Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-96/2022 21.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və vəkili Nümayəndə2 oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onun həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə 21 yanvar 2022-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, 09.02.2018-ci il tarixli qətnaməsinə əsasən X2 xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (bundan sonra - əmlak) hərrac vasitəsilə satışa çıxarılmışdır. “X12” MMC-nin hərracın yekunları barədə 10.08.2018-ci il tarixli, 105 nömrəli protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" QSC-yə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ "xxxx" QSC-yə keçmiş və bu hüquq 14.09.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Daha sonra əmlak 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" QSC tərəfindən İddiaçı satılmış və bu hüquq 24.05.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, 09.02.2018-ci il tarixli qətnaməsində həmçinin, X2, X3 və X1 əmlakdan çıxardılaraq əmlakın boşaldılması müəyyən edilmişdir. Əmlak "xxxx" QSC-nin mülkiyyətinə keçərkən orada yalnız adları qeyd olunan üç fiziki şəxsin yaşadığı və X2, X3 qeydiyyatda olduğu bilinirdi. Lakin əmlak İddiaçı tərəfindən alındıqdan sonra əmlakda daha bir fiziki şəxsin, Cavabdeh da qeydiyyatda olduğu və yaşadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 02.08.2021-ci il tarixli, ******* nömrəli arayışda arayışın verildiyi tarixdə əmlakda üç fiziki şəxsin - X2, X3 və Cavabdeh qeydiyyatda olduğu bildirilir. Lakin Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndində bu müqavilənin təsdiq edildiyi tarixdə əmlakda qeydiyyatda heç kimin olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd edilən faktlar "xxxx" QSC-nin 08.09.2021-ci il tarixli, 21093 nömrəli məktubunda da qeyd edilmişdir. Məktubdan o da aydın olur ki, "xxxx" QSC tərəfindən əmlakdan istidafəyə, eləcə də qeydiyyata düşməyə dair hər hansı şəxsə razılıq, icazə verilməmişdir. Hazırda əmlakdan onun mülkiyyətçisinin iradəsinə zidd istifadə edən yeganə şəxs Cavabdehdur. Əmlakdan istifadəyə son verilkməsi və əmlakı boşaltması ilə bağlı mülkiyyətçi İddiaçı tərəfindən dəfələrlə Cavabdeh bildirilmişdir. Cavabdeh əmlakın mülkiyyətçisinin tələbinə heç bir hüquqi əsas olmadan etiraz edərək, əmlakdan istifadəni davam etdirir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, evdə qeydiyyatda olanlardan X8 vəfat etmiş, X9 isə evdən çıxma barədə öhdəlik götürmüşdür və həmin şəxslə bağlı mübahisə yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia qəbul etməyərək bildirdi ki, onun evin satılmasından ümumiyyətlə xəbəri olmamışdır. Evin yeni alıcıları gələrkən bu barədə məlumatı olmuşdur. Ona bildirilmişdir ki, sənədlərə qol çəksin. O, özü bankın pulunu ödəyəcəkdir. Bankdan pul götürdükdən sonra ona 1000 manat pul təklif etmişdir. Lakin həmin pula ev almaq mümkün olmadığından imtina etmişdir. O özü anadan olduğu gündən bugünədək həmin evdə yaşayır. Ev onun ata-baba mülküdür. 4 aydan çoxdur ki, evin işığı, suyu və qazı kəsilmişdir. Onun evdə payı və yaşamaq hüququ vardır. Həmin evdə ailə qurmuş, övladları da həmin evdə qeydiyyatdadır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia qəbul etməyərək bildirdi ki, həyat yoldaşı Cavabdeh 1962-ci ildə mübahisəli evdə doğulmuşdur. O, ailə qurub həmin evə gəlin düşmüşdür. Lakin qeydiyyata düşməmişdir. Ona görə ki, qaynı X9 evin çıxarışını vermədiyindən qeydiyyatdan imtina edilmişdir. Övladı həmin evdə doğulmuş, boya-başa çatmış və əsgərə getmişdir. İddiaçı bu işdə heç bir günahı yoxdur. X9 onları evdən çıxarır. İddiaçı X4 qarşı iddia qaldırmalı, evə ödədiyi pul müqabilində evin boşaldılmasını tələb etməlidir. Ev qayınatasının mülküdür. Evin kiçik oğlu kimi Cavabdeh da əmlakda payı vardır. Onların maddi imkanları çox zəifdir. Kirayədə yaşamağa belə imkanları yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə2 iddia qəbul etməyərək əlavə olaraq bildirdi ki, cavabdehin əmlakda yaşamaq hüququ vardır. Yalnız iddiaçı tərəfindən ağlabatan miqdarda kompensasiya ödənildiyi təqdirdə cavabdeh evdən çıxa bilər. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış 07R000009137 saylı kredit razılaşması üzrə 8554,94 ABŞ dolları məbləğində əsas kredit borcu və 3055,77 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 11610,71 ABŞ dolları məbləğində borcun X9, X5, Cavabdeh və X10 müştərək qaydada alınaraq "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinin xeyrinə verilməsi, X9, X5, Cavabdeh və X10 tutulacaq məbləğin öhdəliyin təminatı kimi iptekaya qoyulmuş, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka ilə yüklü edilmiş, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 25000 manat müəyyən edilməsi, hərrаcdаn əldə оlunmuş vəsаit bоrcun tаm ödənilməsinə kifаyət etmədikdə 07R000009137 saylı kredit razılaşması üzrə X9, X5, Cavabdeh və X10 alınaraq "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməli olan qalan borcun ümumi qаydаdа icra edilməsi, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X9, X8 və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, iddiаçı "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu xərcinin 12 manatının özünə aid edilməsi, 18 manatının isə X9, X5, Cavabdeh və X10 müştərək qaydada alınaraq "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməsi, "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat və xidmət haqqı olaraq ödənilmiş 21 manat olmaqla, cəmi 31 manatın 12 manatının özünə aid edilməsi, 19 manatının isə X9, X5, Cavabdeh və X10 müştərək qaydada alınaraq "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməsi, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilməli olan 150 manatın 60 manatının "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətindən və 90 manatının isə X9, X5, Cavabdeh və X10 müştərək qaydada alınaraq AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD 210005, VÖEN **********1, müxbir hesabı AZ41 NABZ **********000003944 SWİFT. BİK: CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. “X12” MMC-nin 10 avqust 2018-ci il tarixli, 105 saylı “Hərracın yekunları barədə Protokolu”ndan və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evi 15937.50 manata "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinə satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 14 sentyabr 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evi "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyətinin adına qeydə alınmışdır. "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi satıcı "xxxx" Qаpаlı Səhmdаr Cəmiyyəti tərəfindən alıcı İddiaçı satılmışdır. Həmin müqavilənin 13-cü bəndindən görünür ki, bu müqavilənin təsdiq edildiyi tarixdə əmlakda qeydiyyatda heç kim yoxdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki şəhəri, Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadırlar: X9, Cavabdeh və X8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 17 noyabr 2021-ci il tarixli, 018-18359-1221 nömrəli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh 08 dekabr 1980-ci il tarixdə ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Elektron qaydada göndərilərək iş materiallarına əlavə edilmiş: Cavabdeh tərəfindən verilmiş 30 avqust 2013-cü il tarixli notarial ərizədən görünür ki, Cavabdeh mərhum atasından qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində özünə düşən paydan imtina etmiş, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacağını və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməcəyini bildirmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Cavabdeh məxsus Şəki şəhəri, 96-cı kvartalda yerləşən 0.96 ha torpaq sahəsi və Şəki şəhəri, M.F.Axundov prospekti 35 ünvanında yerləşən fərdi yaşayış evi digər şəxslərə satılmışdır. X9 tərəfindən verilmiş 06 dekabr 2021-ci il tarixli notarial ərizədən görünür ki, sonuncu bir ay ərzində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 11 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında mülki proses tərəflərinin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, X9 "xxxx" QSC-yə olan borcu ilə əlaqədar qanuni qüvvəyə minmiş Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 25000 manat müəyyən edilməklə hərraca çıxarılmış, lakin hərrac baş tutmamışdır. Hərrac baş tutmadığından ipoteka predmeti olan həmin fərdi yaşayış evi tələbkar "xxxx" QSC-yə təklif edilmişdir. "xxxx" QSC də alıcı qismində iştirak etmiş və “X12” MMC tərəfindən 10 avqust 2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 105 nömrəli yekun protokola əsasən mübahisəli fərdi yaşayış evi 15937.50 manata "xxxx" QSC-yə satılmışdır. "xxxx" QSC mülkiyyətçi kimi çıxarış əldə etdikdən sonra mübahisəli əmlakı 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə digər şəxsə, yəni iş üzrə İddiaçı satmışdır. Hal-hazırda həmin fərdi yaşayış evi İddiaçı adınadır. Bununla bağlı İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 24 may 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə cavabdeh mübahisə predmeti olan, ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini könüllü olaraq boşaltmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü və 59.3.1-ci maddələrinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda, həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi İddiaçı həmin əmlakın mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin Cavabdeh İddiaçı məxsus əmlakı könüllü olaraq boşaltmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdeh məlum olmayan səbəblərdən həmin fərdi yaşayış evindən çıxmaqdan yayınır. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Təqdim olunmuş iş materiallarından da görünür ki, mübahisə predmeti olan əmlak 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehin həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüququnun qalması müəyyən edilməmişdir. Məhkəmə Cavabdeh əmlakda onun da payının olması ilə bağlı fikirlərinə münasibətdə qeyd etdi ki, cavabdeh 30 avqust 2013-cü il tarixdə notarial qaydada ərizə verərək mərhum atasından qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində özünə düşən paydan imtina etmiş, gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacağını və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməcəyini bildirmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli, cavabdeh əmlakdan çıxarılmaqla həmin yaşayış sahəsi boşaldılmalı və İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Cavabdeh ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. 10 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-96/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-96/2022
21.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver