Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-1989/2025 17.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X3, ərizəçi İddiaçı şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizədən görünür ki, ərizəçi atası X2 1967-ci ildə, anası X1 xx.xx.1987-ci ildə vəfat etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Eləcə də, müəyyən edilmişdir ki, ərizəçi həm də “qohumluq münasibətində olma faktının müəyyən edilməsi” barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək X1 onun anası olması faktının müəyyən edilməsini xahiş etmiş, iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi ərizəçinin “qohumluq münasibətində olma faktının müəyyən edilməsi” barədə ərizəsi məhkəmənin icraatındadır və iş üzrə yekun qərar qəbul edilməmişdir. Başqa sözlə, hazırki vəziyyətdə X1 ərizəçi İddiaçı anası olması təsdiq edilməmişdir, buna baxmayaraq, ərizəçi anasının vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Ərizəçi İddiaçı şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №e-2(076)-1989/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-1989/2025
17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver