Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1337/2025 01.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydərov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 5900 manat məbləğində pulun və 79 (yetmiş doqquz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2023-cü il tarixdə onunla əlaqə saxlayaraq anasının ağır xəstə olduğunu, təcili olaraq əməliyyat olunmalı olduğunu, ancaq bunun üçün maddi imkanı olmadığı demiş və maddi olaraq kömək etməsini xahiş etmişdir. Ona maddi imkanının olmadığını desə də, bibisi oğlu X1 Gəncə şəhərində Kapital Bankda işlədiyini və onun vasitəsilə adına kredit götürməyi xahiş etmişdir. Daha sonra hardan əldə etməsini bilmədiyi , ona məxsus şəxsi məlumatları əsasında bankdan adına kredit rəsmiləşdirilməsi barədə məlumat əldə etmiş və ona 6500 (altı min beş yüz) manat kredit verilə biləcəyini, həmin pulun anasının əməliyyatı üçün vacib lazım olduğunu bildirərək krediti götürüb verməyini xahiş etmişdir. Onunla əvvəllər bir sinifdə oxuduğuna, həmkəndlisi olduğuna və aralarında normal münasibət olmasına inanaraq krediti götürüb verməyə razılıq vermişdir. Krediti verəndən 1 ay sonra tam şəkildə ödəniş edəcəyini bildirsə də, sonradan bunu etməmiş, yalnız bir neçə ay hissəli şəkildə banka ödənişlər etmişdir. Daha sonra ödənişləri dayandırmış və heç bir ödəniş etməmiş, bu səbəbdən də ona bank tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. Hətta işlədiyi Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyinə də rəsmi bildiriş göndərilmişdir. İş yerinin rəhbərliyi tərəfindən mənə irad tutulmuş və bu məsələnin dərhal həll edilməsi tələb edilmişdir. Həmçinin bildirir ki, o 04 dekabr 2017–ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşdur. Bizim birgə nikahımızdan 26 noyabr 2019–cu il tarixdə anadan olmuş X3 doğulmuş və onda talessemiya “Beta major” xəstəliyi olması aşkar edilmişdir. Xəstəlik aşkar olunduqdan sonra müvafiq müalicələrə başlamışlar. Lakin xəstəliyin yeganə və əsas müalicəsinin süküm iliyinin köçürülməsidir ki, həmin əməliyyatın da icra edilməsi üçün onun maddi imkanı çatmır. Bu qədər çətinliyin içində Cavabdeh ona qarşı bu cür hərəkət etməsi, onsuz da ağır vəziyyətdə olan maddi vəziyyətini daha da çıxılmaz hala salmışdır. Dəfələrlə müraciət etsəm də, müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehin ona 5900 (beş min doqquz yüz) manat borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 izahat verərək bildirdi ki, İddiaçı ona 5900 manat borc vermişdir, lakin həmin borcu qaytara bilmir, yaxın zamanda həmin borcu ödəyəcəyinə söz vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda, borc müqaviləsinin yazılı formada bağlanılması imperativ şəkildə göstərilmişdir. Cavabdehin iddiaçıya aldığı pul vəsaitlərini qaytaracağına dair hər hansı bir öhdəlik götürməsi barədə işdə heç bir sübut yoxdur. Onlar arasında öhdəlik və ya borc münasibətləri yaranmamışdır. Ona görə iddiaçının cavabdehdən pul vəsaitinin qaytarılması ilə bağlı iddiaya borc münasibətləri çərçivəsində baxılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Bununla belə cavabdeh özü etiraf edir ki, 5900 manat pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, İddiaçı Cavabdeh 5900 manat pul vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 5900 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh özü izahatı ilə iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 5900 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 79 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5900 (beş min doqquz yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 79 (yetmiş doqquz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-1337/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1337/2025
01.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver