Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-945/2022 14.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23086 (iyirmi üç min səksən altı) manat pulun, əvvəli 1 yanvar 2021-cu il tarixindən hesablanmaqla illik 10% (on faiz) olmaqla öhdəlik tam icra ediləcək günədək əldən çıxmış fayda qismində zərərin, hüquqi yardımın göstərilməsinə görə ödənilən 500 (beş yüz) manat pulun, ödənilmiş 161 (yüz almış bir) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Müsrəl oğlunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı cavabdeh Elçin Şahvəladovu 2020-ci ilin mart ayında qohumu Elman Əliyev vasitəsi ilə tanımışdır. Sonraki tarixlərdə cavabdeh iddiaçıya qida məhsulları, enerji içkiləri, şirniyyat məmulatları birlikdə alıb-satmaqla qazanc əldə etməyi təklif etmişdir. İddiaçı cavabdehin təklifi ilə razılaşaraq ona ilk öncə 5000 manat, daha sonraki tarixlərdə 6000 manat, 12000 manat, 2000 manat olmaqla cəmi 25000 manat pul vermişdir. Cavabdeh iddaçıya 2020-ci ilin oktyabr ayında 1300 manat, 2021-ci ilin sentyabr ayında 500 manat ödəniş etmişdir. 2021-ci ilin sentyabr ayında cavabdehlə aralarında sonuncu hesablaşmalarında qəbul etmişdir ki, cavabdehin İddiaçı 23286 manat borcu vardır. Cavabdeh hər dəfə müxtəlif bahanələr gətirərək İddiaçı ödəniş etməkdən yayınmışdır. Bildirmişdir ki, cavabdeh ödəniş etməkdən yayındığı üçün iddiaçı məcburiyyət qarşısında qalaraq hüquq mühafizə orqanlarına müraciət etmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 20 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, HK-1\37 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, şikayət ərizəsində göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh polis şöbəsində verdiyi izahatında borcunu qısa müddət ərzində qaytaracağını bildirsə də, bu günədək iddiaçıya olan borcunu ödəməmişdir. Göstərmişdir ki, cavabdeh 2022-ci ilin mart ayında sadəcə 200 manat ödəniş etmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, uzun illərdir ticarətlə məşğul olub qazanc əldə etməklə ailəsinin dolanışığını təmin edir. Müxtəlif ərzaq mallarının satışı ilə məşğul olan firmalardan nisiyə ərzaq mallarını ucuz qiymətə götürüb bir çox rayonlarda ərzaq mağazalarına satıb qazanc əldə edir. Pandemiya olmadan əvvəl aldığı malları satıb yüksək miqdarda gəlir əldə etmiş, bir çox tanışlarının məlumatı olmuşdur. Hətta bir çox yaxın dostları ona təklif pul qoyub qazanc əldə etməyi təklif etmişlər. Lakin o, kiminləsə şərikli iş görmək istəməmişdir. Tanışı Şəki şəhər sakini Elman Əliyev də əvvəllər ondan ərzaq malları götürüb səyyar şəkildə satıb qazanc əldə etmişdir. O, Elman Əliyevin vasitəsi ilə Şəki rayonu, Oxud kənd sakini İddiaçı tanımışdır. Həmin şəxs onunla bir neçə dəfə əyləşib çay içib söhbət edərkən onun ərzaq mallarının satışı ilə məşğul olduğunu və bu işdə yaxşı gəlir əldə etdiyindən məlumatı olmuşdur. İddiaçı ilə tanış olduqdan bir müddət sonra onunla xoş münasibəti yaranmışdır. Belə olmuş Elman Əliyev ona İddiaçı pul qoyub onunla birlikdə ərzaq malları alıb satmaqla qazanc əldə etmək istədiyini bildirmişdir. O, da X1 alver etməsinə heç bir etiraz etməmişdir. Bildirmişdir ki, ərzaq mallarının satışı ilə məşğul olmaq üçün mal almağa gedəndə Elman Əliyev ona İddiaçı mal almaq üçün ona pul verəcəyini demişdir. O, Fəriyaz ilə görüşüb söhbət edəndə onunla verdiyi pulun müqabilində əldə etdiyi gəlirdən müxtəlif məbləğlərdə pul verəcəyini desə də, dəqiq nə qədər pul verəcəyini deməmişdir. İddiaçı təxmini hər ay ona ***-**** manat qazanc olacağını demişdir. Həmin şəxs də ərzaq malları alıb satmaqla qazanc əldə edəcəyi üçün ona müxtəlif vaxtlarda cəmi 25000 manat məbləğində pul vermişdir. O, bir çox hallarda aldığı malları satarkən mağazalar nisiyə vermiş, mağazalar mal alıb satsa da pulunu ödəməmişdir. Belə olmuş ona şirkətlərdən mal almaq üçün əlavə pul lazım olmuş, çünki ondan mal alan mağazalar da nisiyə götürdükləri malların pulunu vaxtında qaytarmamışlar. O, İddiaçı verdiyi pul ilə alıb-satdığı bütün malların qiymətini və əldə etdikləri qazancı ona demişdir. Pandemiya olduğuna görə alver yaxşı olmamış, nisiyə mal götürən şəxslə də bu günə kimi aldıqları malın pulunu ödəməmişlər. Belə olmuş onun borcu yaranmışdır. Bu səbəbdən İddiaçı ilə aralarında olan razılaşmaya əsasən etdiyi ticarət baş tutmamışdır. İddiaçı bütün pulları gəlir əldə etmək üçün vermiş, lakin pandemiyaya görə alverləri axıra qədər davam etməmişdir. Bildirmişdir ki, müxtəlif vaxtlarda 300, 500, 300 manat olmaqla, ödənişlər etmişdir. O, iddiaçıya olan 23,086 manat borcunu qəbul edir. Lakin iddianın əldən çıxmış fayda hissəsində qəbul etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 02 dekabr 2021-ci il tarixli, 105804-497195/1 saylı kredit müqaviləsindən görünür ki, kredit müqaviləsi əsaında bank tərəfindən İddiaçı 48 ay müddətinə, illik 15,9 faiz olmaqla, 30.000 mana məbləğində kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 28 fevral 2022-ci il tarixli, qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri, 12 saylı vəkil bürosunun hesabına 500 manat məbləğində ödəniş etmişdir. İşdə olan Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X4 tərəfindən çıxarılmış 20 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı 10 yanvar 2021-ci il tarixdə ünvanladığı müraciəti ilə bağlı HK-1/37 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mıənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pul məbləğinin cavabehə verildiyini və cavabdeh tərəfindən qaytarılmadığını sübut etməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının pulun qaytarılması tələbinə dair iddia tələbi təmin edilməlidir. Həmçinin iddia iddiaçının hüquqi yardım üçün ödədiyi 500 manat cavabdehdən alınaraq ona verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddianın “əvvəli 1 yanvar 2021-cu il tarixindən hesablanmaqla illik 10% (on faiz) olmaqla öhdəlik tam icra ediləcək günədək əldən çıxmış fayda qismində zərərin tutulması” hissəsinə münasibət bildirərək hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh pulun qaytarılmasının dəqiq vaxtını aralarında razılaşdırmamışlar. Bundan başqa iddiaçı qeyd olunan dövrdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri əsaslandırmamış və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 23.086 manat məbləğində pul, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 500 (beş yüz) manat və 161 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 23086 manat, hüquqi yardımın gösərilməsi üçün ödənilən 500 manat olmaqla, cəmi 23586 manat və dövlət rüsumuna görə ödənilən 161 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-945/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-945/2022
14.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver