Məhkəmə qərarları › İş №e-2(075)-99/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-99/2023

09.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-99/2023 09.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, X25 qızının katibliyi, Ərizəçi İddiaçı Məmməd qızının, onun nümayəndəsi (vəkili) Rəcəbov Səbuhi Tapdıq oğlunun iştirakı ilə Ərizəçi İddiaçı Məmməd qızının hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı Məmməd qızı ərizə ilə məhkəməyə müraciət edərək, 23 iyun 1991-ci il tarixdə vəfat etmiş X11 onun atası olması və 23 iyun 1991-ci il tarixdə vəfat etmiş mərhum X7ndan qalmış miras əmlakın faktiki qəbul edilməsi haqqında hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı Məmməd qızı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbini 23 iyun 1991-ci il tarixdə vəfat etmiş mərhum X7ndan qalmış miras əmlakın faktiki qəbul edilməsi haqqında hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi hissəsində azaltdığını, qalan hissədə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1950-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X2 24 dekabr 1988-ci il tarixdə, X7 isə 23 iyun 1991-ci il tarixdə vəfat etmişlər. Mərhum valideynlərindən qalmış miras əmlakı faktiki olaraq o qəbul edərək idarə etsə də, həmin miras əmlakı adına rəsmiləşdirə bilmir. Belə ki, Şəki regional "ASAN xidmət” mərkəzinə gedərək X7ndan miras qalmış əmlakdan qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, cavab olaraq bildirilmişdir ki. doğum bərpa haqqında tərtib olunmuş akt qeydindən müəyyən olunur ki, ata qrafası boşdur və X14 ilə quhumluğu təsdiq edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilir, habelə Maraqlı şəxs3nə müraciət etməsi izah edilmişdir. Doğum haqqında şəhadətnamədə ata qrafası boş olduğu üçün Maraqlı şəxs3nə müraciət edərək mərhum miras qoyan X14 ilə qohumluq əlaqəsinin, yəni X11 onun atası olmasını təsdiq edən sənədin verilməsini xahiş etsə də, ona yazılı izah verərək məhkəməyə müraciət etməsi bildirilmişdir. Eyni zamanda Maraqlı şəxs3ndən adının doğum bərpa haqqında akt qeydində Zivər yox. Ziyvər olması bildirilməklə şəxsiyyət vəsiqəsi dəyişdirildikdən sonra məhkəməyə müraciət etməsi şifahi olaraq bildirildiyi üçün şəxsiyyət vəsiqəsini dəyişdirdiyi zaman ata adının yeni şəxsiyyət vəsiqəsinə əlavə edilməsindən də imtina edildiyi üçün yeni şəxsiyyət vəsiqəsinə ata adı qeyd olunmamışdır. Yeni şəxsiyyət vəsiqəsini aldıqdan sonra təkrar Maraqlı şəxs3nə müraciət etsə də, 05 mart 2020-ci il tarixli məktubla müraciətindən imtina edildiyi şifahi olaraq bildirilərək, təkrar 29 sentyabr 2022-ci il imtina məktubu ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X11 onun atası olaması hüquqi faktını müəyyən etdirrməsinə səbəb, vərəsəlik haqqında şəhadətnamənin alınması üçün notariat orqanına müraciət etməli olmasıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməkmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı Məmməd qızı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Ziyvəri atası ilə xala uşağıdır. Onlar 3 uşaqdırlar. Adları Oktay, Dilbər və Ziyvərdir. Atasının adı Məmməd, anasının adı isə Sariyadır. Məmmədi görmüşdür. Lakin hal-hazırda vəfat etmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, Ziyvər qonuşusudr. Atasını və anasını tanıyır. Atasının adı Məmməd, anasının adını isə xatırlamır. Onlar 3 uşaqdırlar. Bacısının adı Dilbərdir. Oktayın uşağının adı Səbuhidir. Məmməd vəfat etmiş, lakin onun yasında iştirak etməmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Ziyvər onun bacısıdır. X7, anası isə X4r. Ailədə 3 uşaq olmuşlar. Bacıları ögey olmuşdur. Qardaşı Oktayn 1947-ci ildə vəfat etmişdir. Doğum kağızının ata qrafasında atasının adı qeyd olunmamışdır. Səbəbini isə bilmir. Ana və atasının rəsmi nikahları olmamışdır. Atası evində Ziyvər və qardaşı uşaqları yaşayır. İş materiallarına əlavə edilmiş Şəki şəhər X3 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 05 avqust 1991-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 23 iyun 1991-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər X3 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 28 oktyabr 1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 dekabr 1988-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı – xx xxxxxxx 1950-ci il tarixdə anadan olmuşdur. X1r. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti başçısının Yarmallı məhəllə nümayəndəsi tərəfindən verilmiş 08 sentyabr 2011-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 1 ünvanda yaşamış X14 vəfat etmiş və onun İddiaçı Məmməd qızı, X10, X6 (vəfat etmişdir) ibarət varislər olmuşdur. İş materiallarına əlavə edilmiş qəbir daşının fotoşəkillərindən görünür ki, X14 1916-ci ildə anadan olmuş, 1991-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş qəbir daşının fotoşəkillərindən görünür ki, X9 1916-ci ildə anadan olmuş, 1988-ci il tarixdə vəfat etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, atası X23 xx xxxxxxx 1950-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X14 ərizəçi İddiaçı atasıdır. Ərizəçinin X7 1916cı ildə anadan olmuş, 1991-ci ildə vəfat etmişdir. Ərizəçi İddiaçı Məmməd qızı, atasından miras qalmış fərdi yaşayış evinə dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün Şəki regional "ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etsə də, X11 onun atası olması barədə heç bir rəsmi sənəd olmadığından bundan imtina edilmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 23 iyun 1991-ci ildə vəfat etmiş X11 ərizəçi İddiaçı Məmməd qızının atası olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Məmməd qızının dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 23 iyun 1991-ci il tarixdə vəfat etmiş X11 ərizəçi İddiaçı Məmməd qızının atası olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi İddiaçı Məmməd qızının dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar