Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-1965/2024 01.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cаvаbdеh Cavabdeh 100.000 manat əsas borcun, maddi və mənəvi ziyan kimi 8000 manat pulun, 400 manat dövlət rüsumunun və vəkilə ödənilən 200 manat pulun, ümumilikdə 108.600 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 440 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Cavabdeh yaxın dostu X3 vasitəsilə tanımış, onunla bir neçə dəfə bir yerdə olduğu üçün aralarında səmimi münasibət yaranmışdır. Yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsini satmaq niyyəti olduğunu bildirdikdə Cavabdeh həmin sahəni ona satmasını təklif etmişdir. Aralarında olan razılaşmaya əsasən qeyri-yaşayış sahəsini ona 300.000 manata satmışdır. Həmin qeyriyaşayış sahəsinin iddiaçıya məxsus olması barədə Çıxarış olmadığı üçün aralarında yazılı razılığa əsasən, 22 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən İddiaçı dostu İmran Hüseynovun ofisində İmranın və Fuadın şahidliyi ilə yazılı akt tərtib edilmiş, həmin akta əsasən Cavabdeh iddiaçıya həmin obyekti alması üçün ilkin olaraq 200.000 manat pul vermişdir. Pulun qalan 100.000 manatını isə 25 yanvar 2023-cü il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin 25 yanvar 2023-cü il tarix gəldikdə iddiaçı ondan pulu verməyi istəsə də o, müxtəlif bəhanələr gətirərək guya ki, hazırda nağd pulu olmadığını bildirmiş, ən yaxın zaman ərzində qaytaracağına söz vermişdir. Bundan sonra iddiaçı dəfələrlə ondan pulunu istəsə də o, hər dəfə yalan vədlər verərək pulu qaytarmaqdan boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyə uyğun olaraq hesab edir ki, əgər cavabdeh borcu vaxtında qaytarsaydı bu pulu İddiaçı ən azından depozit olaraq banka qoymuş olardı. Respublikada olan Bank uçot dərəcəsinin hesablanmaqla (2023-cü il üzrə orta hesabla illik ucot dərəcəsi 8% olaraq götürüls) əldə edilmiş məbləğ 8000 manat olardı. Lakin cavabdeh borcu qaytarmadığı üçün iddiaçıya 8000 manat ziyan dəymiş olur. Həmin məbləğ ümumi məbləğin üzərinə gəlinsə ümumilikdə 100.000+8.000= 108.000 manat olur. Hazırki iddia tələbi üzrə 30 avqust 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Dəfələrlə məhkəmə proseslərinə getmişlər, lakin sonuncu prosesə getmədiklərinə görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı iddia ərizəsi baxılmamış saxlanılaraq geri qaytarılmışdır. Onlar icraatın təzələnməsi ilə bağlı ərizə ilə müraciət etsələr də,17 yanvar 2024-cü il tarixli qərardadla ərizələri təmin edilməmişdir. (vəkil) vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, İddiaçı xeyrinə Cavabdeh 65000 manat əsas borc, maddi ziyana görə 4000 manat, dövlət rüsumuna görə 400 manat, vəkil xərci olaraq 200 manat pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh İddiaçı borclu olduğu 100000 manat məbləğində borcdan bir hissəsini ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 65000 manat borcu qalmışdır. Hesab edirlər ki, əsas məbləğ olaraq 65000 manat, gecikdirmə ilə əlaqədar maddi ziyan olaraq 4000 manat, dövlət rüsumu 400 manat və vəkil xidmət haqqı isə 200 manat cavabdehdən tutulmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia edir ki, 2022-ci ildə Cavabdeh ilə aralarında razılaşmaya əsasən cavabdehə ümumilikdə 300000 manat dəyəri olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 440 kv.m olan qeyri-yaşayış sahəsini satmış, cavabdeh həmin obyektin qiymətinin 200000 manat hissəsini ödəmiş, lakin qalan 100000 manat pulu daha sonra ödəməyi öhdəsinə götürsə də, həmin pulu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı ilə cavabdeh arasında həqiqətən də qeyd etdiyi kimi ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 440 kv.m olan qeyri-yaşayış sahəsini 300000 manata nisyə alqı-satqısına dair razılıq olması, həmin məbləğdən bir qisminin ödənilərək, həmin müqavilə əsasında cavabdehin iddiaçıya 65000 manat borcunun olmasını sübut etmək iddiaçının, həmin borcun qaytarılmasını isə sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin, mülki işin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən digər iddia tələbi üzrə məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazda cavabdeh ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 440 kv.m olan qeyri-yaşayış sahəsinin razılaşdırılmış qiyməti olan 300000 manatın 200000 manat hissəsini əmlakın faktiki sahibi X2 xx.xx.2022-ci ildə nağd qaydada verdiyini, 100000 manatını isə 4 ay müddətinə ödəməsi barədə İddiaçı həmin tarixdə yazılı qəbz verərək, öhdəlik götürdüyünü, lakin, Natiq Məmmədovun həmin qəbzlə kifayətlənmədiyini və əmlakın alq-satqısında vasitəçi olmuş X1 yanında X4 ilə 100000 manata dair kredit müqaviləsi bağlandığını, beləliklə, 100000 manat məbləğində borca dair bağlanmış kredit müqaviləsini həmin tarixdə aparılmış alqı-satqıdan qalmış 100000 manata cavabdehin xx.xx.2022-ci ildə verdiyi qəbzin notarial qaydada bağlanmış müqavilə ilə borcun təminatı kimi bir daha təsdiq etdiyini göstərmişdir. İddiaçı isə cavabdehin qeyd etdiklərini təkzib edəcək mötəbər sübutlarını, yəni həqiqətən də cavabdehlə aralarında qeyri-yaşayış sahəsinin nisyə alqı-satqısı ilə bağlı razılaşmaya görə ona 100000 manat borcunun qalmasını, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin həmin alqı-satqı müqaviləsi ilə bağlı olmamasını, cavabdehin isə sonradan öhdəliyini qismən yerinə yetirməsi səbəbindən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə olduğu kimi hazırki iddia tələbi üzrə də iddiaçıya 65000 manat borcunun qalmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 200 manat vəkil xidmət haqqı və 400 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat vəkil xidmət haqqı və 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-1965/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-1965/2024
01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver