Məhkəmə qərarları › İş №e-2(076)-1666/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1666/2024

13.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1666/2024 13.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X29 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Ərizəçilər: X13 (həmçinin, maraqlı şəxslər X7 və X8 nümayəndəsi), İddiaçı, onların nümayəndəsi Nümayəndə Maraqlı şəxs: X8 iştirakı ilə X1 və İddiaçı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 və İddiaçı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–522 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni X14, İddiaçı və mərhum X11 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclası zamanı ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998–ci il tarixli 51 saylı qərarı ilə ərizəçilərə və maraqlı şəxslərə Şəmkir rayonu, Zəyəm–Cıradaxan kəndi ərazisində 1.83 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–522 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət X3 adı səhvən “X20” kimi, İddiaçı adı səhvən “X17” kimi, həmçinin Eyvaz Rüstəmovun mərhum anası X10 adı səhvən “X15” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX– nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda ərizəçilər mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, JN– 522 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın X14, İddiaçı və mərhum X11 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. X5 və İddiaçı məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək əsasən Nümayəndə ilə eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs X12 məhkəmə iclası zamanı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN–522 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998–ci il tarixli 51 saylı qərarı ilə X14, İddiaçı və onların digər ailə üzvlərinə Şəmkir rayonu, Zəyəm– Cıradaxan kəndi ərazisində 1.83 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, həmin Dövlət X3 adı səhvən “X20” kimi, İddiaçı adı səhvən “X17” kimi, mərhum X10 adı səhvən “X15” kimi yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamədən və arayışdan görünür ki, X19 xx.xx.1954–cü il tarixdə və İddiaçı xx.xx.1996–cı il tarixdə doğulmuşdur. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996–cı il tarixdə doğulmuşdur. İşdə olan “Elektron Məhkəmə” X4 görünür ki, İddiaçı Şəmkir rayonu, Zəyəm– Cıradaxan kəndində qeydiyyatda olmaqla, xx.xx.1996–cı il tarixdə Şəmkir rayonu, Zəyəm– Cıradaxan kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Zəyəm–Cıradaxan kəndində qeydiyyatda olmaqla, xx.xx.1996–cı il tarixdə Şəmkir rayonu, Zəyəm–Cıradaxan kəndində doğulmuşdur İşdə olan Şəmkir RİHB–nın Zəyəm–Cıradaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, X6 rayonu, Zəyəm– Cıradaxan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X16 xx.xx.2006–cı il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir rayon 1 saylı Dövlət Notariat Ofisinin xx.xx.2023–cü il tarixli məktubundan görünür ki, mərhum X9 qalmış miras əmlaka dair xx.xx.2023–cü il tarixdə vərəsəlik işi açılmış, mərhumun vərəsəsi X19 müəyyənləşmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023– cü il tarixli imtina məktubundan görünür ki, JN–522 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998–ci il tarixli 51 saylı qərarı ilə X14, İddiaçı və onların digər ailə üzvlərinə Şəmkir rayonu, Zəyəm–Cıradaxan kəndi ərazisində 1.83 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–522 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktının 3–cü sırasında X13 adı səhvən “X20” kimi, 10–cu sırasında İddiaçı adı səhvən “X17” kimi, 2–ci sırasında mərhum X10 adı səhvən “X15” kimi yazılmışdır. Hazırda ərizəçilər Dövlət Aktındakı ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–522 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” ərizəçilərə və mərhum X11 məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–522 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN–522 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni X14, İddiaçı və mərhum X11 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–522 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın X14, İddiaçı və mərhum X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X31

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar