Məhkəmə qərarları › İş №e-2(076)-189/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-189/2025

25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-189/2025 25.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçıların nümayəndəsi: Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı xx.xx.2005–ci il tarixli 4Ə–690 reyestr nömrəli alqı– satqı müqaviləsinin etibarsız hesab olunması və xx.xx.2015–ci il tarixli **********27 reyestr nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2005–ci il tarixli 4Ə–690 reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab olunması və xx.xx.2015–ci il tarixli **********27 reyestr nömrəli Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh2 tanımırlar. İddiaçıların hər ikisi Rusiya Federasiyası vətəndaşıdır və Rusiyada qeyd olunan ünvanda yaşayırlar. Onlara Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998–ci il tarixli, 53 saylı qərarı ilə Şəmki rayonu Zəyəm qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı 0.35 ha torpaq sahəsi verilmişdir. Onlar iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən bir neçə gün əvvəl həmin torpaq sahəsinə Çıxarış almaq üçün üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə həmin idarə 09 avqust 2024–cü il tarixli bildirişlə onlara çıxarış verməkdən imtina etmişdir. İmtinanın əsası olaraq onlara mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin cavabdeh Şəmkir rayon 1 saylı Notariat Kontorunda qeydə alınmış xx.xx.2005–ci il tarixli, 4Ə–690 nömrəli alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış, Cavabdeh2 həmin alqı–satqı müqaviləsi əsasında mübahisəli torpaq sahəsinə xx.xx.2015–ci il tarixli, **********27 reyestr nömrəli çıxarış əldə etmişdir. Hesab edirlər ki, mübahisə predmeti olan alqı–satqı müqaviləsi etibarsız hesab olunmalı, həmin alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2015–ci il tarixli, **********27 reyestr nömrəli çıxarış ləğv olunmalıdır. Çünki, onlar mülkiyyətində olan mübahisəli torpaq sahəsini heç kimə satmamışlar və həmin torpaq sahəsi ilə bağlı Cavabdeh2 onlara heç bir ödəniş etməmişdir. Alqı–satqı müqaviləsindəki imza İddiaçı1 məxsus deyildir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, cavabdeh Şəmkir rayon 1 saylı Notariat Kontorunda qeydə alınmış xx.xx.2005–ci il tarixli, 4Ə–690 reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab olunması və həmin alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 adına üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015–ci il tarixli **********27 qeydiyyat nömrəli Çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə məktub ünvanlanaraq, iş həcminin çoxluğu ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəklərini bildirmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını, habelə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002– ci il tarixli 931 nömrəli qərarı ilə JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində 0.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin qəsəbə sakinləri İddiaçı1 və X5 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan 17 oktyabr 2005–ci il tarixli, 4Ə–690 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 Şəmkir rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2002–ci il tarixli 93 nömrəli qərarı ilə JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na əsasən özünə məxus olan Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 3532.00 kv.m torpaq sahəsini Cavabdeh2 2200 (iki min iki yüz) manata satmışdır. İşdə olan Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində 0.3532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2024–cü il tarixdə verilmiş 3–16–5/6–11–1323/24 nömrəli məktubdan görünür ki, Şəmkir rayonu 1 və 2 saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş 2005–ci il təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı1 ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Arxivə təhvil verilmiş 4Ə–690 reyestr nömrəli müqavilənin xx.xx.2005–ci il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2025–ci il tarixdə verilmiş 3–16–5/6–11–1323/24 nömrəli məktubdan görünür ki, Şəmkir rayonu 1 və 2 saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş 2005–ci il təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı1 ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Arxivə təhvil verilmiş 4Ə–690 reyestr nömrəli müqavilənin xx.xx.2005–ci il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Şəmkir rayon 1 saylı dövlət notariat ofisində daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı reyestr kitabında xx.xx.2005–ci il tarixdə əməliyyat aparılmamışdır. Həmin məktuba əlavə edilmiş 1 saylı dövlət notariat kontoru tərəfindən arxivə təhvil verilmiş 2005–ci ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə notariat hərəkətlərinin qeydə alındığı 4Ə indeksli reyestr kitablarına baxış keçirilərkən, sözügedən notariat reyestrində xx.xx.2004–cü il tarixdə rəsmiləşdirilmiş sonuncu müqavilə 690 nömrəsi ilə qeydiyyata alınmış və həmin müqavilədə X8 ilə X4 barədə notariat hərəkəti rəsmiləşdirilmişdir. İşdə olan xx.xx.2005–ci il tarixli, 4Ə–690 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X2 rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998–ci il tarixli 52 nömrəli qərarı ilə JN–424 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na əsasən özünə məxus olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən 931.23 kv.m torpaq sahəsini X3 300.000 (üç yüz min) manata satmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək müəyyən etdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002–ci il tarixli 931 nömrəli qərarı ilə JN–1545 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində 0.35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı1 ilə Cavabdeh2 arasında olan, xx.xx.2005–ci il tarixli 4Ə–690 reyestrdə qeydə alınması göstərilən alqı–satqı müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılmamışdır. Belə ki, mülkiyyət hüququ ilə iddiaçılara məxsus torpaq sahəsi Şəmkir rayon 1 saylı Notariat Kontorunda qeydə alınmış xx.xx.2005–ci il tarixli, 4Ə–690 nömrəli alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış, sözügedən alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 oğunun adına mübahisəli torpaq sahəsinə dair xx.xx.2015–ci il tarixli, **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 2005–ci il təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə notariat arxivi tərəfindən baxış keçirilərkən İddiaçı1 ilə Cavabdeh2 arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Arxivə təhvil verilmiş 4Ə–690 reyestr nömrəli müqavilənin xx.xx.2005–ci il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Şəmkir rayon 1 saylı dövlət notariat ofisində daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı reyestr kitabında xx.xx.2005–ci il tarixdə əməliyyat aparılmaması müəyyən edilmişdir. Nəticədə İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış, xx.xx.2005–ci il tarixli 4Ə–690 reyestrdə qeydə alınması göstərilən alqı–satqı müqaviləsinin mövcudluğu aşkar edilməmişdir. Hazırda həmin alqı–satqı müqaviləsi iddiaçılar tərəfindən mübahisələndirilmişdir. Ona görə də məhkəmə sözügedən alqı–satqı müqaviləsinin etibarlı olub– olmamasını yalnız təqdim edilmiş sübutların məhkəmə iclasında tədqiqi olunması yolu ilə araşdırılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əsas, əmlakın bir şəxsdən başqasına keçməsini əks etdirən alqı–satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həll edilməsi üçün əqdlər haqqında ümümi müddəlarla, yanaşı əşya hüquq münasibətlərini və öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Müki Məcəlləsinin 144.1–ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 394–cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 334.1–ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331–ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 331.1–ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 324.5–ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1–ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Məhkəmə, sadalanan mülki hüquq normalarının tətbiqi və təqdim edilmiş sübutların tədqiqi nəticəsində belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə tərəflər arasında qanunla müəyyən edilmiş formada, yəni notariat qaydasında təsdiqlənməli olan daşınmaz əmlakın alqı–satqısı barədə müqavilə bağlanmamışdır. Mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçiləri öz əmlaklarını satmaları ilə bağlı iradələrini ifadə etməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisinin müqaviləni bağlayarkən iradə ifadələrinin həqiqiliyi ağlabatan mühakimə əsasında araşdırıldıqdan sonra mübahisələndirilən alqı–satqı müqaviləsinin etibarlı olub–olmaması müəyyən edilməlidir. Belə ki, mübahisələndirilən alqı–satqı müqaviləsinin mətnindən onun notariat qaydada təsdiqləndiyi görünsə də, lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı1 ilə Cavabdeh2 arasında notariat hərəkətləri aparılmamış və bu barədə heç bir rəsmi qeyd aşkar olunmamış, mübahisələndirilən alqı–satqı müqaviləsi notariat reyestrində qeydiyyata alınmamışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair alqı–satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə qeyd olunan faktiki hallara uyğun olaraq hesab edir ki, İddiaçı1 ilə Cavabdeh2 arasında bağlandığı qeyd olunan müqavilənin notariat reyestrində qeydiyyata alınmaması, həmin müqavilənin etibarsızlığına əsas olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını, həmçinin daşınmaz əmlakla bağlı əqdin isə notariat qaydada təsdiqlənməsini imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibarsızlığına səbəb olur. Məhkəmə, sadalanan mülki hüquq normalarının tətbiqi və işin müəyyən edilmiş hallarının tədqiqi nəticəsində qənaətə gəlir ki, hazırkı mübahisə üzrə Cavabdeh2 ilə iddiaçılar arasında qanunla müəyyən edilmiş formada, yəni notariat qaydasında təsdiqlənməli olan daşınmaz əmlakın alqı–satqısı barədə müqavilənin bağlanması müəyyən edilməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar tərəfindən tanınan və qorunan hüquqlarından istifadə edərək qanunda nəzərdə tutulmuş qaydada, yəni yazılı formaya riayət edilməklə iradələrini sərbəst surətdə ifadə etməklə, notariat qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı–satqı müqaviləsi əsasında, özlərinə məxsus əmlakı cavabdehə satmamışlar. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiq hallarına uyğun hesab edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 ilə İddiaçı1 adından torpaq sahəsinin özgəninkiləşdirilməsinə səbəb olan Şəmkir rayon 1 saylı dövlət notariat kontorunda xx.xx.2005–ci il tarixdə bağlanmış alqı–satqı müqaviləsinin mövcud olması müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işdə olan xx.xx.2005–ci il tarixli 4Ə–690 reyestr nömrəli alqı–satqı müqaviləsi ilə müəyyən edilmişdir ki, həmin müqavilə Dublikat şəklində cavabdehə verilmişdir. Halbuki, iş materiallarında olan Dövlət Notariat Arxivinin xx.xx.2025–ci il tarixli məktubunda göstərilmişdir ki, Şəmkir rayonu 1 və 2 saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş 2005–ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə və onların qeydə alındığı reyetsr kitabına baxış keçirilərkən İddiaçı1 ilə Cavabdeh2 arasında mmüqavilənin rəsmiləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda arxivə təhvil verilmiş 4Ə–690 reyestr nömrəli müqavilənin xx.xx.2005–ci il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Şəmkir rayon 1 saylı dövlət notariat ofisində daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı reyestr kitabında xx.xx.2005–ci il tarixdə əməliyyat aparılmamışdır. Göründüyü kimi Şəmkir rayon 1 saylı dövlət notariat ofisində daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı reyestr kitabında xx.xx.2005–ci il tarixdə əməliyyat aparılmamış, bu hal isə onu deməyə əsas verir ki, xx.xx.2005–ci il tarixdə mübahisəli alqı–satqı müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Bununla belə məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2005–ci il tarixli 4Ə–690 reyestr nömrəli alqı–satqı müqaviləsi mövcud olmasa da, həmin müqavilə hüquqi nəticə doğurduğundan ləğv edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, həmin alqı–satqı müqaviləsi əsasında verilmiş hüquq müəyyənedici sənəd də ləğv edilməlidir. Belə ki, sözügedən alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 oğunun adına mübahisəli torpaq sahəsinə dair xx.xx.2015–ci il tarixli, **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmiş, bundan sonra cavabdeh həmin torpaq sahəsini üçüncü şəxsə– X1 və sonuncunun adına müvafiq Çıxarış verilmişdir. Göründüyü kimi mübahisəli torpaq özgəninkiləşdirildiyindən artıq cavabdehin adına verilmiş xx.xx.2015–ci il tarixli, **********27 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv edilmiş və X7 adına yeni Çıxarış verilmişdir. Belə olan halda xx.xx.2015–ci il tarixli **********27 reyestr nömrəli Çıxarışın ləğv edilməsi əsaslı və qanuni sayıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın “500 manat vəkil xidmət haqqının cavabdehlərdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı1 xx.xx.2024–cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 500 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçıların nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə Cavabdeh2 vəkil xidmət haqqının əvəzi kimi 200 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Həmçinin, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutulub iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 ilə Cavabdeh2 arasında, Şəmkir rayon 1 saylı notariat kontorunda xx.xx.2005–ci il tarixdə 4Ə–690 reyestr nömrə ilə qeydə alınmış, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.3532 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin satılmasına dair bağlanmış alqı–satqı müqaviləsi etibarsız sayılsın. Cavabdeh2 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xidmət haqqı olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar