022-ci il tarixli qərarından görünür ki, 08 avqust 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən 46-cı kilometrliyində İddiaçı sərnişini olduğu Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən sürücü Cavabdeh gözləmədən avtomobili geriyə vermiş, nəticədə İddiaçı ağır bədən xəsarəti almışdır. Cavabdeh zərərçəkmiş şəxslə barışdığına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2631.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmişdir. İşdə olan Qala Sığorta tərəfindən verilmiş 18 may 2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı Cəmiyyətə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək onun sağlamlığına dəymiş zərərin Cavabdeh tərəfindən ödənildiyini və bu səbəbdən sağlamlığına dəymiş zərərlə bağlı sığorta ödənişinin Cavabdeh ödənilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh Cəmiyyətinə ərizə ilə müraciət edərək İddiaçı sağlamlığına dəymiş zərəri tam olaraq ödədiyini və sığorta ödənişinin ona ödənilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən 22 sentyabr 2021-ci il tarixli sığorta aktına əsasən 1500 manat məbləğində sığorta ödənişi Cavabdeh bank hesabına ödənilmişdir. İşdə olan 22 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Qala Sığorta tərəfindən 1500 manat məbləğində sığorta ödənişi Cavabdeh bank hesabına ödənilmişdir. İşdə olan İddiaçı tərəfindən Qala Sığorta Cəmiyyətinə yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı həmin ərizəsində 08 avqust 2021-ci il tarixdə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 46-cı kilometrliyində Qala Sığorta Cəmiyyətində sığortalanmış VAZ-21074 markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi törətməsi nəticəsində sağlamlığına ağır xəsarət dəydiyini, sağlamlığına dəymiş zərər, hadisədə təqsirkar-zərərvuran Cavabdeh tərəfindən tam olaraq ödənilmişdir. Buna əsasən icbari sığorta qanunvericiliyi üzrə sağlamlığına dəymiş zərərlə bağlı nəzərdə tutulan sığorta ödənişinin zərərvuran Cavabdeh ödənilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh tərəfindən Qala Sığorta Cəmiyyətinə yazılmış ərizədən görünür ki, Cavabdeh həmin ərizəsində 08 avqust 2021-ci il tarixdə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki ərazisində idarə etdiyi VAZ-21074 markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobl vasitəsi ilə yol nəqliyyat hadisəsi tərədərək İddiaçı bədən xəsarəti törətdiyini, dəymiş maddi zərəri İddiaçı tam olaraq ödədiyini bildirmiş və buna görə də dəymiş zərərlə bağlı nəzərdə tutulan 1500 manat sığorta ödənişinin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən oldu ki, 08 avqust 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən 46-cı kilometrliyində İddiaçı sərnişini olduğu Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən sürücü Cavabdeh gözləmədən avtomobili geriyə vermiş, nəticədə İddiaçı ağır bədən xəsarəti almışdır. Azərbaycan Respublikası DİN Baş istintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X1 qəbul etdiyi 31 iyul 2022-ci il tarixli qərara əsasən Cavabdeh zərərçəkmiş şəxslə barışdığına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı icbari sığorta qanunvericiliyi üzrə sağlamlığına dəymiş zərərlə bağlı nəzərdə tutulan sığorta ödənişini zərərvuran Cavabdeh verilməsi üçün notarial qaydada təsdiq olunmuş ərizə vermiş, həmin ərizə əsasında Cavabdeh aldığı 1500 manatın 415 manatını X5 ödəmişdir. İddiaçı bədən xəsarəti almasında Cavabdeh təqsirkar və həmin hadisədə mülki məsuliyyətlərinin olmasını, cavabdehin səhhətinin tam şəkildə yaxşılaşanadək çəkdiyi xərcləri qarşılamamasını əsas göstərərək, cinayət hadisəsi nəticəsində onun səhhətinə dəymiş ağır bədən xəsarətinə görə sığorta şirkətinin ödədiyi 1500 manat məbləğində pulun alınıb ona qaytarılmasını, bundan sonra əməliyyat zərurəti yarandığı üçün əməliyyat xərcləri qismində 2000 manat məbləğində müalicə xərci və qəza nəticəsində çəkdiyi ağrı və iztirablara görə 1000 manat ziyanın onun xeyrinə və iddianın qaldırılması üçün ödənilmiş 65 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsini tələb edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Konstitusiyanın 68-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs ona dəymiş zərərin əvəzi tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Göründüyü kimi cinayət hadisəsi nəticəsində İddiaçı səhhətinə dəymiş ağır bədən xəsarətinə görə iddiaçıya ödənilməli olan Qala Sığorta şirkəti tərəfindən 1500 manat məbləğində pul vəsaiti iddiaçının ərizəsi əsasında cavabdehə ödənilmişdir. Lakin, ödənilən 1500 manat Cavabdeh tərəfindən qəbul edilsədə, cavabdeh həmin pulun 415 manatını İddiaçı vermiş, qalan 1085 manat isə İddiaçı cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, İddiaçı sığorta şirkətindən aldığı pulun iddiaçıya ödənilməsi barədə tələbinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində əsassız varlanmanın hüquq normalarına istinad edilməlidir. Belə ki, cavabdeh iddiaçının verdiyi ərizə əsasında iddiaçıya ödənilməli olan məbləği sığorta şirkətindən almış və ona verilmiş hüquqdan suiistifadə etməklə həmin məbləğin 1085 manat hissəsini iddiaçıya verməmişdir. Göründüyü kimi, cavabdeh qeyd olunan pul məbləğini qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Buna görə də İddiaçı 1085 manatı Cavabdeh tələb etməkdə haqlıdır. Avropa Məhkəməsinin qərarlarında təşəkkül tapmış fikrə görə, məhkəmənin presedent-hüququna uyğun olaraq ərizəçi çəkdiyi məhkəmə xərclərinin və digər məsrəfərin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun. Lakin, İddiaçı əməliyyat zərurəti yarandığı üçün əməliyyat xərcləri qismində 2000 manat məbləğində müalicə xərci tələb olunması hissəsində iddia tələbini sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ehtiyatsızlığı nəticəsində ağır bədən xəsarəti almaqla yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə hesab edir ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun səhhətinin müəyyən müddət ərzində tam şəkildə bərpası mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə mənəvi ziyanla gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə görə mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Avropa məhkəməsi tərəfindən baxılmış «Prikov Rusiya Federasiyasına qarşı» (08 iyun 2006-cı il) ərizəçinin mənəvi ziyan ödənilməsi barədə tələbinə dair işində Rusiya Federasiyası höküməti etirazını bildirərək ərizəçinin ona mənəvi ziyan vurması barədə heç bir sübut təqdim etməməsinə görə mənəvi ziyana görə kompensasiya tələbinin təmin olunmamasını xahiş etmişdir. Avropa Məhkəməsi qərarında göstərmişdir ki, ərizəçi cavabdehin hərəkətləri nəticəsində müəyyən mənəvi sarsıntılara məruz qalmış və işsizliyə görə müavinət onun yeganə dolanışıq mənbəyi olmuşdur. Məhkəmə ədalətlilik prinsipinə istinad edərək ərizəçiyə kompensasiyanın ödənilməsini vacib hesab etmişdir. Göründüyü kimi qeyd edilən bu faktın nəticəsi kimi İddiaçı həmin yol-nəqliyyat hadisəsi nəticəsində mənəvi sarsıntıya məruz qalmaqla, müəyyən müddət əvvəlki kimi tam sağlam yaşamaq kimi mənəvi dəyərlərdən, hüquq və maddiyyətlərdən məhrum olmuş, hətta əsa ilə gəzmək məcburiyyətində qalmışdır. İddiaçı sadalanan bu maddi, mənəvi, əxlaqi və hüquqi dəyərlərdən cavabdehin təqsiri ucbatından məhrum olmuşlar. Bununla da cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafeylərnə mühüm, ağır nəticələrə səbəb olan yəni bərpası mümkün olmayan zərər vurulmuşdur. Qanunvericilyin tələblərinə əsasən iddiaçı qeyd edilənlərin nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdırlar. Buna görə də iddiaçıya dəymiş mənəvi zərərə görə müəyyən məbləğdə kompensasiya Cavabdeh alınaraq ididaçıya verilməlidir. Məhkəmə Cavabdeh alınaraq iddiaçıya verilməli kompensasiyanın məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin diqqətə layiq mənafelərini nəzərə alaraq, kompensasiya məbləğini iddiaçıya münasibətdə 300 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, hadisə nəticəsində dəymiş xəsarətlə əlaqədar sığorta aktına əsasən sığorta şirkəti tərəfindən ödənilən 1500 manatın cavabdeh tərəfindən iddiaçıya verilməyən 1085 (min səksən beş) manat, mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat, ümumilikdə 1385 manat pul Cavabdeh Məməmmədəli oğlundan tutularaq İddiaçı ödənilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 65 manat dövlət rüsumu xərcinin 45 manatı onun özü aid edilməli, 20 manatı isə Cavabdeh Məməmmədəli oğlundan alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 223 və 227.1ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hadisə nəticəsində dəymiş xəsarətlə əlaqədar sığorta aktına əsasən sığorta şirkəti tərəfindən ödənilən 1085 (min səksən beş) manat, mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat, ümumilikdə 1385 manat pul və ödənilən dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh Məməmmədəli oğlundan tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 45 manat hissəsi İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar