Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-1208/2024 23.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, ərizəçi İddiaçı (maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsi) hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: Ərizəçi İddiaçı hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması barədə ərizə ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, JN– 629A KOD 50414018 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ona, yəni İddiaçı məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçinin rəsmi qeydiyyatda olduğu ünvan Baki, Zabrat Qəs. Ə.Bağırov küç, ev-14m ünvanıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, ərizəçi İddiaçı qeydiyyatı ünvan 1 ünvanı olduğundan, hazırki ərizəyə də ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi İddiaçı (maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsi) hüquqi müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1208/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-1208/2024
23.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver