Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-185/2025 04.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən hər birinin dəyəri 60 manat olmaqla, 670 ədəd meyvə ağacının dəyəri olan 40.200 manat pulun, 500 manat vəkil xidmət haqqının, 213 manat dövlət rüsumunun, cəmi 40.913 manat məbləğində pulun müştərək qaydada alınması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun həmkəndlisidir. Cavabdehlərə ailə olaraq Şəmkir rayonunun, Qapanlı kəndinin ərazisində 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib. Cavabdehlər həmin torpaq sahəsinin 1.14 ha hissəsini 2002-ci ildə ona 3.500 (üç min beş yüz) manata satıblar. O isə cavabdehlər tərəfindən satın aldığı torpaq sahəsini təyinatı üzrə istifadə edərək orada kənd təsərrüfatı məhsulları becərmişdir. Eyni zamanda bir neçə il bundan əvvəl həmin torpaq sahəsində hər birinin qiyməti 60 manat olmaqla 670 ədəd meyvə ağacı əkmişdir. Həmin meyvə ağaclarına və torpaq sahəsinə aqrotexniki qaydada qulluq etmişdir. Həmin meyvə ağacları tam sağlam və məhsuldar olmaqla, hazırda bar verir. Bununla belə cavabdehlər tezliklə torpaq sahəsinə dair notariat qaydada alqı-satqı müqaviləsini bağlayacaqlarını vəd vermişdilər. O da cavabdehlər tərəfindən torpaq sahəsinin naturada ona təhvil verəcəklərinə inanaraq nağd pul ödəməklə torpağı satın almışdır. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlərlə notarial qaydada müqavilə bağlanmamış və torpaq sahəsinin hüquqi vəziyyəti qeyri-müəyyən formada qalmışdır. Cavabdehlər torpaq sahəsini ona öz razılıqları ilə satsalar da, alqı-satqı müqaviləsini notarial qaydada rəsmi qeydə aldırmaqdan imtina ediblər. Cavabdehlər qanunsuz hərəkətləri ilə ona maddi ziyan vurmuşlar. Belə ki, həmin torpaq sahəsində hər birinin dəyəri 60 manat olan 670 ədəd meyvə ağacı əkmişdir. Hesab edir ki, cavabdehlər qanunsuz hərəkətləri nəticəsində ona vurmuş olduqları maddi ziyanı tam şəkildə ona geri qaytarmalıdırlar. Cavabdehlərin ona vurmuş olduqları maddi ziyanı 40.913 (qırx min doqquz yüz on üç) manat dəyərində qiymətləndirir. Buraya daxildir həmin meyvə ağaclarının cəmi dəyəri – 40.200 (qırx min iki yüz) manat, 500 manat vəkil xidmət haqqı və 213 manat dövlət rüsumu. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müfadiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Bələ ki, iş materilında olan JN-712 KOD 50407038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, X2, X4, Cavabdeh3, Cavabdeh1 və X3 Şəmkir Rayon, Qapanlı kəndinin ərazisində 4.53 ha torpaq sahəsi verilmişdir. İş materialında olan X9 X1 Sektoru tərəfindən verilmiş arayışdan görünür ki, 1 hektar xurma bağının salınması üçün 600-650 ting əkilir. Bağ salındıqdan 3 il sonra qismən, 4 il sonra isə tam məhsul verməyə başlayır. Bütün aqrotexniki qaydalara əməl olunduğu təqdirdə 1 hektar xurma bağından 180-220 sentner məhsul əldə etmək mümkündür. Aqrotexniki qaydalar dedikdə-cərgəarası şum, quru budama, kultivasiya, suvarma, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı mübarizə, həmin sahəyə yemləmə gübrəsinin verilməsi və sair tədbirlər nəzərdə tutulur. Sahədə il ərzində şumlama payız və yaz şumu olmaqla 2 dəfə aparılır. Payız şumu noyabr-dekabr ayları aralığında, yaz şumu isə mart ayı ərzində aparılır. Bundan əlavə müasir suvarma sistemi ilə təmin olunmuş xurma bağlarında suvarma 6 dəfə aparılır. 1-ci suvarma 15 mart-15 aprel, 2-ci suvarma 15 may-15 iyun, 3-cü suvarma 1-15 iyul, 4-cü suvarma 15-30 iyul, 5-ci suvarma 1-15 avqust, 6-cı suvarma 15-30 avqust tarix aralıqlarında aparılır. Suvarma zamanı yemləmə gübrəsinin verilməsi 4 dəfə olmaqla suvarmadan əvvəl aparılır. Kultivasiya 3 dəfə suvarmadan sonra martın əvvəlindən iyunun sonuna qədər həyata keçirilir. Quru budama 1 dəfə olmaqla noyabr-fevral ayları aralığında, alaq otlarına qarşı mübarizə 2-3 dəfə olmaqla may-iyul ayları aralığında, xəstəlik və zərərvericilere qarşı mübarizə (dərmanlama) 3-4 dəfə olmaqla may-iyul ayları aralığında həyata keçirilir. İş materialında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəmkir X8 Mərkəzi tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli 3-22-3-57/2-76/2024 nömrəli rəydən görünür ki, Torpağa Mülkiyyət Hüququna dair JN-712 nömrəli Dövlət Aktı əsasında cavabdehlərin və digər ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 4.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tərəfimizdən baxış keçirilmiş, baxış zamanı 4.53 hektar sahənin orta hissəsində 1.14 hektarda 2016-cı ildə 4x5 ǝkin sxemi ilə xurma ağacları əkilməsi müəyyən edilmişdir. Hal-hazırda həmin sahədə 552 ədəd məhsuldar xurma ağacı vardır. Bundan əlavə 4.53 hektar sahənin 0.28 hektarında 2018-ci ildə xurma və alça ağacları əkilmiş və indiki vaxta qədər həmin sahədə qulluq işləri aparılmışdır. İddiaçı dediyinə görə həmin sahədə olan meyvə bağı özü tərəfindən salınmış və aqrotexniki tədbirlər aparılmışdır. İş materialında olan xx.xx.2025-ci il tarixli 76 nömrəli Həbibli-i MMC tərəfindən verilmiş məktubdan görünür ki, hazırda bazarda 1 ədəd bar verən, 7 illik şişburun xurma ağacları satış qiyməti 60 manatdır. İş materialında olan məhkəmə tərəfindən təyin edilmiş qərardadla əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7-1919-9/9600 nömrəli xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şəmkir rayonu Qapanlı kəndində yerləşən 4,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsində Şişburnu xurma ağacları becərilmişdir. Həmin sahədə cəmi 650 ədəd xurma ağacı olub, onlardan 688 ədəd 10-11 illik (məhsul verən ağaclar), 12 ədədi isə 4-5 illikdir (məhsul verməyən ağaclar); Ekspertiza qarşısında qoyulmuş sualda Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 4,53 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsində İddiaçı tərəfindən meyvə ağacı əkilmişdirsə, həmin ağacların hər birinin ayn-aynlıqda dəyəri neçə manat təşkil etməsi məhkəmə-əmtəəşünaslıq ekspertizaya predmetinə aid olmadığından ekspertiza qarşısında qoyulmuş sualla cavab vermək mümkün deyil. İş materialında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1280/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qeyd edilən iş üzrə Cavabdeh3 izahatında mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən uzun müddət istifadə edilməsini, həmin torpaq sahəsindən əldə etdiyi gəlirdən onlara verməməsi səbəbindən Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə torpaq sahəsindən çıxarılması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünür ki, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 4.53 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 ha hissəsi 10 ildən çoxdur ki, İddiaçı faktiki istifadəsində olmuş, həmin illərdə İddiaçı həmin torpaq sahəsində şişburun xurma ağacları əkmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və daim istifadəsində olmuş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-304/2022 nömrəli qətnaməsi ilə mübahisəli torpaq sahəsindən çıxarılması qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən 2022-ci il tarixədək etirazsız şəkildə iddiaçının istifadəsində olmuşdur. Həmin sahədə 650 ədəd xurma ağacları var, onlardan 638 ədədi 10-11 illik, 12 ədədi isə 4-5 illikdir. Göründüyü kimi ən son 2020-ci ildən gec olmayan tarixdə həmin sahəyə ağac əkilmişdir ki, həmin tarixlərdə mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsində olması Şəmkir Rayon Məhkəməsinin 2(076)-304/2022 nömrəli qətnaməsi ilə müəyyən edilir. İddia tələbinin əsası ondan ibarət olmuşdur ki, Şəmkir Rayonu Qapanlı kəndi ərazisində yerləşən 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 ha hissəsindən məhkəmə qətnaməsi ilə onun çıxarılmasını, bu səbəbdən də onun tərəfindən əkilmiş ağacların dəyərinin, yəni 40.200 manat vəsaiti tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Şəmkir Rayon Məhkəməsində 2(076)-12820/2023 nömrəli mülki işə baxılan zaman cavavdeh Cavabdeh3 izahatında mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən uzun müddət istifadə edilməsini, həmin torpaq sahəsindən əldə etdiyi gəlirdən onlara verməməsi səbəbindən Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə torpaq sahəsindən çıxarılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7-1919-9/9600 nömrəli xx.xx.2025-ci il tarixli ekspertiza rəyində isə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 4,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsində Şişburnu xurma ağacları becərilməsi, həmin sahədə cəmi 650 ədəd xurma ağacının olması, onlardan 688 ədəd 10-11 illik (məhsul verən ağaclar), 12 ədədi isə 4-5 illik olması müəyyən edilmişdir(məhsul verməyən ağaclar). Göründüyü kimi mübahisəli torpaq sahəsində qeyd edilən ağaclar torpaq sahəsi İddiaçı istifadəsində olan zaman əkilmişdir. Hazırda isə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-304/2022 nömrəli qətnaməsi ilə mübahisəli torpaq sahəsindən İddiaçı çıxarılması qət edilmişdir. Bundan başqa Həbibli-i MMC tərəfindən verilmiş məktubdan bir ədəd 7 illik şişburun xurma ağacının qiymətinin 60 manat olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı hazırkı iş üzrə iddia ərizəsində xurma ağacının 670 ədəd olmasını əsas gətirərək 40200 manat tələb etməsinə baxmayaraq iş materialları araşdırılarkən mübahisəli torpaq sahəsində 650 ədəd xurma ağacı olması müəyyən edilmişdir. Bu baxımdan, məhkəmə, 650 ədəd şişburun xurma ağacının olmasını, xurma ağacının birinin dəyərinin 60 manat olmasını nəzərə alaraq ümumi olaraq 39000 manat ziyan vurulmasını mübahisənin həlli zamanı nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1–ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlərdən dəymiş ziyana görə 39 000 (otuz doqquz min) manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin iddianın “500 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı xx.xx.2024–cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 500 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 213 manat məbləğində dövlət rüsumunun 207 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0–115.0.1 və 115.0.6–cı maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatəti ilə təyin edilmiş məhkəmə–bioloji ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 70 manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada vurulmuş ziyana görə 39000 manat (otuz doqquz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 207 (iki yüz yeddi) manat pul tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat pul Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK- CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 500 (beş yüz) manat pul alınıb İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-185/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-185/2025
04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver