Məhkəmə qərarları › İş №e-2(075)-921/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-921/2024

10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-921/2024 10.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Şükürov Atamoglan Məhəmməd oğlunun katibliyi, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı videomüşahidə kameralarının sökülərək götürülməsi tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şəki şəhəri, Vidadi küçəsi 37 saylı evdə quraşdırılmış videomüşahidə kameralarının cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, Vidadi küçəsi 37 saylı ev onun və qardaşı Cavabdeh1 paylı mülkiyyətində olmuşdur. Anası Cavabdeh2, qardaşı Cavabdeh1 ailəsi ilə birlikdə, o da ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə yaşayış qaydalarını kobud surətdə pozaraq paylı mülkiyyətdə olan evlərinin müxtəlif yerlərinə video müşahidə kameraları yerləşdirərək 7/24 onları izləmiş və onların gündəlik yaşayış videolarını çəkərək müxtəlif şəxslərə göstərmişlər. İddiaçı 10 iyun 2024-cü ildə məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə yaşayış qaydalarını kobud surətdə pozaraq paylı mülkiyyətdə olan evlərinin müxtəlif yerlərinə video müşahidə kameraları yerləşdirərək 7/24 onları izləmiş və onların gündəlik yaşayış videolarını çəkərək müxtəlif şəxslərə göstərmişlər. Cavabdehlər tərəfindən müxtəlif şəxslərə göndərilmiş video müşahidə kameralarının görüntülərinin şəkillərini məhkəməyə təqdim etmişdir. Həmin şəkillərdə də cavabdehlərin paylı mülkiyyətlərində olan fərdi yaşayış evində quraşdırdıqları kameraların evin və həyətyanı torpaq sahəsinin onların istifadəsində olan hissəsinə doğru istiqamətlənmiş şəkildə quraşdırıldığı görünür. Təqdim edilmiş şəkillərdəki kamera görüntüləri cavabdehlər tərəfindən onların qohumlarına göndərilmişdir. O, iddia tələbində haqlı olduğuna dair sübutlar təqdim etmişdir. Cavabdeh1 iddianın təmin edilməməsi üçün guya kameraların istiqamətinin onların istifadəsində olmayan hissəni çəkməsi ilə bağlı məhkəməyə tamamilə yalan-yanlış məlumatlar vermişdir. Belə ki, hamıya məlumdur ki, kameraların istiqamətini istənilən an dəyişmək və daha sonra yenidən əvvəlki istiqamətə qaytarmaq texniki cəhətdən mümkündür. Birgə yaşadıqları və paylı mülkiyyətdə olan fərdi yaşayış evinin narurada bölünməsi və ya istifadə qaydalarının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi mövcud olmadığı şəkildə onun da bir mülkiyyətçi kimi mülkiyyətindən istifadə hüququ mövcuddur. Buna görə də kameraların istiqamətinin evin hansı hissəsinə yönəlməsindən asılı olmayaraq onun icazəsi və razılığı olmadan mülkiyyətçisi oduğu evin istənilən istiqamətində cavabdehlər tərəfindən kameraların quraşdırılması tamamilə qanunsuzdur və ona görə də həmin kameralar sökülməlidir. O, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək iddianı müdafiə etdiyini qeyd etmiş və işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iştirak etdiyi məhkəmə iclasında da eyni məzmunlu izahat vermis, sonra isə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki şəhəri, X2 küçəsi 37 saylı ev onun və doğma qardaşı İddiaçı paylı mülkiyətində olmuşdur. Cavabdehlə paylı mülkiyyətdə olan fərdi yaşayış evindən payına düşən 5/6 hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi barədə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi Şəki Rayon Məhkəməsinin 2(075)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmamışdır. İddiaçı tərəfindən ona və anasına qarşı qaldırılmış iddia ərizəsi Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prasessual Məcəlləsinə əsaslanaraq ona aydiyatı olmayan qanunların tələbi ilə tərtib edilmişdir. Qardaşı İddiaçılə onun arasında 4 ildir mülki çəkişmə getmişdir. O, özünün, ailə üzvlərinin həyat və sağlamlığını və eləcə də, ona və ailəsinə məxsus cinayətkar qəsdlərdən qorumaq və təhlükəsizliyini təmin etmək məqsədilə yaşadığı evin giriş-çıxış qapısında, yaşadığı evin həyətində 2020-ci ildə video müşahidə kamerası quraşdırmışdır. Eləcədə İddiaçı də özünə məxsus evin giriş-çıxış qapısında və həyətində video müşahidə kameraları quraşdırmışdır. O və anası Qarayeva X1 onların barəsində heç bir kamera çəkilişi, yayımı və foto şəkil paylaşmamışdır. Əksinə İddiaçı həyat yoldaşı Elçinə Qarayevanın xx.xx.2023-cü ildə ona məxsus 3 meyvə ağacının üstünə kimyəvi maddə tökərək məhv etməsi hərəkətləri onun həyətində olan video müşahidən kamerasına düşmüşdür. Həmin qanunsuz hərəkətlər barədə o, Şəki rayon-şəhər Polis Şöbəsinə müraciət etmişdir. Sözügedən video müşahidə kameralarını o evin özünə aid hissəsində, həyətində quraşdırılmışdır. Həyətində apardığı video müşahidələrdən İddiaçı və ailəsinin xəbəri olmuş, etdikləri əməllərdən narahat olduqlarına və qorxduqlarına görə ona məxsus çöl müşahidə kameralarının çıxarılmasını tələb etmişlər. Sözügedən mübahisə predmenti olmuş müşahidə kameralarının yerləşdiyi ev və həyətyanı sahəsi onun və cavabdehin paylı mülkiyyətində olmaqla real bölgüsünün müəyyən edilməsi barədə məhkəmə qətnaməsi mövcud deyildir və payın 5 dəfə artıq hissəsi - 5/6 hissəsi ona məxsusdur. Buradan da aydın şəkildə görünür ki, onun bir mülkiyyətçi kimi mülkiyyətin istənilən hissəsindən istifadə hüququ mövcuddur. Tərəfindən quraşdırılmış video müşahidə kamaralarının iddiaçının yaşayış qaydalarını kobud surətdə pozması ilə bağlı qeyd olunanlar həqiqəti əks etdirmir. Video müşahidə kamaraları onun istifadəsində olan hissədə çəkilişlər aparmaqdadır. Bunlar mütəxəssislər tərəfindən yerinə baxış keçirilərkən tam aydın olmuş və mütəxəsis rəyində öz əksini tapmışdır. Ona görə də iddianın təmin edilməmisi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallqarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş.; Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində xx.xx.2022-ci ildə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, X2 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi isə İddiaçı xüsusi mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin 2(075)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə verilmiş **********28-10301 reyetr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan Şəki şəhəri, X2 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evindən payına düşən 5/6 hissənin münasib şəkildə naturada ayrılıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. 23100100/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı evə quraşdırılmış videomüşahidə kameraların cavabdehlər tərəfindən özlərinə aid olduğu və yaşadığı qeyd olunan yaşayış sahələrini (həyətyani sahə, ev və. s) çəkdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ bəndinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Konstitusiyasının 32-ci maddəsinin İİ bəndinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Konstitusiyasının 32-ci maddəsinin İİİ bəndinə əsasən öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Konstitusiyasının 32-ci maddəsinin İV bəndinə əsasən hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin İ bəndinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində xx.xx.2022-ci ildə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X2 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi isə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına sökülməsini tələb etdiyi video müşahidə kameralarının yerləşdiyi yer həm iddiaçının, həm də Cavabdeh1 birgə paylı mülkiyyətində olan və hazıra kimi payların real bölgüsü edilməmiş qaydada videoçəkilşin kimin mülkiyyətdə olduğu hissəni çəkdiyini demək mümkünsüzdür. Lakin tərəflərin öz razılıqları ilə aralarında çoxdan istifadə etdikləri yerlərə görə bölgüləri üzrə yanaşdıqda isə hazırki vəziyyətdə iddiaçının istifadə etdiyi hissələrin vidomüşahidə kamerasına düşmədiyi müəyyən edilir. İddiaçı tərəfin bunun müvəqqəti olaraq edildiyini qeyd etməklə hər zaman dəyişilməsinin mümkün olduğunu bildirməsi həqiqəti əks etdirsə də, məhkəmənin baş verə biləcəyi gümanı ilə qərara gəlməsinə imkan vermir. Bu qənaətin əsasları hazırki vəziyyətdə görünmür. İddiaçı tərəf tələbinin təmin edilməsini, cavabdeh tərəf isə əksini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçının iddiasının əsaslı olduğunu təsdiq edən reallıq mövcud deyildir. İddiaçı tərəfindən qeyd olunan hallar məhkəmə araşdırması zamanı təsdiq olunmaldı. Belə ki, iş materiallarına əlavə edilmiş 23100100/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı evə quraşdırılmış videomüşahidə kameraların cavabdehlər tərəfindən özlərinə aid olduğu və yaşadığı qeyd olunan yaşayış sahələrini (həyətyani sahə, ev və. s) çəkdiyi müəyyən olunmuşdur. Bundan başqa Şəki şəhəri, X2 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evi 5/6 hissəni Cavabdeh1, 1/6 hissəsi isə İddiaçı paylı mülkiyyətindədir. Cavabdeh1 sözügedən fərdi yaşayış evindən payına düşən 5/6 hissənin münasib şəkildə naturada real ayrılıb ona verilməsi barədə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-33/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Şəki şəhəri, X2 küçəsi 37 ünvanda yerləşən fərdi yaşayış evindən iddiaçı və cabadehə hansı hissədə payın düşməsi konkret müəyyən edilməmiş və onların yaşayış sahəsinin sərhədləri müəyyən edilməmişdir. Buna baxmayaraq iddiaçı və cavabdeh öz aralarında yaşayış sahələrini müəyyənləşdirərək özlərinə aid hissətə təmir tikinti aparmış və yaşadıqları yerin mühafizəsinin təşkili üçün həmin ərazilərə video müşahidə kameraları quraşdırmışlar. Hazırki vəziyyətdə cavabdehlər tərəfindən quraşdırılmış video müşahidə kameraları iddiaçı və ailəsinin yaşadığı sahələrdə çəkiliş aparmadığı mütəxəssis rəyi ilə təsdiq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şəki şəhəri, Vidadi küçəsi 37 saylı evdə cavabdehlər tərəfindən quraşdırılmış videomüşahidə kameralarının cavabdehlərin öz hesabına sökülməsi barədə” iddiası təmin edilməməli, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Şəki şəhəri, Vidadi küçəsi 37 saylı evdə cavabdehlər tərəfindən quraşdırılmış videomüşahidə kameralarının cavabdehlərin öz hesabına sökülməsi barədə” iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar