Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1444/2024 09.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx"ASC-nin Cavabdeh və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin ləğvi, vurulmuş zərərin ödənilməsi və fərdi yaşayış evinin boşaldılmasına dair” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx"ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-2516 nömrəli reyestr qeydiyyatlı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə daşınmaz əmlakın təqdim edilməsinə görə "xxxx" KB ASC-yə vurulmuş zərərə görə 2320.5 (iki min üç iyirmi manat əlli qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 43,21 AZN məbləğində pulun tutulması, Cavabdeh Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 289.4 kv.m olan 4 saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxardılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olanŞəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 289.4 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi ilə bağlı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 4Ə-2516 nömrəli reyestr qeydiyyatı ilə daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanaraq, əmlakın dəyərinin qalıq hissəsini hər ay hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 4-cü bəndində daşınmaz əmlakın satış qiyməti 60.000 AZN müəyyən olunub. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaka görə "xxxx" KB ASC-dən 2320.5 (iki min iki yüz altmış beş) AZN miqdarında sadələşdirilmiş vergi tutulmuşdur. Cavabdeh "xxxx" KB ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli 4Ə-2516 reyestr qeydiyyatlı müqavilənin 5-ci bəndinə əsasən qalan pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Qeyd olunanlara əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-2516 nömrəli reyestr qeydiyyatı ilə daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, "xxxx" KB ASC-nin mülkiyyətində olan Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 289.4 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi boşaldılaraq, "xxxx" KB ASC-yə təhvil verilməlidir. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş Çıxarışa əsasən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 2 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyat aparılaraq, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 289.4 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Nəzərə almaq lazımdır ki, hal-hazırda Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 289.4 kv.m olan 4 saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4Ə-2516 nömrəli daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsinin sürətindən görünür ki, satıcı "xxxx" ASC Şəmkir rayon, Çinarlı qəsəbəsi, Koroğlu küçəsində yerləşən ümumi sahəsi 289.4 kv.m olan 4 saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi alıcı Cavabdeh mülkiyyətinə verilmişdir. Müqaviləinin 4-cü bəndində qeyd edilmişdi ki, əmlak 61100 manat tərəflərin razılı ilə qiymətləndirlimişdir, 4a bəndində sadələşdirilmiş vergisi 2320.5 manat (2170,5 manat+150 manat) hesablanmışdır. Müqaviləinin 5-cü bəndində qeyd edilmişdi ki, alıcı Cavabdeh ilkin olaraq 5000 manat, satıcı "xxxx" ASC-nə ödəyir. Qalan 56100 manat məbləği alqı-satqı rəsmiləşmə tarixindən etibarən 1-ci il 12 ay aylıq 750 manat, 2-ci il 12 ay ərzində alıq 800 manat, 3-cü il 12 ay ərzində aylıq 850 manat, 4-cü il 12 ay ərzində aylıq 900 manat, 5-ci il 11 ay ərzində aylıq 950 manat və sonuncu 12 ayın ödənişi 6050 manat ödəməyə öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 289.4 kv.m olan 4 saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi və yetirilməyəcəyi halda tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyası. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Unibank ASC Cavabdeh ilə aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair 4Ə- 2516 saylı müqaviləyə əsasən mülkiyyətində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 289.4 kv.m olan 4 saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi olan əmlakı ilkin 5500 manat, qalan dəyərini isə xx.xx.2023-cü il tarixədək ödəmək şərti ilə Cavabdeh nisyə şəkildə satmışdır. Alıcı Cavabdeh nisyə şəkildə aldığı daşınmaz əmlakın dəyərindən ilkin olaraq 5000 manatını ödəsə də qalan məbləğin ödənilməsini təmin etməmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə bağlanmış 4Ə-2516 saylı alğı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək ödənişləri etməyi öhdəsinə götürməsinə baxmayaraq, ödəniş etmədiyindən iddiaçı Unibank ASC xx.xx.2024-cü il tarixdə fəri yaşayış evini boşaltma və banka təhvil verilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq göndərilmişdir. Cavabdeh iddiaçı bankın müraciətlərinə cavab vermədiyindən, müqavilə üzrə razılaşdırılmış ödənişlərin aparılmasını təmin etmədiyindən Unibank ASC alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması, əmlakın mülkiyyətçi "xxxx" ASC-yə təhvil verilməsi, ödənilmiş 43,21 manat dövlət rüsumunun və müqaviləni bağlanan zaman ödənilmiş 2320.5 manat məbləğində sadələşdirilmiş verginin əvəzi cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Unibank ASC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi iddiaçı bankın hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd edilən hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması, əmlakın təhvil verilməsi, ödənilmiş 43,21 manat dövlət rüsumunun və müqaviləni bağlanan zaman ödənilmiş 2320.5 manat məbləğində sadələşdirilmiş verginin əvəzini cavabdehdən tutulmasına dair hazırkı iddia tələbində haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-2516 nömrəli reyestr qeydiyyatlı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməli, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə daşınmaz əmlakın təqdim edilməsinə görə "xxxx" KB ASC-yə vurulmuş zərərə görə 2320.5 (iki min üç iyirmi manat əlli qəpik) AZN məbləğində pul tutulmalı, Cavabdeh Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən ümumi sahəsi 289.4 kv.m olan 4 saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən çıxarılmaqla, həmin fərdi yaşayış evi boşaldılmalı və əmlakın mülkiyyətçisi "xxxx" ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sadələşdirilmiş verqi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-2516 nömrəli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Şəmkir rayon, Çinarlı qəsəbəsi, Koroğlu küçəsində yerləşən ümumi sahəsi 289.4 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq "xxxx" ASC-yə təhvil verilsin. Cavabdeh "xxxx" KB ASC-yə vurulmuş zərərə görə 2320.5 (iki min üç iyirmi manat əlli qəpik) AZN məbləğində pul və ödənilmiş 43,21 (qırx üç manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1444/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1444/2024
09.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver