Məhkəmə qərarları › İş №e-2(075)-97/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-97/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-97/2025 08.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 Abduləzzəl qızına (3-cü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi və X8) qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh2 Abduləzzəl qızına (3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX tabeliyində DƏDK və reyestri publik hüquqi şəxsin12 saylı Şəki Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, S.Eldarov küçəsi 35 (keçmiş qaydalarla Şəki şəhəri, Sarıtorpaq küç, 35) saylı fərdi yaşayış evinin müayinə ölçü işlərinə Cavabdeh2 tərəfindən törədilən maneələrin aradan qaldırılması və şəraitin yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, S.Eldarov küçəsi 35 (keçmiş qaydalarla Şəki şəhəri, Sarıtorpaq küç, 35) saylı fərdi yaşayış evi onun mərhum X1nın adınadır. X1 01 aprel 2009-cu il tarixdə vəfat etmişdir. Mərhum nənəsi vəfat etdikdən sonra ondan miras qalmış fərdi yaşayış evinə faktiki olaraq mirası mərhum X3 qəbul etmişdir. X3 da 10 yanvar 2017-ci il tarixində vəfat etmişdir. Atasının isə dörd vərəsəsi mövcuddur. O, qardaşı Süleyman, bacısı Lalə və atasının arvadı Ruhangiz. O, nənəsindən miras qalmış evə dair vərəsəliyi qəbul etmək üçün notariat orqanına müraciət etmişdir. Oradan da bildirildi ki, Şəki şəhəri, S.Eldarov küçəsi 35 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X6 məxsus olması barədə arayışın verilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilməlidir. Buna görə də o, ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Lakin AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları miras qalmış fərdi yaşayış evinin müayinə ölçü işlərini aparmaq üçün cavabdehə müraciət etsələr də cavabdeh həmin fərdi yaşayış evində müayinə ölçü işlərinin aparılmasına şərait yaratmamışdır. Buna görə də AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi 15 iyul 2024-cü il tarixli, 3-21-3-39/2-3007/2024 saylı məktubla ona ərizəsinin icrasından imtina edildiyini bildirmişdir. Göründüyü kimi Cavabdeh2 mərhum nənəsindən miras qalmış Şəki şəhəri, S.Eldarov küçəsi 35 (keçmiş qaydalarla Şəki şəhəri, Sarıtorpaq küç, 35) saylı fərdi yaşayış evinin müayinə ölçü iştərinə şərait yaratmadığından o, mirası qəbul edə bilmir və beləliklə onun hüquqları pozulur. İşə məhkəmədə baxılarkən X8 3-cü şəxs kimi cəlb edilmişdir. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: 3-cü şəxs X8 məhkəməyə iddia tələbinin rədd edilməsi ilə bağlı etiraz ərizəsi göndərmiş və ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına və bölünməsinə etiraz edir. Etirazın əsas səbəbi ondadır ki, həbsdə olduğu müddət ərzində heç bir təklifə razı deyildir. İşdə iştirak edən şəxslərin mövqeyi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı elektron qaydada müraciət ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - 11 oktyabr 2021-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X10 13 mart 2009cu ildə Şəki şəhərində ölmüşdür. Ölüm haqqında 01 aprel 2009-cu ildə 130 nömrəli akt qeydi tərtib olunmuşdur. - 01 oktyabr 2021-ci il tarixli, AZ-İİ 217186 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1967-ci ildə Şəki şəhərində ölmüşdür. Ölüm haqqında 18 yanvar 2017-ci ildə 23 nömrəli akt qeydi tərtib olunmuşdur. - 21 iyul 2024-cü il tarixli 236 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, mərhum X2 şəhəri, S.Eldarov küçəsi 35 saylı evdə yaşamışdır. xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Onun aşağıdakı vərəsələri qalmışdır: əri-X12 (xx.xx.2005-ci il tarixdə vəfat edib), oğlu-X11 (xx.xx.2017-ci il tarixdə vəfat edib), X8, İddiaçı, X13, Cavabdeh2 Abduləvvəl qızı. - 15 iyul 2024-cü il tarixli 3-21-3-39/2-3007/2024 saylı daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ərizəçi İddiaçı ünvanlanmış bildirişdən görünür ki, ünvan 2 müayinə ölçü işlərinə şərait yaradılmadığından və üzrəində mübahisə olduğundan “Daşınmaz əmlkaın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. - 9335/3885 saylı “Torpaq qeydinin” surətindən görünür ki, Şəki şəhəri, S.Eldarov küçəsi 35 saylı ünvanda yerləşən torpaq sahəsi X9 istifadəsinə verilmişdir. - 25 may 2006-cı il tarixli vəsiyyətnamədən görünür ki, X10 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı qızı İddiaçı və X5 vəsiyyət etmişdir. - 17 may 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03 yanvar 2005-ci il tarixdə ölmüş X9 vərəsəsi X7r. Şəhadətnamə verilən miras əmlak 618,8 kv.metr torpaq sahəsində yerləşən 76 kv.metr yaşayış sahəsi, 21.2 kv.metr köməkçi sahə, 97.2 kv.metr üumi sahəsi, dörd otaqdan, çay daşından, üstü kirəmitdən olan ünvan 3 saylı evdən ibarətdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 90 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi xx.xx.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi zamanı aydın oldu ki, Cavabdeh2 İddiaçı ögey anasıdır. İddiaçının mərhum atası X16 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak hazırda iddiaçı və cavabdeh X5 miras qalmışdır. İddiaçı mərhum atasının mülkiyyətində olmuş mənzili vərəsəlik yolu ilə öz adına rəsmləşdirmək istəmişdir. Bununla bağlı qeyd edilən mübahisəli evə baxış keçirilməsi zərurəti yaranmış, lakin qeyd edilən mənzildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyit yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşları tərəfindən baxış keçirilməsinə Cavabdeh2 tərəfindən maneələr yaradılmışdır. Göründüyü kimi İddiaçı mərhum atasından miras qalmış ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakı vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəmiş, bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin əməkdaşlarının mübahisələndirilən mənzildə ölçü işləri aparılması zərurəti yaranmışdır. Lakin cavabdeh tərəfindən törədilən maneələr səbəbli səlahiyyətli orqan tərəfindən ölçü işlərinin aparılması mümkün olmamış, buna görə də imtina edilmiş, daşınmaz əmlakın vərəsəlik yolu ilə mərhumun vərəsəsinin mülkiyyətinə keçirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ölçü işlərinin aparılması ilə bağlı törədilən maneələr iddiaçının qanunla qorunun hüquqlarının pozulmasına yol açır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən Şəki şəhəri, S.Eldarov küçəsi 35 (keçmiş qaydalarla Şəki şəhəri, Sarıtorpaq küç, 35 saylı) fərdi yaşayış evinin müayinə ölçü işlərinə Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılmalı və bu cür maneə ona qadağan edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları tərəfindən Şəki şəhəri, S.Eldarov küçəsi 35 (keçmiş qaydalarla Şəki şəhəri, Sarıtorpaq küç, 35) saylı fərdi yaşayış evinin müayinə ölçü işlərinə Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılsın və bu cür maneə ona qadağan edilsin. Cavabdeh2 90 (doxsan) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar