Məhkəmə qərarları › İş №e-2(076)-1027/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1027/2024

09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1027/2024 09.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 40500 AZN pulun tutularaq İddiaçı1, 20000 AZN məbləğində pulun isə tutularaq digər İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh ilə 2019-cu ildən tanışdırlar. Aralarında münasibət normal olmuşdur. Cavabdeh 2023-cü ildə İddiaçı1 borc olaraq pul istəmişdir. İddiaçı onunla münasibəti yaxşı olduğu üçün 2023-cü ilin iyun ayında bank krediti götürərək 40500 (qırx min beş yüz) manat cavabdehə borc vermişdir. Cavabdeh isə həmin məbləği bir iki ay ərzində qaytaracağını bildirmişdir. Lakin bu günədək cavabdehdən dəfələrlə pulun geri qaytarılmasını tələb etsədə heç bir nəticə olmamışdır. Bundan başqa digər İddiaçı2 Cavabdeh ilə uzun müddətdir ki tanışdırlar. Aralarında münasibət normal olmuşdur. İddiaçı2 cavabdehə xx.xx.2023-ci ildə 20000 (iyirmi min) manat borc vermişdir. Cavabdeh isə həmin məbləği 2023-cü ilin sonunadək qaytaracağını bildirmişdir. Lakin bu günədək cavabdehdən dəfələrlə pulun geri qaytarılmasını tələb etsədə heç bir nəticə olmamışdır. İddiaçılar məsələ ilə bağlı polis orqanına müraciət etmişdirlər. Araşdırma nəticəsində iddiaçılara məhkəməyə müraciət edilməsi töfsiyyə edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Nəsimi RPİ-nin 19-cu PŞ-da yazdığı izahatdan görünür ki, o, Xatirə adlı xanımdan yoldaşına pul lazım olduğu üçün 20 000 almış, sonra yenə almışdır.sonra yenə almış və oldu 40 000 min. O, həmin pulu ödəyəcəyinə söz verdi və ödəyir. Ödədiyi pulların çekini də sübut edə bilər. Cəmilə xanımdan 17 500 aldı, birdə 4000 mi almışdır. ümumi 21500 borcu vardır. Hal-hazırda hər həftə o, pul ödəyir. 4000 manatdan 2600 qalıb. Onu bağlayandan sonra 17500 ödəyəcəyinə söz verdi. Hətta özünün peçatlı olaraq yazılı surətdə qol çəkib özünə derdi. Cavabdeh pulu ödəyəcək, ancaq indi bütöv verməyə inkanı yoxdur, yoldaşı rəhmətə gedib, körpə uşaqla qalır, çox çətindir.Vaxt istəyir. İş materiallarında olan əlyazmadan görünür ki, xx.xx.2023-cü ildə cavabdeh İddiaçı1 40 500 manat pul aldığını və ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan digər əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2023- cü ildə 20 000 manat pul almışdır və 2023-cü ilin dekabrına kimi ödəməyə söz verir. İş materiallarında olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçılara qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçılardan borc almasına dair hüququndan istifadə etmiş, borcu qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçılar borcun qaytarılmasını tələb etməkdə haqlıdırlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh polisə verdiyi izahatda pulun iddiaçıdan götürməsini və əlyazmaların ona məxsus olduğunu etiraf etdiyindən, iddia təmin edilməli, 40 500 manat məblğində pul cavabdehdən İddiaçı1 xeyrinə, 20 000 manat məbləğində pul isə digər İddiaçı2 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 40.500 (qırx min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı1, 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı2 ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar