Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2310/2025 07.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir rayon məhkəməsinin Hakimi Heydərova Nazlı Azər qızı, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər idarəsinin cavabdeh Maraqlı şəxs qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər idarəsinin cavabdeh Maraqlı şəxs qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 13037,66 manat, Dövlət Sosial Müdafiə Fondur olan 0 manat, İşsizlikdən sığorta fonduna olan 0 manat, İcbari Tibbi Sığorta Fonduna olan 3464,56 manat məbləğində borcun ödənilməsi təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix 26 iyun 1981 il, doğulduğu yer AZƏRBAYCAN, ŞƏMKİR, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriy; nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verilmişdir. Odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər idarəsinin kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa. Həmçinin Mülki-Prosessual Məcəllənin 284-4.2-ci maddəsinə əsasən həmin Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə,Mülki-Prosessual Məcəllənin 284-4.3-ci maddəsinə əsasən Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, Mülki-Prosessua Məcəllənin tələblərinə əsasən qeyd edilən iddialara məhkəmədə mülki məhkəmədə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir (MPM 284-1). Belə olan halda, Mülki-Prosessual Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 284-1, 284-4.1.2, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər idarəsinin cavabdeh Maraqlı şəxs qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi”nə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. İzah olunur ki, iddiaçı icraatı (xüsusi icraat) qaydasında müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-2310/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-2310/2025
07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver