Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1960/2024 19.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi İddiaçı və onun vəkili Nümayəndə iştirakları ilə Ərizəçi İddiaçı (maraqlı şəxs Naxçıvan “Asan xidmət” Mərkəzi Notariat Ofisi) qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı “qohumluq münasibətində olma faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30 dekabr 1954-cü ildə Azərbaycan Respubliksı Naxçıvan MSSR-nin Naxçıvan şəhərində anadan olmuş mərhum X3 onunla qohumluq münasibətində (bacı) olması faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra isə ərizəçinin nümayəndəsi Nümayəndə dəqiqləşdirmə ərizəsini məhkəməyə təqdim edərək, X12 ilə X10 arasında 1984-cü ildə Ermənistan Respublikasında nikahının qeydə alınma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxx 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. X15 oğlu, anası- X5r. O 1984-cü ildə Ermənistan Respublikasında X10 ilə ailə qurmuşdur. Nikahları orada qeydə alınmışdır. Nikah rəsmi qeydə alınanda o ərinin soyadını götürmüşdür. Bu səbəbdən onun soyadı şəxsiyyət vəsiqəsində QARAYEVA kimi qeyd olunub. Onların birgə nikahdan övladı doğulmayıb. 1988-ci ildə məlum hadisələrlə bağlı olaraq Azərbaycana gəlmişlər. Həyat yoldaşı X10 xx.xx.1994-cü ildə vəfat edib və Şəmkir şəhərində dəfn olunub. xx.xx.2023-cü ildə onun bacı X1 şəhərində vəfat edib. Ondan miras olaraq daşınmaz əmlak qalmışdır. Bacısı Firəngiz subay olub. Digər qardaşları ondan qalan miras əmlakdan onun xeyrinə imtina ediblər. Lakin Naxçıvan “Asan xidmət” mərkəzində yerləşən Notariat ofisi onun bacısı Firəngiz Murtuz qızından miras qalmış əmlaka onun qanun üzrə vərəsə tanımaqdan imtina edir. Çünki o notariat ofisinə mərhum əri Niftalı Qarayevlə aralarında bağlanmış rəsmi nikah haqqında sənəd təqdim edə bilmir. Çünki həmin sənəd itib və o həmin sənədi yenidən əldə edə bilmir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə 30 dekabr 1954-cü ildə Naxçıvan şəhərində Naxçıvan MSSR-də doğulmuş, Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Maraqlı şəxs Naxçıvan “Asan xidmət” Mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, təşkilat ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 8İ-731 nömrəli xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X17, xx.xx.2023-cü ildə vəfat etmiş bacısı X2 onun payına düşən payını bacısı İddiaçı xeyrinə imtina etmişdir. İş materiallarında olan 8İ-1449 nömrəli xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı, xx.xx.2023-cü ildə vəfat etmiş bacısı X2 qalan miras payını qəbul etməsi barədə ərizə təqdim etmişdir. İş materiallarında olan MN ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, **********30-10301 reyestr nömrəli əmlak, X9 2/18 hissədə, X6 1/18 hissədə, X3 15/18 hissədə mülkiyyətindədir. İş materiallarında olan İİ-ЖГ seriyalı 460086 nömrəli 05 iyul 1994-cü il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1994-cü ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 05/09İS/121042-23 nömrəli Naxçıvan “ASAN xidməti” mərkəzində Ədliyyə Nazirliyin qeydiyyat şöbəsinin tərəfindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixədək subay olmuşdur. İş materiallarında olan AZ-079622 nömrəli Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin görünür ki, X11 xx.xx.1996-ci ildə ölmüşdür. İş materiallarında olan İİİ ЖГ-449197 nömrəli Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1981-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 943879 nömrəli Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 670684 nömrəli Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1957-ci ildə anadan olmuşdur. X4, anası X11 qeyd etmişdir. İş materiallarında olan vətəndaşlıq vəziyyəti aktlar çıxarışından görünür ki, X8 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Xalq Məhkəməsinin 2-229/1993 nömrəli xx.xx.1993-cü il tarixli qərardadın surətindən görünür ki, X10 arvadı İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4.5-ci bəndində qeyd edilmişdir ki, nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ərarvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçi X12 xx.xx.1957-ci il tarixdə Naxçıvan şəhərindən doğulmuşdur. Ərizəçi Talıbova (Qarayeva) Xalidə Murtuz qızı X10 ilə 1984-cü il tarixdə Ermənistan Respublikasında nikahlarını rəsmi qeyd etdirmiş, nikahlarını qeyd etdirdikdən sonra ərə “Qarayev”, arvada “Qarayeva” soyadı verilmişdir. İş materiallarındakı ərizəçiyə məxsus doğum haqqında şəhadətnamədə soyadı “Talıbova”, şəxsiyyət vəsiqəsində “Qarayeva” kimi qeyd edilmiş, eyni zamanda iş materiallarına aid Şəmkir Rayon Xalq Məhkəməsinin Qərardadında ərizəçi Qarayeva (Talıbova) X14 Qarayevin arvadı kimi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və bir-birini tamamlayan sübutlar ərizəçinin həqiqətən də X10 ilə aralarında nikahın 1984-cü il tarixdə Ermənistan SSR -də qeydə alındığını təsdiq etdiyindən ərizə təmin edilməlidir. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin olunsun. Talıbova (Qarayeva) Xalidə Murtuz qızı ilə X10 arasında 1984-cü il tarixdə Ermənistan Respublikasında nikahın qeydə alınması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1960/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1960/2024
19.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver