Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-1768/2025 19.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və X4 qarşı “05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın qismən ləğv olunması və mirasdan məcburi payın müəyyən olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin qismən, yəni atam Azər Rzayevə aid paya münasibətdə məcburi payının müəyyən edilməsi hissəsində etibarsız hesab olunması, 27 yanvar 2022– ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın qismən ləğv edilərək ona çatacaq məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2160/2023 saylı qərarından görünür ki, bundan əvvəl də İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir rayonu 1 saylı Notariat Ofisi, X2 (X3, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı 05 yanvar 2021-ci il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021-ci il tarixli 3M1 reyestr nömrəli müqavilənin ləğv olunması, 27 yanvar 2022- ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2022ci il tarixli, 2(104)-2951/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(076)-212/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair iddiası rədd edilmişdir. Göründüyü kimi, “05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız hesab olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunmasına dair iddia tələbinə əvvəlki iddia tələbinin bir hissəsi ilə eynilik təşkil edir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və X4 qarşı “05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli bağışlama müqavilənin qismən etibarsız hesab olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın qismən ləğv olunması və mirasdan məcburi payın müəyyən olunması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1768/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-1768/2025
19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver