Məhkəmə qərarları › İş №e-2(076)-190/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-190/2025

06.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-190/2025 06.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada bölünməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş və ünvan 1 ünvanda yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən Cavabdeh4 1/4 hissədə payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış 57000 manat məbləğində borc tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4617/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Cavabdeh4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4617/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-208/2022 saylı, 8 aprel 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh4 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-208/2022 saylı, 8 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-208/2022 saylı, 8 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, onun Cavabdeh4 qarşı 10000 (on min) manat borc tələbinə dair iddiası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-3016/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Məhkəmələrin qeyd olunan qətnamələri qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu Cavabdeh4 barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4617/2020 saylı, xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3016/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4617/2020 saylı, xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3016/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə tələb borclu Cavabdeh4 tərəfindən icra edilmədiyindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin təqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.10 ha torpaq sahəsinin borclu Cavabdeh4 payının üzərinə həbs qoyulmuşdur. Cavabdeh4 paylı mülkiyyətində daşınmaz əmlak olduğundan borc məbləğinin ona yönəldilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4617/2020 saylı, xx.xx.2020-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3016/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri əmlakın olduğu yer üzrə icra olunması üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin, ünvan 2 ünvanda yerləşən 0.10 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan həmin torpaq sahəsi üzərində Cavabdeh4 payı müəyyən edilməmişdir. Ona görə də yuxarıda qeyd olunan icra sənədləri üzrə borc məbləğinin həmin əmlaka yönəldilməsi mümkün olmamışdır. Odur ki, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən Cavabdeh4 1/4 hissədə payının müəyyən edilərək naturada bölünüb ona təhvil verilməsi zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçın nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş və ünvan 1 ünvanda yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən Cavabdeh4 1/4 hissədə payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan: xx.xx.2024-ci il tarixli 3-21-3-40/2-3119/24 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Şəmkir rayon vəkil bürosunun vəkili Nümayəndə 07 iyun 2024-cü il tarixli, 14 saylı sorğusuna Şəmkir Ərazi İdarəsində baxılmışdır. Şəmkir rayonu, Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 saylı qərarına əsasən X2 ailə üzvlərinin adına “Torpağın mülkiyyətə verilməsinə dair” JN-465A nömrəli şəhadətnaməyə əsasən 0.10 ha yaşayış məntəqələri təyinatlı (həyətyanı) torpaq sahəsi ayrılmışdır. Həmin 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinə dair 422 saylı, xx.xx.2017-ci il tarixli, Şəmkir rayonu, Keçili kənd İƏD arayışına əsasən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Cavabdeh2 — ev-tam, torpaq sahəsi ümumi birgə X3 — torpaq sahəsi ümumi birgə, Cavabdeh3 — torpaq sahəsi ümumi birgə Cavabdeh1 — torpaq sahəsi ümumi birgə mülkiyyətindir. xx.xx.2023-cü il tarixli 8(004)-372/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4617/2020 nömrəli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-3016/2022 nömrəli icra sənədlərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,10 ha torpaq sahəsinin borclu Cavabdeh4 payına düşən hissəsi üzərinə həbs qoyulması barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə 3-21-3-40/2-1460/25 nömrəli DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, texniki göstəriciləri naturada bölgüyə uyğun gəlmədiyi üçün (giriş boyu tikililərin olması səbəbindən) digər mülkiyyətçiyə maneə törətmədən giriş-çıxış nəzərə alınmaqla Şəmkir rayon, Keçili kəndi ərazisində yerləşən paylı mülkiyyətdə olan 0.10 ha torpaq sahəsindən (xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış) cavabdeh X2 payının naturada ayrılması texniki cəhətdən mümkün deyildir. xx.xx.2025-ci il tarixli 10/3808 saylı Məhkəmə ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-1460/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Texniki göstəriciləri naturada bölgüyə uyğun gəlmədiyi üçün (giriş boyu tikililərin olması səbəbindən) digər mülkiyyətçiyə maneə törətmədən giriş-çıxış nəzərə alınmaqla Şəmkir rayonu, Keçili kəndi ərazisində yerləşən paylı mülkiyyətdə olan 0.10 ha torpaq sahəsindən (xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış) Cavabdeh4 payının naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh4 iddiaçı X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4617/2020 nömrəli, 12 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 57.031 manat və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3016/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 10.120 manat məbləğində pul vəsaiti ödəməlidir. Qeyd olunan qətnamələr qanuni qüvvəyə minmiş və müvafiq icra şöbələrinə göndərilmişdir. İcra vərəqlərinin icrası zamanı Cavabdeh4 və digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə mülkiyyətində ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi müəyyən edilmişdir. Hazırda iddiaçı Cavabdeh4 məxsus payın müəyyən edilməsini və naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 238.1-ci maddəsinə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları Mülki Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halından görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi cavabdehlərin birgə mülkiyyətindədir və birgə mülkiyyətçilərin hər birinin əmlakdan paylarının müəyyən olunması hüquqları vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, elə hallar olur ki, ümumi əmlakdan payın ayrılmasını mülkiyyətçinin özü yox, onun kreditoru tələb edir. Bu, o vaxt mümkün olur ki, paylı mülkiyyətin iştirakçısı hər hansı bir öhdəlik münasibətində (məsələn, borc, nisyə alqı-satqı və s. münasibətlərdə) borclu şəxs qismində çıxış edir və onun başqa əmlakı kreditorun tələblərini ödəmək üçün kifayət etmir. Hazırda göründüyü kimi Cavabdeh4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pul tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Belə olan halda kreditor İddiaçı tələbi ilə borclu Xəyalə Salmanovun birgə mülkiyətində payın müəyyən edilməsi və naturada ayrılmasını tələb edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin naturada ayrılması da mümkün deyil. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş və ünvan 1 ünvanda yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən Cavabdeh4 1/4 hissədə payının naturada ayrılmasına dair iddiası təmin edilməməlidir. Bundan başqa, MPM-in 115.0.1-ci maddəsinin tələbinə görə, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçıdan tutalaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada bölünməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar