Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1795/2024 13.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh nümayədəsi və vəkil Nümayəndə3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafael oğlu tərəfindən vurulmuş ziyana görə 182.836 (bir yüz səksən iki min səkkiz yüz otuz altı) manat, dövlət rüsumu kimi ödənilmiş 473 manat məbləğində, cəmi 183309 (bir yüz səksən üç min üç yüz doqquz) manat məbləğində pulun ondan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X3 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə) 31 avqust 2023-cü il tarixli hökmü ilə Cavabdeh Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmə əsasən, Cavabdeh Rafael oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı İddiaçı2 və onun şəriki olan digər İddiaçı1 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 1 ünvanda yerləşən “SUBERSPACE”, hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmü müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Lakin nə ibtidai istintaq, nə də işin məhkəmə baxışı zamanı Cavabdeh iş üzrə zərərçəkmiş kimi onlara vurduğu maddi ziyanı ödəməmiş, bu istiqamətdə heç bir addım atmamışdır. Cinayət mühakimə icraatı zamanı İddiaçı1 və İddiaçı2 zərərçəkmiş şəxs kimi tanınmalarına baxmayaraq, onların tərəfindən mülki iddia verilməmişdir. İddiaçı1 nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi (vəkil) Nümayəndə2 məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə3 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, iddiaçı tərəf yalnız məhkəmə qərarlarını təqdim edir, onlar bu qərarlardan razı deyil və müraciətlər edəcəkdir. İttihamda bir qrup şəxs tərəfindən törədilməsi qeyd olunur. Hazırki iddiada sübut kimi qeyd edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəsini almış hökmü məhkəmə üçün hadisənin olub-olmaması hissəsində məcburidir. Mülki Məcəllənin delikt öhdəlikləri bölməsində qeyd olunur ki, delikt öhdəliyi bir qrup şəxs tərəfindən vurulursa ümumi olaraq birgə məsuliyyət daşıyırlar. Əgər onlar ayrılıqda məsuliyyət daşıyırlarsa onlar ayrılıqda vurduqları ziyan qədər məsuliyyət daşıyır. Dələduzluq cinayətləri ilə əlaqədar Ali Məhkəmənin Plenum qərarında qeyd edilir ki, bir qrup şəxs tərəfindən törədilirsə ayrı-ayrılıqda vurulan ziyanlar müəyyən edilməlidir. İlk öncə zərərin miqdarı müəyyən edilməlidir. Ona görə də, iddianı qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-218/2023 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılması və üzərində 05 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmçinin, həmin hökmlə Cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı İddiaçı2 və onun şəriki İddiaçı1 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 2 ünvanda yerləşən «SUBERSPACE», hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1994/2023 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(101)-218/2023 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi, zərərçəkmiş şəxslər və onların nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1080/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-1994/2023 nömrəli qərarından məhkum Cavabdeh müdafiəçisi Nümayəndə3, zərərçəkmiş şəxs İddiaçı1 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi və qərarın kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 1 ünvanda yerləşən “SUBERSPACE”, hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib onlara qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-218/2023 saylı hökmü ilə Cavabdeh Rafael oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılması və üzərində 05 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Rafael oğlu tərəfindən vurulmuş maddi ziyana görə 182.836 (bir yüz səksən iki min səkkiz yüz otuz altı) manat pulun alınıb onlara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, iddiaçılara məhkəmə hökmü ilə qeyd edilən zərərin bir qrup şəxs tərəfindən törədilməsi qeyd olunsa da, hökm yalnız cavabdeh barəsində çıxdığından, ittiham qeyd edilən digər təqsirləndirilən şəxs barəsində istintaqda araşdırma getdiyindən, zərər bir qrup şəxs tərəfindən törədilirsə ayrı-ayrılıqda vurulan ziyanlar müəyyən edilməli olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmi Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 1113.2-ci maddəsinə əsasən zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 etibarından sui-istifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 1 ünvanda yerləşən “SUBERSPACE”, hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib onlara qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçılar dəymiş ziyanın qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehin etirazının əsasları ilə bağlı məhkəmə qeyd edir ki, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçıların tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 182.836 (bir yüz səksən iki min səkkiz yüz otuz altı) manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçılar tərəfindən ödənilmiş 473 manat dövlət rüsumunun əvəzi iddiaçıların xeyrinə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 182 836 (bir yüz səksən iki min səkkiz yüz otuz altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 473 (dörd yüz yetmiş üç) manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ŞəmkirRayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1795/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1795/2024
13.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver